Neftçi PFK Avropa yarışlarında

Neftçi PFK UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin hamısında, ümumilikdə 22 dəfə iştirak edib.[1]

"Neftçi" avrokuboklarda ilk dəfə qələbə qazanan Azərbaycan klubu olub (1996-cı ildə Bakıda Bolqarıstan "Lokomotiv"i üzərində 2:1 hesablı qələbə), Çempionlar Liqasında 2 il ardıcıl mərhələ adlayıb (2004/05 və 2005/06 mövsümlərində), avrokuboklarda ilk səfər qələbəsinə nail olub (2005-ci ildə İslandiyada "Hafnarfyordur" üzərində 2:1 hesablı qələbə), avrokuboklarda iki mərhələ adlayan ilk komanda olub (2008-ci ildə İntertoto Kubokunda).

2011–12-ci il mövsümünün qalibi kimi Çempionlar Liqasına vəsiqə qazanmış "Neftçi" mübarizəyə ikinci mərhələdən başladı. Flaqman bu mərhələdə Gürcüstan çempionu "Zestafoni"ni iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıda keçirilmiş ilk matçda rəqibini 3–0 hesabı ilə məğlub etmiş komandamız səfərdə rəqibi ilə heç-heçə etdi. 2–2. Növbəti mərhələdə Flaqman İsrailin "Kiryat Şmona" klubuna uduzsa da, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək imkanı əldə etdi. Pley-off mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 (1–1,3–1) məğlub etmiş Flaqman Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu.[2][3]

"Neftçi" Avropa Liqasının qrup mərhələsində, qitənin ən güclü 10 klubundan biri hesab edilən İtaliya "İnter"i, eləcə də Rusiyanın "Rubin" və Serbiyanın "Partizan" klubları ilə qarşılaşdı. "Partizan"la hər iki oyunda heç-heçə etmiş "Neftçi", "İnter"lə "Cüzeppe Meazza" stadionunda sülh bağladı. 2–2[4][5]

UEFA Çempionlar Liqasının 2013–2014 mövsümündə 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayan "Neftçi" Albaniyanın "Skenderbeu" komandasına iki oyunun nəticəsinə görə ümumi hesabda 0–1 hesabıyla məğlub olaraq yarışı erkən tərk etməli oldu. Məhz bu uğursuzluqdan sonra Böyükağa Hacıyev istefa verdi və komanda müvəqqəti olaraq Tərlan Əhmədovun başçılıq etdiyi məşqçilər korpusuna həvalə edildi.[6][7][8]

2013–2014-cü il mövsümündə Kubokun qalibi olan komanda UEFA Avropa Liqasının II təsnifat mərhələsindən yarışa başladı. Neftçi ilk öncə Sloveniyanın Koper komandasını iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıdakı ilk matçda rəqibinə 1–2 hesabıyla məğlub olan komandamız səfərdə bunun əvəzini çıxdı. 2–0. Növbəti mərhələdə komandamız Gürcüstanın Çikura komandası ilə mübarizəyə davam etdi. Bakıdakı ilk oyunda qolsuz bərabərlik olsa da, komandamız səfərdə 3–2 hesabıyla layiqli qələbə qazandı və tarixində ikinci dəfə UEFA Avropa Liqasının Pley-Of mərhələsinə adladı. Bu dəfə komandamızın bəxtinə 2 il öncə qrup mərhələsindən bizə tanış olan Serbiyanın Partizan klubu düşdü. İlk oyun səfərdə keçirildi. Səfərdəki oyunda komandamız 2 erkən qol vursa da sonrada 3 qol buraxdı və qələbəni əldən verdi. Cavab qarşılaşması da uğurlu alınmadı və komandamız 1–2 hesabı ilə məğlub olub Avropa macərasını Pley-Of mərhələsində başa vurdu. İkinci dəfə qrupa vəsiqə qazana bilməyən Böyükağa Hacıyev bundan sonra istefa verdi.[9]

UEFA turnirlərindəki statistika

[redaktə | mənbəni redaktə et]

Mənbə: uefa.com
Son yenilənmə: 31 dekabr 2023 ilə olan məlumat.

Turnir O Q H M VQ BQ QN
UEFA Çempionlar Liqası 22 7 5 10 18 36 -18
UEFA Kuboku / UEFA Avropa Liqası 42 13 11 18 56 62 -6
UEFA Kuboklar Kuboku 2 0 1 1 0 3 -3
UEFA İntertoto Kuboku 6 3 1 2 7 7 0
UEFA Konfrans Liqası 10 3 2 5 14 19 -5
Cəmi 82 26 20 36 95 127 -32

