Neftçi PFK-nın mövsümlərinin siyahısı

"Neftçi" PFK-nın mövsümlərinin siyahısıAzərbaycan Premyer Liqasında çıxış edən və Azərbaycanın Bakı şəhərini təmsil edən Neftçi futbol klubunun mövsümləri.

SSRİ çempionatında və kuboklarında

[redaktə | mənbəni redaktə et]
1949 SSRİ Kubokunun 1/4 final mərhələsinin afişası[1]

Qatıldığı ilk SSRİ çempionatı “Neftyanik” üçün daha uğursuz olur. “Q” qrupunda mübarizə aparan “xalq komandası” 12 iştirakçı arasında yalnız 11-ci our. İrəvan “Spartak”ını qabaqlaması komanda üçün zəif təsəlli idi. Keçirdiyi 11 oyunda cəmi 2 qələbə qazanmağı bacaran “Neftyanik” bir qarşılaşmadan “sülhlə” ayrılmışdı. Qalan 8 görüş “neftçilər” üçün uğursuz olmuşdu. “Neftyanik” Moskva təmsilçisi “Burevestnik”i 3:1, İrəvan “Spartak”ını isə 2:1 hesabıyla məğlub etməyi bacarmış, Moskvanın digər komandası “Krılya Sovetov”la oyun isə 6 qollu heç-heçəylə yekunlaşmışdı. Həmin vaxt qələbəyə 3, heç-heçəyə 2, məğlubiyyətə görə 1 xal verildiyindən çempionatın sonunda təmsilçimizin hesabında 16 xal var idi.[2] Həmin il SSRİ kuboku uğrunda yarışlarda isə "Neftçi" 1/64 finalda İrəvanın, 1/32 finalda isə Batuminin "Dinamo" komandalarına qalib gəlsə də, 1/16 finalda "Dinamo Tbilisi" klubuna uduzaraq mübarizəni dayandırdı. 1938–1941-ci illərdə "Neftçi" Azərbaycan və Zaqafqaziya birinciliklərində iştirak etdi. 1938-ci ildə SSRİ kubokunda iştirak edən "Neftçi" zona yarışlarındaca yenildi.

İkinci Dünya müharibəsi illəri digər sahələrdə olduğu kimi futbol sahəsində də durğunluq yaradır. 1943-cü ildən sonra Azərbaycanın futbol həyatında kiçik də olsa, canlanma yaranır. 944-cü ildə "Neftçi" yenidən Azərbaycan birinciliyinə qayıtdı və bir il sonra respublika çempionu oldu. Müharibənin başa çatması bütün SSRİ-də ictimai-sosial həyatı canlandırdı. 1946-cı ildə SSRİ çempionatının 2-ci Cənub yarımqrupunda çıxış edən "Neftçi" 1947-ci ildə ikinci qrupda 4-cü yerə yüksəldi. Növbəti mövsüm 17 yaşlı Ələkbər Məmmədovun debüt ili oldu.

1948-ci ildə Azərbaycan komandasının “Güclülər dəstəsi”ndə iştirakı gözlənilsə də, müxtəlif səbəblərdən, o cümlədən komandanın öz zonasında 4-cü pillədən yuxarı qalxa bilməməsinə görə bu baş tutmur. Uzun illərdən bəri gözlənilən islahatlar 1949-cu ildə keçirilməyə başlayır. Belə ki, Ümumittifaq Futbol Bölməsinin plenumunda verilən qərara əsasən 5 komanda 1-ci qrupa əlavə edilir. Bu qərarın əsas məqsədi bütün respublikaların təmsilçilərinin SSRİ çempionatının “Güclülər dəstəsi”ndə iştirakını təmin etmək idi. Həmin 5 komandanın arasında Ukraynanın “Lokomotiv və “Şaxtyor”, Riqanın “Dauqava”, Ermənistanın “Dinamo” komandaları ilə yanaşı Azərbaycan “Neftyanik”i də var idi.[2] 1949-cu ildə güclülər dəstəsini genişləndirmək qərarı nəticəsində "Neftçi" də A qrupunda debüt etdi. Həmin heyətə sonralar tanınmış hakimə çevrilən Tofiq Bəhramov və məşhur Ələkbər Məmmədov da daxil idi. "Neftçi" A qrupu tarixində ilk oyununu o vaxt Leninin adını daşıyan indiki "İsmət Qayıbov" stadionunda HHQ (Hərbi Hava Qüvvələri) ilə keçirib. Bu tarixi matçda komanda 1:0 hesabı ilə qalib gəlib. SSRİ çempionatının A qrupunda ilk qolu isə Viktor Anoşkin vurub. Çempionatın startı sensasion oldu. Beş turdan sonra birinci pilləyə "Neftçi" yüksəlmişdi, lakin təcrübəsizlik tezliklə özünü göstərdi və yekunda komanda 14-cü oldu.

İki il “Güclülər dəstəsi”ndə çıxış edən “Neftyanik” heç cür orda möhkəmlənə, çempionatın iddialılarından birinə çevrilməyi bacarmır. Nəticədə 1951-ci ildə “Neftyanik” elitanı tərk edir və “B” sinifinin iştirakçıları sırasına qoşulur. Həmin illərdə “Neftyanik”-in əsas problemlərindən biri heyətdə qeyri-millətlərin üstünlük təşkil etməsi idi. Onların arasında az-çox istedadı olanlar inkişaf etməyə başlayan kimi daha prestijli yer sayılan Moskvanın, yaxud da Rusiyanın digər şəhərlərinin komandalarına üz tuturdular və beləliklə “Neftyanik” hər şeyə sıfırdan başlamalı olurdu. “Neftyanik”-in 51-ci ildən başlayan “B” sinifi mübarizəsi düz 8 il davam edir. Bütün bu illər “Neftyanik” üçün itirilmiş illər sayılır. Məhz həmin dövrlərdə komanda möhkəmlənməyə, öz yetirmələri hesabına SSRİ-də məşhurlaşan rəqiblər arasında “boy göstərməyə” çətinlik çəkirdi. 1959-cu ildə komandanın nəticələrinin getdikcə pisləşməsi Respublika İdman Komitəsinin rəhbərlərini hərəkətə gətirir və “Neftyanik”də böyük kadr dəyişikliyi başlanır. Komandaya Konstantin Kuznetsov baş məşqçi gətirilir. Müxtəlif illərdə “Neftyanik”in heyətində parlamağı bacarmış veteranlarla yanaşı, istedadıyla seçilən yerli gənclər komandaya cəlb olunur.

