Prince of Persia personajlarının siyahısı

Prince of Persia personajlarının siyahısı - Prince of Persia videooyunundakı personajları ehtiva edir.

"Prince of Persia" seriyalarının personajları

[redaktə | mənbəni redaktə et]

Prince of Persia

[redaktə | mənbəni redaktə et]
  • Şahzadə (ing. Prince): Uşaqlıq illərindən valideynsiz qalan Şahzadə mahir biliyə malikdir. Ona Sultanın qızı aşiq olduqdan sonra müxtəlif silahlarla döyüşə bilir.
  • Sultanın qızı Şahzadə (ing. Princessa): Sultanın qızı olan Şahzadə gələcək Şahzadəyə aşiqdir. Bu səbəbdən Sultanın qızı Şahzadə üçün gözlənilməz risklər edir. Şahzadə gözəl və ağıllıdır.
  • Cəfər (ing. Jafar): Qəddar Vəzir olan Cəfər Sultanın ölkəsindən ayrıldığını görüncə, onun qızını ələ keçirir və Şahzadəni əsir saxlayır. Amma əsirlikdən xilas olan Şahzadə 60 dəqiqə müddət bitənədək Vəziri öldürərək və Şahzadəni xilas edir.
  • Kölgə (ing. Shadow): Şahzadənin analoqudur. Videooyunun birinci hissəsində Şahzadəyə mane olur. Şahzadə isə onunla döyüşə bilməz. Çünki Şahzadənin analoqu olduğundan Şahzadə ona qılınc zərbəsi vuran zaman özünədə xəsarət edir. Bu səbəbdən Şahzadə onu görən zaman qılıncını çıxarır və tez bir zamanda qılıncını yenidən ggeri taxır. Bu zaman kölgə onunla birləşir və yoxa çırır. Videooyunun ikinci hissəsində isə Şahzadə ilə birləşərək Cəfərə qarşı mübarizə aparır.
  • Sultan (ing. Sultan): Videooyunun birinci hissəsində Sultanın müharibəyə görə ölkəsindən ayrıldığı göstərilir. Videooyunun ikinci hissəsində isə aydın olur ki, Sultan döyüşdə öldürülmüşdür. Şahzadə Vəzirə qalib gələn zaman ölkənin şahı olur.
  • Gonbul və hanbal (ing. Fate): Gonbul ağıllı döyüşçüdür, amma cəld hərəkət edə bilmir. "Prince of Persia: Classic" videooyununda isə onu Hanbal personajı əvəz edir.

