Ararat–Neftçi — SSRİ dövründə Azərbaycan təmsilçisi "Neftçi" və Ermənistan təmsilçisi "Ararat" klublarının mübarizəsi. Bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial xarakter daşımışdır.
Bu müqayisədə Ararat Yerevan klubunun açıq-aşkar üstünlüyü vardır:
Neftçi Bakı klubunun SSRİ dövründə qitə miqyaslı heç bir uğuru olmamışdır. Ararat Yerevan klubu isə üç dəfə qitə kuboklaında iştirak etmişdir. Hətta bir dəfə Bayern Münhen klubunun 1:0 hesabı ilə məğlub etməyi də bacarmışdı. Bu nəticə UEFA Çempionlar Kuboku 1974/1975 mövsümünün 1/4 finalında qeydə alınmışdır.
SSRİ çempionatlarının güclülər və birinci dəstəsində, həmçinin kubok yarışlarında, ümumilikdə 72 oyunda üz-üzə gəliblər. 19 dəfə Neftçi Bakı, 29 dəfə isə Ararat Yerevan qalib olub və 24 matçda bərabərlik qeydə alınıb. Top fərqi də 88–64 Ararat Yerevan klubunun xeyrinədi. Ararat Yerevan klubunun ən böyükhesablı qələbəsi 1981-ci ildə İrəvanda 6:1 hesabı ilə qalib gəlmələridi. Neftçi Bakı isə 1983-cü ildə Bakıda 3:0 hesabıyla rəqibini darmadağın edib.
Ararat Yerevan SSRİ-nin ən güclü klubları arasında yer aldığı dövrlərdə Neftçi Bakı qarşısında heç vaxt böyük üstünlüyə malik olmayıb. SSRİ çempionatının elitasında bakılılar mümkün qədər Ararat Yerevan klubuna qarşı uğurla mübarizə aparıb. Elitada onlar 44 dəfə qarşılaşıb. Bu oyunların 16-da ermənilər, 12-də azərbaycanlılar qalib gəlib. Top fərqi 27–10 bakılıların xeyrinədi.
Ararat Yerevan ənənəvi olaraq xüsisilə Bakıda mütəmadı olaraq xal itkisinə məruz qalıb. İrəvan klubu ən uğurlu illərində belə Bakıda qələbəyə həsrət qalıb. Yalnız iki dəfə – 1982-ci ildə 1:0, 1984-cü ildə 2:0 hesabı ilə Neftçi Bakı klubunu Respublika stadionunda məğlub etməyi bacarıblar. Hər iki halda Bakıda böyük iğtişaşlar baş vermişdir. Paytaxdakı 22 oyunda Neftçi Bakı 11 dəfə qalib gəlib, 9 dəfə bərabərlik qeydə alınmışdır.
Bakılılar isə komandalar arasında 1963-cü ildə İrəvanda keçirilən oyunda 2:1 hesablı qalibiyyət sevinci yaşayıb. Düzdü, bundan sonra "neftçilər" səfərdə qələbə üzü görməyib. İrəvandakı 22 qarşılaşmaların balansı 14–1 meydan sahiblərinin xeyrinədi. 7 dəfə rəqiblər xalları yarı bölüb. Top fərqində də 38–12 ermənilərin üstünlüyü var.
# | Tarix | Turnir | Ev sahibi | Qonaq | Hesab |
---|---|---|---|---|---|
1 | 1949 | Neftyanik | Dinamo | ||
2 | 1949 | Dinamo | Neftyanik | ||
3 | 1950 | Dinamo | Neftyanik | ||
4 | 1950 | Neftyanik | Dinamo | ||
5 | 1963 | Neftyanik | Ararat | ||
6 | 1963 | Аrarat | Neftyanik | ||
7 | 1966 | Аrarat | Neftyanik | ||
8 | 1966 | Neftyanik | Аrarat | ||
9 | 1967 | Neftyanik | Аrarat | ||
10 | 1967 | Аrarat | Neftyanik | ||
11 | 1968 | Neftçi | Аrarat | ||
12 | 1968 | Аrarat | Neftçi | ||
13 | 1969 | Neftçi | Аrarat | ||
14 | 1969 | Аrarat | Neftçi | ||
15 | 1970 | Neftçi | Аrarat | ||
16 | 1970 | Аrarat | Neftçi | ||
17 | 1971 | Аrarat | Neftçi | ||
18 | 1971 | Neftçi | Аrarat | ||
19 | 1972 | Neftçi | Аrarat | ||
20 | 1972 | Аrarat | Neftçi | ||
21 | 1977 | Neftçi | Аrarat | ||
22 | 1977 | Аrarat | Neftçi | ||
23 | 1978 | Аrarat | Neftçi | ||
24 | 1978 | Neftçi | Аrarat | ||
25 | 1979 | Аrarat | Neftçi | ||
26 | 1979 | Neftçi | Аrarat | ||
27 | 1980 | Neftçi | Аrarat | ||
28 | 1980 | Аrarat | Neftçi | ||
29 | 1981 | Neftçi | Аrarat | ||
30 | 1981 | Аrarat | Neftçi | ||
31 | 1982 | Аrarat | Neftçi | ||
32 | 1982 | Neftçi | Аrarat | ||
33 | 1983 | Neftçi | Аrarat | ||
34 | 1983 | Аrarat | Neftçi | ||
35 | 1984 | Neftçi | Аrarat | ||
36 | 1984 | Аrarat | Neftçi | ||
37 | 1985 | Neftçi | Аrarat | ||
38 | 1985 | Аrarat | Neftçi | ||
39 | 1986 | Neftçi | Аrarat | ||
40 | 1986 | Аrarat | Neftçi | ||
41 | 1987 | Аrarat | Neftçi | ||
42 | 1987 | Neftçi | Аrarat | ||
43 | 1988 | Аrarat | Neftçi | ||
44 | 1988 | Neftçi | Аrarat |
Qeyd: Bir müddət "Neftçi"nin adı "Neftyanik", "Ararat"ın adı isə "Dinamo" olmuşdur.
Kubok oyunları çərçivəsində keçirilən qarşılaşmalarada Neftçi Bakı lap əvvəldən ən prinsipial rəqibi olan ermənilərə qarşı uğursuz çıxış edib. 5 oyunun 4-də uduzub, yalnız bircə dəfə heç-heçə oynayıb.