1960-cı ildə yenidən bəxt “Neftçi”-nin üzünə gülür. SSRİ Futbol Federasiyasının islahatları sayəsində “Neftçi” tarixində ikinci dəfə “A” sinfində, yəni elitada oynamaq hüququ qazanır. Növbəti ildən isə respublika rəhbərliyi “Neftçi”i ilk pillələrdə görmək üçün işə daha ciddi iş görməyə başlayır. Nəticədə Azərbaycanın futbol tarixinin “qızıl səhifəsi” 1966-cı ildə yazılır. Həmin il “Neftçi” birinci və sonuncu dəfə SSRİ çempionatının mükafatçıları sırasına adını yazdırmağı bacarır. Noyabrın 30-da Lenin adına Respublika stadionuna toplaşan 45 min tamaşaçı Moskva “Spartak”ı üzərində tarixi qələbənin şahidi olur. “Neftçi” bürünc medalları qazanmağa əsas iddiaçı olan rəqibini Banişevskinin dublu və Markarovun 60-cı dəqiqədə vurduğu qol sayəsində 3:0 hesabıyla məğlub etməyi bacarır. Bu isə 18 komandanın mübarizə apardığı SSRİ çempionatında 3-cü pillənin, deməli, həm də bürünc medalların “Neftçi”yə məxsus olacağının rəsmiləşməsi idi. Tarixi qələbə və bürünc medallar Azərbaycanda futbolun təbliğinə, inkişafına böyük töhvə versə də, böyük uğurun davamı gəlmədi. Bunun üçün yetərincə potensial olsa belə, həlledici məqamlarda Moskva klublarının bir-biriylə “pərdəarxası oyunlara” getməsi, rusiyalı hakimlərin Azərbaycan komandasına göstərdiyi qərəzli münasibət “Neftçi”nin SSRİ çempionatlarındakı yolunu kifayət qədər enişli-yoxuşlu etdi.[2]

50-ci illərin ortalarından etibarən azərbaycanlılar öz doğma klublarını “Neftçi” adlandırmağa başlasalar da, bunun rəsmiləşməsi yalnız 1968-ci ildə mümkün olur. Məhz bu ad dəyişmə SSRİ rəhbərliyində, xüsusən də Neft Sənayesi nazirliyində narazılıqlara, komandaya qarşı soyuqluq yaranmasına bəhanə verdi. Komandaya maliyyənin ayrılması məhz mərkəzdən gələn göstərişlə xeyli azaldıldı ki, bu da nəticələrdə özünü göstərməyə başladı. Hələ 1970-ci il mövsümü bitən kimi baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov və komandanın rəisi Rauf Adıgözəlov vəzifələrindən azad edildilər. Ələkbər Məmmədov baş məşqçi, 50-ci illərdə komandamızın həkimi olmuş, sonralar isə Futbol Federasiyasına rəhbərlik etmiş Kamal Axundov rəis təyin edildilər. Orconikidze "Spartak"ına rəhbərlik edən Tuayev isə futbolçu kimi heyətə qayıtdı. Əvəzində Markarov komandanı tərk etmişdi. Banişevski də artıq əvvəlki formasını yığmış və Şevçenko ilə birlikdə həm "Neftçi"nin hücum xəttini təşkil edirdi, həm də SSRİ yığmasına cəlb olunurdular. Hazırlıq prosesi də normal keçmiş və futbolçular mövsümə tam hazır idi. Hətta təlim-məşq toplanışları çərçivəsində komandamız Bakıda, Kislovodskda, Daşkənddə, Aşqabadda xeyli yoxlama oyunları keçirmiş və heç birində məğlub olmamışdı.

Banişevski və Şevçenko ilə yanaşı, komandanın əsas yükünü yarımmüdafiədə Tuayev, Hacıyev, Semiqlazov və Smolnikov, müdafiədə Bruxti, Y. Babayev, Quliyev və Lyoqki çiyinlərində daşımalı idi. Rəsmi oyunlara isə ölkə kuboku uğrunda mübarizə ilə start verildi. 1/16 finalda "Lokomotiv" (Moskva) səddini dəf edən (1:0; 0:0) "Neftçi" 1/8 finalda bütün ittifaqa səs saldı. Ötən çempionatın gümüş mükafatçısı və kubokun sahibi Moskva "Dinamo"su ilə Tbilisidə keçirilən ilk oyunda Smolnikov və Şevçenkonun qolları qələbəni (2:0) təmin etsə də, ruslar görəcəkləri günün Bakıda olduğundan xəbərsiz idilər. Cavab oyununda K. Beskov və L. Yaşinin rəhbərlik etdiyi "Dinamo"nun daşı-daş üstə qalmadı və Banişevskinin het-trikinə Smolnikovun daha bir qolu qoşulunca 4:0 hesablı qələbə hamını çaşdırdı. Çempionatın startında da uğurlu oyunlar davam etdi. Bakıda Kiyev "Dinamo"su ilə heç-heçəni "Karpatı" üzərində böyükhesablı qələbə, Moskvada "Torpedo" və OMİK-lə heç-heçələr izlədi. Bunun bir səbəbi də heyətdəki itkilərlə bağlı idi. "Torpedo"yla matçda yarımmüdafiəçi çatışmadığından 3 müdafiəçi orta sahədə oynamağa məcbur olmuşdu. Bununla belə, Bakıda "Spartak" (Moskva), "Dinamo" (Minsk) və "Paxtakor" üzərindəki qələbələr komandamızı çempionatın favoritləri arasına çıxardı. Xüsusilə də "Spartak" üzərində qələbə deyəsən Moskvada oturanlara xoş gəlmədi. Əvvəlki oyunlarda da hücum futbolu göstərən "Neftçi" moskvalıları 5:3 hesabı ilə darmadağın etdi. Belə qollu qarşılaşmalardan sonra 9 turun yekununa görə "Neftçi"dən Şevçenko, Banişevski və Tuayev hərəyə 5 qolla bombardirlər siyahısında idilər. Bakılı hücumçulara artıq SSRİ-nin yığma komandasında da ehtiyac duyulmuşdu. Banişevski ilə Şevçenko yığmanın heyətində Avropa çempionatının seçmə mərhələ oyunlarında çıxış etdilər. Birinci kiprlilərin, ikinci isə ispanların qapısına qol vurdu. Birinci dövrədə hər şey bakılıların istədiyi kimi gedirdi. "Neftçi" lider Kiyev "Dinamo"sundan 5 xal geri qalaraq 4-cü yeri tuturdu. Vurulan topların sayına görə isə komandamız hamını qabaqlayırdı. Baxmayaraq ki, R. Mirzəyev zədələnərək uzun müddətə sıradan çıxmış, Şevçenko, Smolnikov, Kramarenko və Y. Babayev zədə üzündən bəzi oyunları buraxmalı olmuşlar. Cərrahiyyə əməliyyatından yeni qayıtmış M. Zeynalov hələ həmişəki formasından uzaq idi. Ölkə kuboku uğrunda "Spartak"la yarımfinal oyununda 5:0 hesabı ilə məğlub olan "Neftçi" çempionatın ikinci dövrəsini olduqca zəif keçirməsinə baxmayaraq 9-cu yeri tutdu.