Prince of Persia 2: The Shadow and The Flame

[redaktə | mənbəni redaktə et]
  • Şahzadə (ing. Prince): Uşaqlıq illərindən valideynsiz qalan Şahzadə mahir biliyə malikdir. Ona Sultanın qızı aşiq olduqdan sonra müxtəlif silahlarla döyüşə bilir. Məhz bu seriyada şah ailəsinə mənsub olduğunu öyrənir. Şahzadə Sultanın qızını xilas etmək üçün Cəfərin hazırladığı bütün çətin sınaqlardan müvəffəqiyyətlə keçir.
  • Sultanın qızı Şahzadə (ing. Princessa): Sultanın qızı olan Şahzadə gələcək Şahzadəyə aşiqdir. Bu səbəbdən Sultanın qızı Şahzadə üçün gözlənilməz risklər edir. Şahzadə gözəl və ağıllıdır. Videooyun seriyasının birinci hissəsində olduğu kimi Cəfər onunla evlənərək hakimiyyəti ələ keçirmək niyyətindədir. Birinci hissədə olduğu kimi Cəfər yenədə Sultanın qızı Şahzadə üçün vaxt qoyur ki, bu barədə fikirləşsin. Lakin Sultanın qızı Şahzadəyə aşiq olduğundan, niyyətindən dönmür.[1]
  • Cəfər (ing. Jafar): Qəddar Vəzir olan Cəfər qara magiya sayəsində sağ qalmış və əvvəlki niyyətindən geri dönməmişdir. Cəfər yenədə Sultanın qızını ələ keçirəcək və ona düşünmək üçün vaxt verəcəkdir. Amma Cəfərin planlarını həmişəki kimi Şahzadə pozacaqdır.
  • Kölgə (ing. Shadow): Cəfər tərəfindən yaradılmış Şahzadənin analoqudur. Videooyunun birinci hissəsində Şahzadəyə mane olur və onun tərəfindən öldürülür. Lakin bu seriyada əksinə olaraq Şahzadə ilə birləşərək Cəfərə qarşı mübarizə aparır.
  • Sultan (ing. Sultan): Videooyunun birinci hissəsində Sultanın müharibəyə görə ölkəsindən ayrıldığı göstərilir. Videooyunun ikinci hissəsində isə aydın olur ki, Sultan döyüşdə öldürülmüşdür. Şahzadə Vəzirə qalib gələn zaman ölkənin şahı olur.
  • Assan (ing. Assan): Sultanın kiçik qardaşıdır. Çox ağılsız və qəddar adamdır. Sultanın ölümündən sonra hakimiyyəti ələ keçirir. oğlu Raqnorun Şahzadə tərəfindən döyüşdə öldürülməsindən sonra onun haqqında məlumat yoxdur.
  • Raqnor (ing. Ragnor): Assanın oğlu olan ağılsız, yarı insan və yarı pələngdir. Şahzadə tərəfindən öldürülür.
  • Alov (ing. Flame): Lənətlənmiş adada yaşayan yaxşı cindir. Şahzadənin qılıncına keçərək ona Cəfəri öldürməkdə kömək edir. Amma şahzadə qılıncı Cəfər vuran zaman Cinin bütün gücləri gedir və bu səbəbdən yox olur.
  • Mistik qadın (ing. Mysterious woman): Qəhrəmanın anasıdır. Qəhrəmanın anasının ruhu ilk dəfə gəmidə, ardınca məbəddə rastlaşır. Qəhrəman həmin ruhun sayəsində üzlərini belə görmədiyi valideynləri haqqında həqiqəti öyrənir.[2]

"Sands of Time" seriyalarının personajları

[redaktə | mənbəni redaktə et]

Prince of Persia: Sands of Time

[redaktə | mənbəni redaktə et]
  • Şahzadə (ing. The Prince): Fars padşahı Şahramanın oğludur. Atasıyla birlikdə qatıldığı ilk döyüşün sonunda fəth etdikləri ölkənin sarayında "Zaman Xəncəri"ni (Dagger of Time) tapır. Bu sehrli xəncər, sahibinə zamanı nəzarət etmə gücünü və Zaman qumlarının (Sands of Time) təsirindən xilas olma imkanını təmin edir.
  • Farah (ing. Farah): Hind padşahı Maharajahın tək qızıdır. Ölkəsinin işğal edilib ələ keçirilməsinin ardından Fars ordusu tərəfindən əsir edilir. Daha sonradan Şahzadəyə (Prince) kömək edərək Vəziri dayandırmağa və Zaman qumlarının (Sands of Time) gətirib çıxardığı fəlakətləri düzəltməyə çalışır. Oyun əsnasında ox və kamandan istifadə edərək Şahzadəyə (Prince) döyüşlərdə kömək edir.
  • Vəzir (ing. Vizier): Hind padşahı Maharajahın baş vəziridir. Canının bağışlanması və Fars sarayında vəzifə almaq qarşılığında ağasına xəyanət edir və ölkəni ələ keçirir. Oyunun baş antagonistleri olan Vəzir, daha sonradan Şahzadəni (Prince) aldadır və Zaman qumlarının (Sands of Time) sərbəst buraxmasını təmin edir. Daha sonra xəncəri Şahzadədən (Prince) alıb Zaman qumlarını (Sands of Time) nəzarət edərək, ölümsüz olmağı planlamaqdadır.
  • Şahraman (ing. Sharaman): Şahzadənin (Prince) atası və Fars padşahıdır. Zaman qumlarının (Sands of Time) sərbəst qalmasından sonra başqaları kimi canavara dönür.
  • Maharacah (ing. Maharajah): Azad ölkəsinin kralıdır. Sarayı Şahraman tərəfindən ələ keçirildikdən sonra "Qum saatı"nı Şahramana təslim edir.
  • Hindistan döyüşçüləri - Çox zəif döyüşçüdürlər.
  • Vəzir - Əsas düşmən personajıdır.
  • Qum döyüşçüləri - Azadın köhnə döyüşçüləridir. Zəif döyüşçüdürlər.
  • Qırmızı gözətçilər - Azadın gözətçiləridir. Nisbətən güclüdürlər.
  • Göy gözətçilər - qırmızı döyüşçülərə nisbətən daha da güclüdürlər. Onlar Babilin köhnə döyüşçüləridir.
  • Skarabeylər - böyük böcəklərdir. Yerdə uçmaq qabiliyyətinə malikdirlər. Zəifdirlər.
  • Qum yarasaları - Əgər bir yerdə 4 yarasadan az yarasa varsa uçub gedirlər. Oyunun ən zəif personajlarıdır.
  • Qum quşları - Güclü olsalar da, onları bir zərbə ilə vurmaq mümkündür.
  • Generallar - Nisbətən güclü döyüşçüləridir. Onları divardan udmaq mümkündür.
  • Qum Kralı - Şahzadənin atası Şahramadır. Nisbətən güclü döyüşçüdür. Qum saatının çevrilməsindən sonra qum bədheybətinə çevrilir.
  • Hərəmxanada yaşayanlar - qırmızı geyimli qadınlardır. Fiziki cəhətdən zəif olsalar da, yaxşı zərbələri vardır.