UEFA turnirlərindəki oyunlar

[redaktə | mənbəni redaktə et]
Mövsüm Turnir Mərhələ Klub Ev Səfər Ümumi
1995–96 UEFA Kuboklar Kuboku I təsnifat mərhələsi Kipr APOEL 0–0 0–3 0–3
1996–97 UEFA Kuboku I təsnifat mərhələsi Bolqarıstan Lokomotiv Sofiya 2–1 0–6 2–7
1997–98 UEFA Çempionlar Liqası I təsnifat mərhələsi Polşa Vidzev Lodz 0–2 0–8 0–10
1999–00 UEFA Kuboku I təsnifat mərhələsi Serbiya Srvena Zvezda 2–3 0–1 2–4
2000–01 UEFA Kuboku I təsnifat mərhələsi Sloveniya Hit Qoritsa 1–0 1–3 2–3
2001–02 UEFA Kuboku I təsnifat mərhələsi Sloveniya Hit Qoritsa 0–0 0–1 0–1
2004–05 UEFA Çempionlar Liqası I təsnifat mərhələsi Bosniya və Herseqovina Şiroki Briyeq 1–0 1–2 2–2 (s)
II təsnifat mərhələsi Rusiya ÇSKA Moskva 0–0 0–2 0–2
2005–06 UEFA Çempionlar Liqası I təsnifat mərhələsi İslandiya Hafnarfyardar 2–0 2–1 4–1
II təsnifat mərhələsi Belçika Anderlext 1–0 0–5 1–5
2007–08 UEFA Kuboku I təsnifat mərhələsi Avstriya Rid 2–1 1–3 3–4
2008 UEFA İntertoto Kuboku I təsnifat mərhələsi Slovakiya Nitra 2–0 1–3 3–3 (s)
II təsnifat mərhələsi Belçika Jerminal 1–0 1–1 2–1
III təsnifat mərhələsi Rumıniya Vasluy 2–1 0–2 2–3
2011–12 UEFA Çempionlar Liqası II təsnifat mərhələsi Xorvatiya Dinamo Zaqreb 0–0 0–3 0–3
2012–13 UEFA Çempionlar Liqası II təsnifat mərhələsi Gürcüstan Zestafoni 3–0 2–2 5–2
III təsnifat mərhələsi İsrail Hapoel Kiryat Şmona 2–2 0–4 2–6
UEFA Avropa Liqası Pleyoff Kipr APOEL 1–1 3–1 4–2
H qrupu Serbiya Partizan 1–1 0–0 4-cü yer
İtaliya İnter Milan 1–3 2–2
Rusiya Rubin Kazan 0–1 0–1
2013–14 UEFA Çempionlar Liqası II təsnifat mərhələsi Albaniya Skenderbu Korça 0–0 0–1 0–1 (ə.v.)
2014–15 UEFA Avropa Liqası II təsnifat mərhələsi Sloveniya Koper 1–2 2–0 3–2
III təsnifat mərhələsi Gürcüstan Çixura 0–0 3–2 3–2
Pleyoff Serbiya Partizan 1–2 2–3 3–5
2015–16 UEFA Avropa Liqası I təsnifat mərhələsi Monteneqro Mladost 2–2 1–1 3–3
2016–17 UEFA Avropa Liqası I təsnifat mərhələsi Malta Balzan 1–2 2–0 3–2
II təsnifat mərhələsi Şimali Makedoniya Şkendiya 0–0 0–1 0–1
2018–19 UEFA Avropa Liqası I təsnifat mərhələsi Macarıstan Ujpest FK 3–1 0–4 3–5
2019–20 UEFA Avropa Liqası I təsnifat mərhələsi Moldova Speranța Nisporeni 6–0 3–0 9–0
II təsnifat mərhələsi Rusiya Arsenal Tula 3–0 1–0 4–0
III təsnifat mərhələsi İsrail Bney Yehuda 2–2 1–2 3–4
2020–21 UEFA Avropa Liqası I təsnifat mərhələsi Şimali Makedoniya Şkupi 2–1 2–1
II təsnifat mərhələsi Türkiyə Qalatasaray 1–3 1–3
2021–22 UEFA Çempionlar Liqası I təsnifat mərhələsi Gürcüstan Dinamo Tbilisi 2–1 2–1 4–2
II təsnifat mərhələsi Yunanıstan Olimpiakos 0–1 0–1 0–2
UEFA Avropa Liqası III təsnifat mərhələsi Finlandiya Helsinki 2–2 0–3 2–5
UEFA Konfrans Liqası Pleyoff İsrail Makkabi Hayfa 3–3 0–4 3–7
2022–23 UEFA Konfrans Liqası II təsnifat mərhələsi Kipr Aris Limassol 3–0 0–2 3–2
III təsnifat mərhələsi Avstriya Rapid Vyana 2–1 0–2 2–3
2023–24 UEFA Konfrans Liqası II təsnifat mərhələsi Bosniya və Herseqovina Jelezniçar Sarayevo 2–0 2–2 4–2
III təsnifat mərhələsi Türkiyə Beşiktaş 1–3 1–2 2–5

UEFA turnirlərində "Neftçi"nin Azərbaycan ilkləri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan klubları avrokuboklarda (STATİSTİKA). qol.az Arxivləşdirilib 2016-03-20 at the Wayback Machine  (az.)
  2. "TARİX YAZILDI!!!! NEFTÇİ QRUP MƏRHƏLƏSİNDƏ!!! korner.az". 2014-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-05.
  3. "History: APOEL-Neftçi | UEFA Europa League 2012/13". UEFA.com. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  4. "«Neftçi» Avroliqada özünü necə göstərdi?". 7 dek 2012. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05 – www.azadliq.org vasitəsilə.
  5. "Neftçi"nin Avropa macərası bitdi. zaman.az Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine  (az.)
  6. "Skënderbeu strike late to end Neftçi resistance | UEFA Champions League". UEFA.com. 23 iyul 2013. 2023-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  7. "Ayna.az". Ayna.az. 2024-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  8. "Neftçi Tərlan Əhmədova 5 turluq şans verdi". www.azerisport.com. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
  9. "Böyükağa Hacıyev rəsmən istefa verdi. rekord.az". 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.
  10. Kupa Galipleri Kupası Neftchi Baku — Apoel. macanileri.com Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine  (türk.)
  11. Neftçi hold Partizan on group stage debut. uefa.com Arxivləşdirilib 2019-04-28 at the Wayback Machine  (ing.)
  12. "Neftçi" İtaliyada "İnter"ə 2 qol vurdu. azadliq.info Arxivləşdirilib 2023-01-22 at the Wayback Machine  (az.)