Lakin 1971-ci il uğursuzluqla başa çatdı. Bunda daha çox SSRİ Futbol Federasiyasının qərəzli mövqeyi də rol oynadı. Çempionata uğurla başlayan Neftçinin heyətindəki əsas oyunçular olan Anatoli Banişevski ilə Vitali Şevçenko SSRİ yığmasına cəlb olundular. İkinci dövrədə isə iki oyunda “Neftçi" hakimlərin qeyri-obyektivliyi ilə üzləşdi. Daşkənddə “Paxtakor"la və Rostovda OİK-lə oyunlarda hakimlər “Neftçi"nin qapısına oyundankənar vəziyyətdən vurulan qolları qeydə aldılar. Hakimlərin qeyri-obyektivliyindən əsəbiləşən Sergey Kramarenko, Rafiq Quliyev, Vyaçeslav SemiqlazovVladimir Bruxti cəza alaraq bir neçə oyunluq diskvalifikasiya olundular. SSRİ Futbol Federasiyası və İdman Komitəsi hətta “Neftçi"nin çempionatdan xaric edilməsi məsələsini qaldırdı. Lakin bu barədə müvafiq qərar qəbul edilsə də, sonda məmurlar fikirlərini dəyişdilər. 1972-ci il mövsümü isə məşqçi dəyişiklikləri və böyük uğursuzluqla yadda qaldı. Belə ki, Ələkbər Məmmədov işdən azad edildikdən sonra komandaya qısa müddət ərzində Anatoli Qryazev, sonra Georgi Jarkov başçılıq etdi. Amma onlar da “Neftçi"ni 1-ci liqaya düşməkdən xilas edə bilmədilər. 1973-cü ildə komandaya Valentin Xlıstov baş məşqçi təyin olundu. O vaxt heyət demək olar ki, azəbaycanlı futbolçulardan qurulmuşdu. Yeni kollektivlə yenidən güclülər dəstəsinə qayıtmaq üçün 4 il gözləmək lazım oldu. Nəhayət, 1976-cı ildə “Neftçi" yüksək liqaya qayda bidi. Həmin dövr ağdamlı Elbrus Abbasov əsl tapıntı idi. 1-ci dəstənin bombardiri olan Abbasov güclülər dəstəsində də komandasının əsas qol silahı olmalı idi.

80-cı illər xüsusi ilə yaddaqalan olub. Çünki komanda bu illərdə elita ilə vidalaşıb və bir daha geri qayıda bilməyib. “Neftçi” 1988-ci ildə yenidən güclülərin sırasından ayrıldı və bir daha ora qayıda bilmədi.[2] Bundan başqa, Azərbaycanda siyasi vəziyyətin sabit olmamasına görə, Dağlıq Qarabağda döyüşlərin, Bakıda SSRİ əleyhinə mitinqlərin başlaması səbəbindən SSRİ Futbol Federasiyası 1988-ci ildə “Neftçi"nin birinci dövrəyə təsadüf edəcək ev oyunlarının səfərdə keçirilməsinə qərar verdi. “Neftçi" onsuz da səfər oyunlarında zəif çıxış etdiyini nəzərə alsaq, bu qərarın qəbul olunması komanda üçün böyük zərbə oldu. Üstəlik, heyətdə ciddi itkilər var idi. Komandanın əsas qapıçısı Aleksandr Jidkov əfsanəvi Valeri Lobanovskinin təklifini qəbul edib Kiyev “Dinamo"suna keçmişdi. Yaşar VahabzadəMehman Allahverdiyev isə ağır zədə aldıqları üçün demək olar ki, mövsümün sonuna qədər oynaya bilmədilər. Çempionatın ilk dövrəsi Neftçi üçün çox uğursuz alındı. Fasilə zamanı Azərbaycan SSRİ Futbol Federasiyasına rəhbərlik edən Fətulla Hüseynov “İdman" qəzetində müsahibəsində azarkeşləri səbrli olmağa çağıraraq, komandanın ikinci dövrədə vəziyyəti düzəldərək Güclülər Dəstəsində qalacağını bildirdi. Lakin ikinci dövrədə komandanın işini ağırlaşdıran daha bir hadisə baş verdi. “Neftçi"nin iki aparıcı futbolçusu - Yunis Hüseynovla İqor Ponomaryov SSRİ olimpiya yığmasının heyətində Pekində beynəlxalq turnirdə iştirak edərkən ciddi zədə aldılar və bir neçə tur komandaya kömək edə bilmədilər. Həmçinin baş məşqçi Ağasəlim Mircavadov səhhəti ilə əlaqədar olaraq könüllü istefa verdi. Lakin sonradan Mircavadov öz xatirələrində rəhbərliyin onu vəzifəsindən çıxardığını bildirib. Rəhbərlik komandanı müvəqqəti olaraq Rəşid Özbəyova tapşırdı. Lakin onun rəhbərliyi altında ardıcıl məğlubiyyətlərdən sonra rəhbərlik zəng vurub komandanın sabiq liderlərindən olmuş Yuri Kuznetsovu təcili Bakıya çağırdı və baş məşqçi postunu ona həvalə etdi. Lakin onun gəlişindən sonra “Neftçi"də “özbaşınalıq" yarandı. Futbolçular məşqlərə məsuliyyətsiz yanaşmağa, rejimi pozmağa başladılar. Məsələn, sona 3 tur qalmış komandanın liderlərindən olan İsgəndər Cavadov köməkçi məşqçi Rəşid Özbəyovla mübahsə edərək komandadan getdi. Ölkədə siyasi vəziyyət də pisləşmişdi. Bunların fonunda ev oyunlarını da boş tribunalar önündə keçirən “Neftçi" mövsümün sonunda I Dəstəyə düşməkdən qurtula bilmədi. Çempionat bitər-bitməz Kuznetsov yenidən Moskvaya qayıtdı. Bir çox aparıcı futbolçular komandanı tərk etdilər. Onlardan biri, İqor Ponomaryov ölkəni birdəfəlik tərk edib İsveçə getdi.[3]

SSRİ çempionatında

[redaktə | mənbəni redaktə et]

İştirakçısı olduğu 27 çempionatda 253 qələbə, 270 bərabərlik, 361 məğlubiyyəti var.[4]

Mövsüm Liqa Yer O Q H M VT BT X Bombardir Baş Məşqçi
1937 SSRİ Çempionatı, Q qrupu 11 11 2 1 8 14 31 16 SSRİ Qnezdov
1946 SSRİ Çempionatı 2-ci qrupu,