Prince of Persia: Warrior Within

[redaktə | mənbəni redaktə et]
  • Şahzadə (ing. Prince): Taleyini dəyişmək üçün Vavilondan Zaman adasına gəlmişdir. Şahzadə çox ağıllır, hər iki əli ilə qılınc oynada bilir və müxtəlif akrobatik hərəkətlər etməyi bacarır. İşini bitirdikdən sonra Vavilona dönməyə hazırlaşacaqdır. Personajı Robin Atkin Dauns səsləndirir. Şahzadə personajı ən populyar oyun personajlarından biridir.[3]
  • Kaylina (ing. Kaileena): Zaman adasının imperatriçasıdır. Kaylina Şahzadə kimi taleyini dəyişdirmək istəyir. İmperatriça əvvəlcədən taleyini görərək Şahzadənin onu öldürəcəyini başa düşür. Bu səbəbdən Kaylina taleyini dəyişdirmək məcburiyyətindədir. Lakin müxtəlif hadisələrdən sonra Şahzadə ilə barışır və ondan xoşlanmağa başlayır. Kaylina onunla birlikdə Dahakanı məğlub edir və adanı tərk edir. Amma bir müddət sonra qəddar Vəzirin dustaqı və onun tərəfindən öldürülür. Bu hadisədən sonra Şahzadə vəzirdən intiqam almağa başlayır və arzusuna çatır. Şahzadə Vəzirə qalib gələn zaman Kaylinanın ruhu Şahzadə ilə vidalaşır. Bu personaj oyunlarda ən cazibədar qadın personajlarından biridir.[4][5][6][7][8][9]
  • Dahaka (ing. Dahaka): Zaman axınının bədheybətidir. Onun məqsədi zaman axınını pozmuş Şahzadəni öldürməkdir. Dahaka qılıncla vuruşmur. Onun silahı yalnız bədənində olan qırmaqlardır. Dahakanı sadəliklə öldürmək mümkün deyil.[10] Dahaka suya həssasdır. Bu səbəbdən onu öldürmək üçün Şahzadə "Su qılıncı"ndan istifadə etməlidir. Şahzadə "Su qılıncı"nı tapanadək ondan qaçmalıdır.
  • Şahdi (ing. Shahdee): Kaylinanın xidmətçisi olan cazibədar piratdır. Onun məqsədi Şahzadəni öldürməkdir. Hər iki əli ilə qılınc oynada bilir. Birinci döyüşdə Şahzadəni gəmidən atmağı bacarır. Amma ikinci döyüşdə Şahzadə ilə vuruşaraq məğlub olur və ölür. Bu zaman Şahdi ayılaraq Şahzadə və Kaylina tərəfə baxaraq deyir: Axmaq. Sən taleyini dəyişə bilməzsən! (ing. Fool. You can not change your fate!) Bu cümləsindən sonra Şahdi yox olur. Şahzadə bu cümləni uzun müddət yadda saxlayır. Bir müddətdən sonra Şahzadə başa düşür ki, Şahdinin ifadəsi, taleyini dəyişmək istəyən Kaylinaya aiddir.
  • Qum ruhu (ing. Sand Wraith): Şahzadə Qum ruhunun maskasını taxaraq "Qum ruhu"na çevrilir. "Qum ruhu" ölən zaman yenidən ölməmişdən əvvəlki zamana dönə bilir. Amma bu müddətdə onun gücü azalmağa doğru gedir və və sonda çox az güc qalır. Gücü artırmaq üçün Şahzadənin əvvəlki kimi istifadə etdiyi "Su içmək" vasitəsindən istifadə etmək lazımdır.