Cənub altqrupu

9 24 9 7 8 34 34 25 SSRİ Şapoşnikov
1947 SSRİ Çempionatı 2-ci qrupu,

Zaqafqaziya

4 14 6 3 5 28 21 15 SSRİ Parsadanov
1948 SSRİ Çempionatı 2-ci qrupu,

Cənub zonası

4 18 8 5 5 27 19 21 SSRİ Çurkin
SSRİ Patseviç
1949 SSRİ Çempionatı 1-ci qrupu 14 34 6 12 16 26 42 24 SSRİ Putilin
SSRİ Patseviç
1950 SSRİ Çempionatı, Klass A 19 36 6 9 21 37 73 21 SSRİ Çurkin
1951 SSRİ Çempionatı, Klass B 4 34 17 11 6 56 27 45 SSRİ Şirəliyev
1952 SSRİ Çempionatı, Klass B 7 16 5 5 6 20 21 15 SSRİ Şirəliyev
1953 SSRİ Çempionatı, Klass B 11 2 1 0 1 3 3 2 SSRİ Novikov
1954 SSRİ Çempionatı, Klass B 3 5 2 1 2 7 7 5 SSRİ Novikov
1955 SSRİ Çempionatı, Klass B 6 30 12 9 9 48 44 33 SSRİ Novikov
SSRİ Rasskazov
1956 SSRİ Çempionatı, Klass B 5 34 16 7 11 71 53 39 SSRİ Panyukov
SSRİ Axundov
1957 SSRİ Çempionatı, Klass B 3 30 18 8 4 70 37 44 SSRİ Timakov
1958 SSRİ Çempionatı, Klass B 7 30 12 10 8 46 39 34 SSRİ Şirəliyev
SSRİ Timakov
1959 SSRİ Çempionatı, Klass B 12 26 7 6 13 25 38 20 SSRİ Kuznetsov
1960 SSRİ Çempionatı, Klass A 21 6 2 2 2 6 7 6 SSRİ Kuznetsov (5) SSRİ Krılov
1961 SSRİ Çempionatı, Klass A 18 32 7 13 12 36 52 27 SSRİ Kuznetsov (5)
SSRİ Eynullayev (5)
SSRİ Qolodets (5)
SSRİ Arkadyev
1962 SSRİ Çempionatı, Klass A 10 22 2 11 9 19 39 15 SSRİ Markarov (16) SSRİ Arkadyev
1963 SSRİ Çempionatı,

A Dəstəsi, Birinci qrupu

8 38 18 9 11 48 44 45 SSRİ Markarov (12) SSRİ Məmmədov
1964 SSRİ Çempionatı,

A Dəstəsi, Birinci qrupu

12 32 8 11 13 25 30 27 SSRİ Markarov (8) SSRİ Məmmədov
1965 SSRİ Çempionatı,

A Dəstəsi, Birinci qrupu

11 32 11 8 13 32 33 30 SSRİ Markarov (10) SSRİ Məmmədov
SSRİ Sokolov
1966 SSRİ Çempionatı,

A Dəstəsi, Birinci qrupu

3 36 18 9 9 56 28 45 SSRİ Tuayev (14) SSRİ Sokolov
SSRİ Ələsgərov
1967 SSRİ Çempionatı,

A Dəstəsi, Birinci qrupu

5 36 16 10 10 51 33 42 SSRİ Markarov (14) SSRİ Ələsgərov
1968 SSRİ Çempionatı,

A Dəstəsi, Birinci qrupu

9 38 13 12 13 42 48 38 SSRİ Banişevski (8) SSRİ Ələsgərov
1969 SSRİ Çempionatı,

A Dəstəsi, Birinci qrupu

7 26 6 11 9 26 27 23 SSRİ Abdullayev (11) SSRİ Ələsgərov
1970 SSRİ Çempionatı, Yüksək Liqa 11 32 9 11 12 27 28 29 SSRİ Şevçenko (8) SSRİ Ələsgərov
1971 SSRİ Çempionatı, Yüksək Liqa 9 30 9 10 11 30 34 28 SSRİ Banişevski (10)
SSRİ Şevçenko (10)
SSRİ Məmmədov
1972 SSRİ Çempionatı, Yüksək Liqa 16 30 6 8 16 28 55 20 SSRİ Banişevski (10) SSRİ Məmmədov
SSRİ Qryazev
SSRİ Jarkov
1973 SSRİ Çempionatı, Birinci Liqa 4 38 17 8 13 58 43 39 SSRİ Xlıstov
1974 SSRİ Çempionatı, Birinci Liqa 5 38 18 10 10 54 32 46 SSRİ Xlıstov
1975 SSRİ Çempionatı, Birinci Liqa 5 38 17 12 9 58 35 46 SSRİ Xlıstov
1976 SSRİ Çempionatı, Birinci Liqa 2 38 22 10 6 70 34 54 SSRİ Bondarenko
1977 SSRİ Çempionatı, Yüksək Liqa 13 30 5 17 8 25 34 27 SSRİ Smolnikov (9) SSRİ Bondarenko
1978 SSRİ Çempionatı, Yüksək Liqa 13 30 8 7 15 28 39 23 SSRİ Banişevski (7) SSRİ Bondarenko
1979 SSRİ Çempionatı, Yüksək Liqa 14 34 8 8 18 29 50 24 SSRİ Ponomaryov (5)
SSRİ Nurməmmədov (5)
SSRİ Netto
SSRİ Ələsgərov
1980 SSRİ Çempionatı, Yüksək Liqa 13 34 10 9 15 29 41 29 SSRİ Ponomaryov (9) SSRİ Ələsgərov
1981 SSRİ Çempionatı, Yüksək Liqa 10 34 11 12 11 34 49 32 SSRİ Ponomaryov (12) SSRİ Ələsgərov
1982 SSRİ Çempionatı, Yüksək Liqa 16 34 10 7 17 42 63 27 SSRİ Şıxlarov (10) SSRİ Ələsgərov
1983 SSRİ Çempionatı, Yüksək Liqa 13 34 10 10 14 32 38 30 SSRİ Ponomaryov (11) SSRİ Tuayev
1984 SSRİ Çempionatı, Yüksək Liqa 15 34 9 8 17 30 50 26 SSRİ Cavadov (9) SSRİ Tuayev
SSRİ Abdullayev
1985 SSRİ Çempionatı, Yüksək Liqa 16 34 9 11 14 30 40 28 SSRİ Ponomaryov (11) SSRİ Solovyov
SSRİ Abdullayev
1986 SSRİ Çempionatı, Yüksək Liqa 13 30 8 12 10 33 38 26 SSRİ Əhmədov (13) SSRİ Abdullayev
1987 SSRİ Çempionatı, Yüksək Liqa 9 30 9 10 11 33 30 28 SSRİ Əhmədov (7) SSRİ Seyidov
SSRİ Mircavadov
1988 SSRİ Çempionatı, Yüksək Liqa 15 30 5 7 18 28 46 17 SSRİ Əhmədov (10) SSRİ Mircavadov
SSRİ Kuznetsov
1989 SSRİ Çempionatı, Birinci Liqa 8 42 17 12 13 58 48 46 SSRİ Qasımov (16) SSRİ Mircavadov
SSRİ Abdullayev
1990 SSRİ Çempionatı, Birinci Liqa 8 38 14 10 14 46 48 38 SSRİ Qasımov (21) SSRİ Abdullayev
1991 SSRİ Çempionatı, Birinci Liqa 15 42 17 5 20 60 58 39 SSRİ Hüseynov (16)
SSRİ Qasımov (16)
SSRİ Abdullayev
SSRİ Tuayev

[5][6]

SSRİ kuboklarında

[redaktə | mənbəni redaktə et]

“Neftçi” 1967, 1968, 1970 və 1971-ci illərdə SSRİ kubokunun yarımfinalına qədər irəliləməyi bacarsa da, final arzusunu heç cür reallaşdıra bilməyib.

Azərbaycan Çempionatında və Kubokunda

[redaktə | mənbəni redaktə et]

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da futbol həvəskarları "Neftçi"nin timsalında parlaq oyununun şahidi oldular. Təsadüfi deyil ki, 1992-ci ildə futbol üzrə ilk milli Azərbaycan çempionatında qızıl medallar məhz "Neftçi"yə qismət oldu. Paytaxt komandasına çempion titulunu Əhməd Ələsgərov qazandırdı. Növbəti nailiyyət bundan 3 il sonra əldə edildi. "Neftçi" 1995-ci ildə Vaqif Sadıqovun rəhbərliyi altında ölkə kuboku uğrunda yarışda bütün rəqiblərini üstələdi. 1995/1996 mövsümünü isə "Neftçi" üçün unudulmaz çempionatlardan biri kimi xarakterizə etmək mümkündür. Çünki klub həmin mövsümü həm ölkə çempionu, həm də ölkə kubokunun qalibi kimi "qızıl dubl"la başa vurdular. Çempionluqla yanaşı, ölkə kubokunun qazanılmasında 3 məşqçi — Vaqif Sadıqov, Asif Əliyev və Kazbek Tuayevin əməyi keçdi.[mənbə göstərin]

Vaqif Sadıqov həmçinin "Neftçi" klubuna 19931995-ci illərdə Azərbaycan Superkubokunu da qazandırmışdır.[7]

"Neftçi" 3-cü dəfə 1997-ci ildə çempion adına layiq görüldü, lakin AFFA yekunda əsas və yeniyetmə komandaların topladığı xalların cəmini əsas götürərək, qızıl medalları "Qarabağ"a verdi. Hər halda, ədalət öz yerini tapdı. UEFA çempion qismində "Neftçi"ni tanıdı və Çempionlar Liqasında iştirak hüququna da flaqman yiyələndi.[mənbə göstərin]

1999-cu ildə növbəti dəfə "Neftçi" klubu ölkə kubokunu Kazbek Tuayevin sayəsində qazandı.[mənbə göstərin]

2004-cü ildə ağ-qaralar ikinci dəfə "qızıl dubl"a imza atdılar. Kazbek Tuayevin yetirmələri 2004-cü ildə həm milli çempionatda, həm də ölkə kubokunda hamıdan güclü oldular.[mənbə göstərin]

2005-ci ildə Ağasəlim Mircavadovlu "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi. Gəncə şəhər stadionunda keçirilən oyunda ağ-qaralar "Xəzər-Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi.[8]

Flaqman, həmçinin "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku" uğrunda yarışda ilk dəfə finala yüksələn (2005-ci il) və ilk dəfə baş mükafata sahib çıxan (2006-cı il) Azərbaycan klubudur.[9]

2011-ci ildə flaqman Arif Əsədovun rəhbərliyi altında 6 ildən sonra sona 3 tur qalmış 6-cı dəfə Azərbaycan çempionu oldu.[10][11][12] 2012-ci ildə ardıcıl ikinci mövsüm çempion olan "Neftçi" bu dəfə bunu Böyükağa Hacıyevin başçılığı ilə əldə etdi.[13][14]

2012/2013 mövsümündə Böyükağa Hacıyevin ardıcıl 2-ci çempionluğu, komandanın isə ardıcıl 3 mövsüm çempion olması, bununla yanaşı, həm də ölkə kubokunu qazanması "Neftçi"nin Azərbaycan futbol tarixi ərzində 3-cü dəfə "Qızıl dubl" edən ilk komanda olmasına səbəb olmuşdur.[15][16]

2013-cü ildə Azərbaycan Superkubokunda əzəli rəqibi "Xəzər Lənkəran"-a minimal hesabla məğlub olan "Neftçi" Tərlan Əhmədovu istefaya göndərdi.[17] 2013-cü il oktyabrın 26-da "Neftçi" klubu Nazim Süleymanovu klubun baş məşqçisi təyin etdi.[18] 2014-cü ilin yanvarın 8-də Nazim Süleymanov istefa verdi.[19]

2014-cü il yanvarın 11-də yarım illik fasilədən sonra Böyükağa Hacıyev yenidən baş məşqçi təyin olundu.[20] 2014-cü il mayın 22-də "Neftçi" klubu 6-cı dəfə Azərbaycan Kubokununa sahib oldu. Beləki, Böyükağa Hacıyevin yetirmələri ardıcıl olaraq 2-ci dəfə kuboku başı üzərinə qaldırdı.[21]

2014-cü il sentyabrın 4-də 3 illik fasilədən sonra Arif Əsədov yenidən baş məşqçi təyin edildi.[22] Qeyri-stabil nəticələr artıq növbəti mövsümlər üçün həyəcan siqnalı demək idi. Klubun idarəetmə sistemində dəyişikliklərə gedildi və Müşahidə Şurası yaradıldı. Şuranın rəhbəri azərbaycanlı yazıçı Çingiz Abdullayev seçildi. Yeni sistem, ümumiyyətlə şura rəhbəri və digər şura üzvlərinin təyinatı azarkeşlər arasında heç də birmənalı qarşılanmadı.

Həmin mövsüm Neftçi ölkə çempionatında 4-cü yeri tutdu. Kubokun finalına vəsiqə qazandığı üçün klub artıq Avropa Liqasına vəsiqəni təmin etmişdi. 3 iyun 2015-ci ildə ölkə kubokunun finalı Qəbələ Şəhər Stadionunda keçirildi. Finalda Qarabağla üz-üzə gələn Neftçi 1:3 hesabı ilə rəqibinə məğlub oldu.

2015/2016 mövsümünün əvvəlində komandada bir çox dəyişikliklər həyata keçdi. Yeni rəhbərliyinin verdiyi vədlər, edilən bəzi dəyişiklilər azarkeşlərə az-çox nələrinsə düzələcəyinə ümid verirdi. Mövsümün əvvəlində bəzi oyunçular ilə yollar ayrıldı. Saşa Stamenkoviç, Flavinyo, Julius Vobay, Nikolas Kanales, Ernest Nfor, Elvin Yunuszadə, Denis Silva Kruz, Mirhüseyn Seyidov kimi aparıcı oyunçular komandanı tərk etdilər. Bu oyunçuların klubdan getməsi azarkeş və ictimaiyyət arasında dilemma yaradırdı. Bəziləri oyunçuların qalmasının tərəfdarı idi və bu oyunçular getsə belə onların yerinə daha yaxşı legionerlərin gəlməsinin vacib olduğunu bildirirdi. Neftçi kimi köklü klubda gəncləşdirmənin xeyirli olmayacağını fikrini müdafiə edirdilər. Bir qism də artıq bu oyunçuların uğurlardan doyduğunu, gənclərə yer vermənin faydalı olduğunu söyləyərək komandanı tərk etmiş futbolçuların getməsinin daha faydalı olacağını düşünürdü. Komandanın heyəti demək olar ki, gəncləşdirilmişdi. Mövsümlərarası fasilədə Peskoviç, Jairo, Melli, Ailton, Anete kimi legionerlər komandaya qoşuldu. Xüsusən də Anetenin gəlişi böyük səs-küy doğurdu. Çünki Anete əvvəlki mövsümdə Levski Sofiyanın heyətində Bolqarıstan çempionatının bombardiri olmuşdu. Yerli oyunçulardan Cavid İmamverdiyev Elağızspordan, Ruslan Qurbanov isə Hajdukdan icarədən qayıtdı. Məhəmməd Qurbanov isə Sumqayıtdan transfer edildi. Komandanın baş məşqçi postu isə komandanın keçmiş hücumçusu olmuş Samir Əliyevə həvalə edildi.