  • Basqınçılar (ing. Raiders) - Zəif rəqiblərdir. Heyvan maskaları gəzdirirlər.
  • Qarğalar (ing. Ravens) - Ən zəif rəqiblərdir. Bir və ya iki zərbə ilə dəf oluna bilir.
  • Mühafizəçilər (ing. Keepers) - "Basqınçılar" rəqibinə bənzəyirlər. Amma onlara nisbətən güclüdürlər.
  • Ülgüc rəqsçiləri (ing. Bladedancers) - Qırmızı paltar geyinən və əlində iki qılıncı olan vampir qızlardır.
  • Qatillər (ing. Assassins) - "Ülgüc rəqsçiləri"nə bənzəyirlər. Amma onlara nisbətən güclü və qorxudurlar. Divarda qaça bilir və müxtəlif silahla vuruşurlar.
  • Kölgələr (ing. Shadows) - "Ülgüc rəqsçiləri" və "Qatillər" rəqiblərinə bənzəyirlər. Gözəgörünməzlik qabiliyyətinə malikdirlər.
  • Sıçrayış Heyvanları (ing. Spike Beasts) - İtlərə bənzəyirlər və tez hərəkət edirlər. Şahzadə onları zəiflədən zaman "Sıçrayış heyvanları" partlayırlar. İmperatriça onları canavarlardan düzəltmişdir.
  • Siluet (ing. Silhouette) - Amorf hissəciklərdir. Şahzadəyə bıçaqlar atır və bir yerdən digər yerə keçə bilir.
  • Cəlladlar (ing. Executioners) - Keçmiş dustaqlardır. Çox güclü və böyük enerjiyə malikdirlər.
  • İmperiya Mühafizəçisi (ing. Imperial Guard) - İmperatriça ilə döyüşən zaman peyda olurlar. Onlar "Qarğaların hakimi"nə bənzəyirlər.
  • Cism Yeyənlər (ing. Flesh Eaters) - Canavarlara bənzəyirlər. Güclüdürlər və "Sıçrayış heyvanları"na çox bənzəyirlər. Amma ölən zaman "Sıçrayış heyvanları"ndan fərqli olaraq partlayırlar.
  • Qarğaların hakimi (ing. Crow Master) - Güclü rəqiblərdən biridir. Hücum etmir, amma Şahzadə yıxılan zaman zərbə endirə bilər. Şahzadə onu öldürmək üçün iki dəfə döyüşməlidir. Başqa rəqiblərdən fərqli olaraq Şahzadəyə hörmətlə yanaşır.
  • Heyvan (ing. Brute) - Yəhudi mifologiyasında Qolemlərə bənzəyən hündür zəncirli rəqibdir. Güclü zərbə endirsə də, arxa tərəfə tez çevrilə bilmir. Bu səbəbdən Şahzadə əvvəlcə onun ayaqlarını arxa tərəfdən qılıncla zədələyir, sonra isə "Heyvan" yerə oturur və Şahzadə onun başına zərbə endirir. Bu zaman Şahzadə zamanı yavaşıdamaq üçün "Qum saatı"ndan istifadə edərək onu tez öldürə bilər. Əks halda "Heyvan" əlləri onu yerə atacaq və bu zaman Şahzadənin ömrü azalacaqdır.
  • Qul (ing. Thrall) - "Heyvan" rəqibinə çox bənzəyir. "Qul" "Zamanın İmperatriçası"na meydan oxuyaraq ona məğlub olmuş döyüşçülərin bədənlərindən ibarətdir.
  • Qrifon (ing. Griffin) - "Zamanın adası"nda yaşayan mistik quşdur və Qumun sayəsində dəyişilmişdir. Onun azalmış ömrü çox vaxtı artmağa başlayır.