Neftçi yeni mövsümdə mübarizəsinə Avropa Liqasında başladı. Püşk Neftçiyə Çernoqoriyanın Mladost komandasını rəqib gətirdi. Neftçinin asanlıqla mərhələ keçəcəyini hamı təxmin edirdi. İlk oyun Bakıda, Bakcell Arenada baş tutdu. Oyun 2:2 hesabı ilə bitsə də, cavab oyununda səfərdə Neftçinin rəqibini üstələyəcinə hər kəs inanırdı, amma əksi baş verdi. Rəqibi ilə 1:1 hesablı heç-heçə edən Neftçi səfər qolu qaydasına görə mübarizəni erkən dayandırdı. Komandanın ilk mərhələdəcə mübarizəni dayandırması ictiamiyyət və azarkeşlər arasında haqlı narazılığa səbəb oldu. Bəziləri hətta Samir Əliyevin indidən istefasını tələb edirdilər.

Azərbaycan Çempionatının yeni mövsümü başlamamış Neftçi artıq əvvəlki illərdə olduğu qədər favorit göstərilmirdi. Mübarizənin əsasən Avropa Liqasının qrupuna vəsiqə qazanan 2 klub — Qarabağ və Qəbələ arasında gedəcəyi gözlənilirdi. İlk turda uzun illərdən sonra tarixi derbi baş tutdu. Neftçi öz meydanında Gəncənin Kəpəz komandasını qəbul etdi. Bu oyunda 0:0 hesabı qeydə alındı. 2-ci turda İnterə səfərdə 1–0 hesalı məğlubiyyət azarkeşləri özündən çıxardı. Hətta bir azarkeş meydana düşərək oyunçulara öz etirazını bildirmişdi. Neftçi daha sonra ardıcıl olaraq Sumqayıt, Rəvan üzərində qələbələr qazandı. Xəzər Lənkəranla isə 1–1 hesablı heç-heçə razılaşdı.

2015/2016 mövsümünün ən maraqlı və qalmaqallı oyunlarından biri 26 sentyabrda Suraxanıda baş tutdu. Qarabağın yeni stadionu — Azersun Arenanın açılış matçında Qarabağ Neftçini qəbul edirdi. Çoxları bu oyunda güclü Qarabağın rahat qələbəsini proqnoz etsə də, Samir Əliyev bəlkə də Neftçidə məşqçi olduğu müddətdə ən yaxşı oyununu keçirdi. Oyunda hesabı Neftçi açdı . 61-ci dəqiqədə Erik Ramos uzaqdan zərbə ilə rəqibin torunu silkələdi. Bu qol Azersun Arenada vurulan ilk qol kimi tarixə düşdü. Qoldan sonra da Neftçi üstünlüyünü davam etdirirdi. Bir neçə epizodda hesabı 0–2 etməyə yaxın olsalar da, bu baş vermədi. Əvəzində oyunun sonlarına yaxın bəlkə də mövsümün ən skandal hadisəsi baş verdi. 90-cı dəqiqədə Qarabağın oyunçusu Coşğun Diniyev adi oyun mübarizəsində Neftçinin cərimə meydançasında yerdə qaldı. Hakim Fariz Yusifov isə bu epizodu penalti kimi dəyərləndirdi. Topa yaxınlaşan Riçard Almeyda hesabı bərabərləşdirdi — 1:1 . Oyuna artırılan 4-cü dəqiqədə Neftçinin hücumçusu Anete qapıçı ilə təkbətəkə gedərkən Bədavi Hüseynov onun qarşısını kobudluqla alsa da, hakim davam dedi. Beləliklə, qərəzli hakim qərarları ilə keçən oyun 1:1 hesabı ilə başa çatdı.

Bu oyundan sonra azarkeşlərin komandaya olan ümidləri artsa da, Neftçi heç cür özünə gələ bilmirdi. Ardıcıl olaraq Zirə, Azal və İnterlə oyundakı uğursuzluqların fonunda Sumqayıt üzərində 1–2 hesablı qələbə qeydə alındı. Öz meydanında Rəvana 2–3 hesablı məğlubiyyət isə artıq azarkeşlərin səbirini bitirdi. Bu oyundan sonra Samir Əliyev istefa verdi. Samir Əliyevin istefasından sonra baş məşqçi postu Əsgər Abdullayevə həvalə olundu.

Abdullayevin gəlişindən sonra Neftçi 8 ildən sonra ilk dəfə Lənkəranda Xəzər Lənkəranı məğlub etdi — 2:0 . Ardınca isə Qarabağ və Qəbələ üzərində 1–0 hesablı qələbələr qazanıldı. Kubokda isə Qaradağ Lökbatan 8–0 hesabı ilə məğlub edildi, amma bu uğurlu qrafik çox da uzun sürmədi. Mart ayına qədər Neftçi qeyri-stabil çıxışını davam etdirirdi. Evdə Qəbələyə 1–2 hesablı məğlubiyyət Əsgər Abdullayevin son oyunu oldu. Onun əvəzinə isə komandanın idman direktoru olan, veteran futbolçu Vəli Qasımov gətirildi.

Qasımovun gəlişindən sonra ilk oyunu kubokun cavab matçı idi. Neftçi ilk oyunda Lənkəran 2–3 uduzduğu Xəzəri , Bakıdakı revanşda 2–0 məğlub edərək yarımfinala yüksəldi. Liqada qeyri-stabil çıxış davam etsə də, kubokda işlər yaxşı gedirdi. Qəbələ ilə hər ikisi 1–1 bitən yarımfinal oyununda qalib penaltilər seriyasında məlum oldu. Daha dəqiq olan Neftçi finala yüksəldi. Burada isə rəqib keçən il olduğu kimi yenə Qarabağ olacaqdı.

Neftçi çempionatı 6-cı yerdə başa vurdu. 2-ci yeri tutan Zirə hələ öz fəaliyyətinin 3 ilini başa vurmadığına görə, 4-cü yeri tutan İnter isə UEFA tərəfindən qoyulan qadağaya görə avrokuboklara buraxılmadı. Əvəzində isə 5-ci yeri tutan Kəpəz və 6-cı yeri tutan Neftçi Avropa Liqasına vəsiqəni təmin elədilər.

Mövsümün son oyunu, Azərbaycan Kubokunun finalı isə 25 may 2016-cı ildə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutdu. Qarabağ-Neftçi finalında 90 dəqiqə ərzində qol olmadı. 120-ci dəqiqədə Qarabağın yarımmüdafiəçisi Miçel dəqiq baş zərbəsi ilə hesabı açdı. Oyunun sonunda Neftçidən Erik Ramos, Qarabağdan isə Reynaldo qırmızı alaraq meydandan qovuldular. Qarabağ isə ölkə kubokunun qalibi oldu.

2016/2017 mövsümü üçün Avropa Liqasına vəsiqə qazanan Neftçidən azarkeşlər daha yaxşı transfer gözləyirdi. Bu mövsüm Neftçi tarixinin 80-ci sezonu olacaqdı. 80-ci ildə Neftçidən azarkeşlər ən yaxşı nəticələri gözləyirdilər. Bu səbəbdən azarkeşlərin rəhbərlikdən tələbi o idi ki, Vəli Qasımov öz postundan ayrılmalı və daha iddialı baş məşqçi ilə yola davam edilməlidir. Daha səviyyəli yerli və legionerlər alınmalı, komandaya qatqı verməyən bütün oyunçular isə göndərilməlidir.

Qarabağla kubok finalından sonra legionerlərdən Juan Alberto Melli, Ailton, Erik Ramos, Nikolas Kanales, Anete komandanı tərk etdi. Yerli oyunçulardan isə Aqil Məmmədov Azala, Məhəmməd Qurbanov Sumqayıta, Elşən Rzazadə Mil-Muğana keçdilər. Dauqavplisdən icarədən qayıdan Mirabdulla Abbasov isə Sumqayıta icarəyə verildi. Gedən oyunçuların yerinə bir sıra transferlər edildi. Qapıçı mövqeyinə xorvat Krsevan Santini, müdafiə üçün Dario Melnyak, Vançe Şikov transfer edildi. Sonuncunun transferi daha çox səs-küy doğurdu. Çünki Şikov 2013/2014 mövsümündə Austria Vyananın heyətində ÇL qruplarında oynamış, Makedoniya millisinin əsas üzvü olan təcrübəli bir ad idi. Bundan başqa avrokuboklar başlamamış Venesuelalı Edson Kastilyo , Sumqayıtdan isə yarımmüdafiəçi Murad Ağayev komandaya cəlb olundu.

Avropa Lİqasının 1-ci təsnifat mərhələsinin püşkü Neftçi üçün uğurlu sayıla bilərdi. Rəqib Maltanın Balzan klubu idi. İlk oyunda Neftçi səfərdə Rəhman Hacıyev və Ruslan Qurbanovun qolları ilə 2:0 hesablı qələbə qazandı. Cavab oyununda isə Neftçi azarkeşlərinə şok yaşatdı. Hesabı Jairo açdı. İkinci hissədə Balzan 2 qol vurdu, hətta 1 penaltini boşa verdi. Neftçi çox çətinliklə mərhələni keçdi. İkinci mərhələdə Neftçinin rəqibi Makedoniyanın Şkendiya klubu oldu. İlk oyun Bakıda oldu və 0:0 hesabı ilə başa çatdı . Cavab oyununda isə Şkendiya 1:0 hesabı ilə qalib gəldi. Neftçinin avrokuboklara erkən vida etməsi azarkeşlərin səbir kasasını daşdırdı. Oyundan bir gün sonra axşam Neftçi azarkeşləri hava limanında komandanı qarşılayaraq onlardan hesabat tələb etdilər. Bir çox Neftçi azarkeşi aeroportda klub rəhbərliyi və məşqçilər heyətini istefaya çağırdı.

Çempionat başlamamış Neftçi daha bir neçə transfer etdi. Orxan Qurbanlı Daugavplisdən icarədən qayıtdı. Eltun Yaqublu Qarabağdan icarə alındı. Hücumçu mövqeyinə isə Rapid Buxarestdən Katalin Tira transfer edildi. Bu transfer heç də birmənalı qarşılanmadı. Professional karyerası ərzində qolu olmayan bir oyunçunu transfer edərək ona 9 nömrəni vermək azarkeş tərəfindən normal qarşılana bilməzdi.

2016/2017-ci illər mövsümü üzrə Azərbaycan Çempionatı 8 komanda ilə keçiriləcəkdi. Ötən mövsüm sonuncu olub diviziona düşən "Xəzər Lənkəran" fəaliyyətini dondurmuş, I Divizionun çempionu olmuş "Neftçala" isə yüksək liqaya buraxılmadığına görə klub dağıdılmışdı. Ötən mövsüm 9-cu yeri tutan "Rəvan" isə maliyyə problemlərini əsas gətirərək iştirakını I Divizionda davam etdirəcəyini bildirdi. AFFA Lisenziyalaşdırma Komitəsi isə I Diviziondan yüksək liqaya vəsiqə üçün heç bir kluba lisenziya vermədikdən sonra , növbəti çempionatın 8 klubla keçiriləcəyi dəqiqləşdi. Neftçi mövsümün ilk oyununda AZAL komandası ilə səfərdə qarşılaşdı və 2:0 hesabı ilə qalib gəldi. Azarkeşlər isə hələ liqa başlamamış ilk 3 turu boykot edəcəyini bildirərək , oyunlara gəlmədilər.

Neftçi 2-ci turda Zirəyə 0:1 , 3-cü turda isə Qarabağa 0:3 hesabı ilə məğlub oldu. Azarkeşlərin səbir kasası daşmışdı. Onlar dərhal rəhbərliyin və baş məşqçi Vəli Qasımovun istefasını tələb edirdilər. 3-cü turdan sonra milli fasilə yarandı və bu fasilə zamanı Neftçidə ötən mövsüm bütün turnirlər daxil 18 qol vuran (Liqada 13 + Kubokda 5) , komandanın əsas qol silahı sayılan və azarkeşlərin sevimlisinə çevrilən Ruslan Qurbanov klubu tərk etdi. Klub onu Qəbələyə satmışdı. Bu gediş əsl şok effekti yaşatdı. Rəhbərliyə olan etirazlar daha da genişləndi.

Çempionatın 4-cü turunda Neftçi Masazırdakı Əlincə Arenada Qəbələni qəbul edəcəkdi. Oyundan bir gün əvvəl azarkeşlər oyuna qayıdacaqlarını, 90 dəqiqə baş məşqçi və rəhbərliyi istefaya göndərəcəklərini bildirdilər. Oyun günü baş məşqçi Vəli Qasımovun vəziyyətinin pisləşərək xəstəxanaya yerləşdirildiyi bildirildi. Oyuna gəldikdə isə, bu matç Neftçi tarixinin ən böyük hesablı ev məğlubiyyəti oldu — 0:8 .