Prince of Persia: The Two Thrones

[redaktə | mənbəni redaktə et]
  • Şahzadə (ing. Prince): Kral Şahramanın Hindisdanı işğalı vaxtı zaman xəncərini aldı. Zaman qumlarının içində yerləşən qum saatının möhürünü açaraq zamanı dəyişdirdi. Buna görə Dahaka adlı məxluq onun arxasınca düşdü. Beləcə, bu məxluqdan yaxa qurtarmaq istəyən şahzadə zaman qumlarının yaranmasını əngəlləmək üçün yaşlı məsləhətçisinin rəhbərliyi ilə zaman adasına səyahət etdi. Burada Dahakanı məğlub edən şahzadə Kaylinanı da yanına alaraq Babilə qayıtdı.
  • Qara şahzadə (ing. Dark Prince): Şahzadənin Kaylinanı xilas etməyə cəhd edərkən yaralanması və zaman qumlarının təsirinə məruz qalması nəticəsində ortaya çıxmış alt mənliyi. Bu onun bədənində və zehnində var olan və bəzən üzə çıxan qaranlıq bir məxluqdur. Şahzadənin çevikliyinə və bacarıqlarına sahibdir və qolundan çıxan zəncirlə ölümcüldür.
  • Kaylina (ing. Kaileena): Zaman adasında yaşayan və zamanın qumlarını yaradan insandır. Əsas bacarığı zamana hökm etməsidir. Öz gələcəyinə baxır və gələcəkdən gələn bir nəfərə görə öldüyünü görür. Buna görə Şahzadəni dayandırmaq üçün hər şeyi edir, ancaq bacarmır. Yenə də Şahzadə onu xilas edərək öz zamanına gətirir. Ölümsüzlük axtarışındakı Vəzir tərəfindən öldürülərək həyatı sona çatır.
  • Farah (ing. Farah): Hindistan kralının döyüşkən qızıdır. Mükəmməl dərəcədə ox və yay işlədə bilir. Çevikliyi sayəsində çətin məqamlarda xilas olmağı bacarır. Şahzadə "Sands of Time" epizodundakı hadisələri dəyişdirdiyi üçün Şahzadəni xatırlamır.
  • Vəzir (ing. Vizier): İlk oyundan tanıdığımız vəzir şahzadənin zamanı dəyişdirməsi ilə ölməmişdir. Ölümsüzlük uğrunda öz kralına xəyanət etmiş, zaman xəncərini və Farahı da əsir alaraq Babili işqal etmişdir. Kaylinanı öldürərək dəyişilmiş və bir məxluqa dönmüşdür. Kaylinanın intiqamını almaq, xalqına etdiklərinin əvəzini çıxmaq istəyən Şahzadə tərəfindən yenidən öldürülür.
  1. "Brøderbund (1993)" Prince of Persia 2: The Shadow and the Flame PC. Scene: Level 3–4 cutscene. "Princess: "Dear Father: My heart is broken. The Prince has betrayed your trust. You must return with your army and take back your throne."
  2. "Brøderbund (1993)" Prince of Persia 2: The Shadow and the Flame PC. Scene: Level 4–5 cutscene. "Mysterious woman: "Prince! Your bride is dying. Waste no more time. Come to me!
  3. Matt Cundy. "The top 10 most 'fancied' game characters According to a poll not conducted by us" (ingilis). GamesRadar. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.
  4. The dark and mysterious Kaileena of the Prince of Persia’s series. — Picture Story — Tom’s Hardware[ölü keçid] Tomshardware.com saytında
  5. Farrah, the fellow adventurer and love interest of the Prince of Persia. — Picture Story — Tom’s Hardware[ölü keçid] Tomshardware.com saytında
  6. PCGH history: The most important female characters in games (112 women inside!) - 2008/01/2004_Kaileena.jpg - PC Games Hardware Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Pcgameshardware.com saytında
  7. "Videooyunlarda ən cazibədar qadın personajları". Playground.ru. 2012-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.
  8. Videooyunların ən cazibədar 50 qadın personajı Gamer.ru saytında
  9. Mixail Antonenko. "Döyüşkən rəfiqələr: Ən pis və ən real personajlar" (rus). Cnews. 2012-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.
  10. Ən çətin Boss personajları Arxivləşdirilib 2012-01-01 at the Wayback Machine Playground.ru saytında