Mövsüm Liqa Yer O Q H M VT BT X Kubok Avropa Qolçular Baş məşqçi
1992 APL 1 36 30 2 4 104 23 62 1/4 - AzərbaycanƏləkbərov (36) Azərbaycan Ələsgərov
Azərbaycan Kramarenko
1993 5 18 11 5 2 39 11 27 1/4 - Azərbaycan Ələkbərov (16) Azərbaycan Sadıqov
1993–94 8 30 11 7 12 37 11 29 1/4 - Azərbaycan Ələkbərov (12) Azərbaycan Sadıqov
1994–95 3 24 17 4 3 67 15 38 Qalib - Azərbaycan Əliyev (26) Azərbaycan Sadıqov
1995–96 1 20 11 6 3 42 17 39 Qalib UKK I t/m Azərbaycan Əliyev (16) Azərbaycan Sadıqov
Azərbaycan Tuayev
1996–97 1 30 23 5 2 98 20 74 1/4 UK I t/m Azərbaycan Qurbanov (34) Azərbaycan Tuayev
1997–98 6 26 13 4 9 43 23 43 1/2 UÇL I t/m Azərbaycan Qurbanov (9) Azərbaycan Tuayev
1998–99 3 26 15 4 4 57 18 52 Qalib - Ukrayna Kalfa (15) Azərbaycan Tuayev
1999–2000 3 22 13 4 5 35 17 43 1/2 UK I t/m Azərbaycan Vasilyev (8) Azərbaycan Ələsgərov
2000–01 2 20 16 3 1 57 11 51 Finalçı UK I t/m Azərbaycan İsmayılov (11) Azərbaycan Namazov
Azərbaycan Abdullayev
Azərbaycan Özbəkov
2001–02 3 22 13 5 4 34 7 44 Qalib UK I t/m Azərbaycan Qurbanov (9) Azərbaycan Tuayev
2003–04 1 26 22 3 1 66 15 69 Qalib - Azərbaycan Vasilyev (17) Azərbaycan Tuayev
2004–05 1 34 24 6 4 52 18 78 1/4 UÇL II t/m Azərbaycan Tağızadə (14) Azərbaycan Mircavadov
2005–06 3 26 15 9 2 51 16 54 1/2 UÇL II t/m Azərbaycan Nəbiyev (12) Azərbaycan Mircavadov
2006–07 2 24 17 3 4 47 15 44 1/2 - Gürcüstan Adamiya (10) Azərbaycan Qurbanov
2007–08 6 26 16 7 3 42 18 55 1/2 UK I t/m Azərbaycan Subaşiç (14) Çexiya Petrjela
Ukrayna Demyanenko
2008–09 8 26 9 9 8 30 21 36 1/4 UİK III t/m Rumıniya Niyaqa (5) Ukrayna Demyanenko
Almaniya Yurgen Gede
Azərbaycan Ağayev
2009–10 5 42 13 19 10 31 26 58 1/4 - Rumıniya Niyaqa (11) Azərbaycan Sadıqov
2010–11 1 32 19 10 3 53 17 67 1/4 - Özbəkistan Nəsimov (15) Azərbaycan Əsədov
2011–12 1 32 20 3 9 55 30 63 Finalçı UÇL II t/m Özbəkistan Nəsimov (16) Azərbaycan Hacıyev
2012–13 1 32 19 5 8 59 32 62 Qalib UÇL
UAL
III t/m
Qrup m.
Çili Kanales (26) Azərbaycan Hacıyev
2013–14 4 36 17 9 10 48 42 60 Qalib UÇL II t/m Özbəkistan Nəsimov (7) Azərbaycan Əhmədov
Azərbaycan Süleymanov
Azərbaycan Hacıyev
2014–15 4 32 13 10 9 38 33 49 Finalçı UAL Pley-off Çili Kanales (11) Azərbaycan Hacıyev
Azərbaycan Əsədov
2015–16 6 36 13 10 13 41 41 49 Finalçı UAL I t/m Azərbaycan Qurbanov (13) Azərbaycan Əliyev
Azərbaycan Abdullayev
Azərbaycan Qasımov
2016–17 7 28 9 2 17 24 45 29 1/2 UAL II t/m İspaniya Seqoviya (4) Azərbaycan Qasımov
Azərbaycan Abdullayev
2017–18 3 28 14 4 10 39 28 46 1/2 - Çili Errera (8) Azərbaycan Abdullayev
Azərbaycan E. Əhmədov
Azərbaycan T. Əhmədov
2018–19 2 28 17 7 4 52 26 58 1/4 UAL I t/m Fransa Dabo (14) İtaliya Bordin
2019–20 2 20 10 7 3 33 14 37 1/4 UAL III t/m Fransa Dabo (7)
Fransa Josef-Monroz (7)
İtaliya Bordin
Azərbaycan F.Məmmədov
2020–21 1 28 18 5 5 47 25 59 1/4 UKL II t/m Azərbaycan Ələsgərov (19) Azərbaycan F.Məmmədov
Azərbaycan S.Abbasov
2021–22 2 28 15 5 8 42 31 50 1/2 UKL Pley-off Braziliya Bezerra (10) Azərbaycan S.Abbasov
2022–23 3 36 20 8 8 63 38 68 1/2 UKL III t/m Azərbaycan Mahmudov (17) Rumıniya Regekampf
2023–24 5 36 16 8 12 51 40 56 1/2 UKL III t/m Azərbaycan Ozobiç (7)
Azərbaycan Hacıyev (7)
Rumıniya Mutu
Monteneqro Bojoviç

Azərbaycan çempionatında yubiley qolları

[redaktə | mənbəni redaktə et]
yubiley
qolu
tarix oyun müəllif[23][24]
1 08.05.1992 Neftçi – Xəzər S. Yunis Hüseynov
100 13.10.1992 İnşaatçı S — Neftçi Samir Ələkbərov
200 22.10.1994 Xəzər L. – Neftçi Mais Əzimov
300 18.09.1996 Fərid Bakı — Neftçi Yaşar Vahabzadə
400 27.09.1997 Neftçi – Dinamo Bakı Qurban Qurbanov
500 31.10.1999 Neftçi – Kəpəz Aleksey Stukas
600 25.11.2001 Xəzər Universiteti – Neftçi Vadim Vasilyev
700 13.12.2004 Neftçi – Kəpəz Stenli Udenkvor
800 10.11.2006 Bakı — Neftçi Aqil Məmmədov
900 22.08.2009 Neftçi — Turan Adrian Neaqa
1000 04.12.2011 Neftçi — Simurq Araz Abdullayev
1100 12.09.2013 Neftçi — İnter Melvin Platye
1200 01.05.2016 Qəbələ — Neftçi Elşən Abdullayev
1300 03.11.2018 Keşlə — Neftçi Mirabdulla Abbasov
1400 17.04.2021 Neftçi — Zirə Namiq Ələsgərov
1500 05.03.2023 Neftçi – Turan Tovuz Emin Mahmudov
  1. Кубок СССР 1949. 1–4. 25 октября 1949. Торпедо (Москва) — Нефтяник (Баку) Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine. fc-dynamo.ru  (rus.)
  2. 1 2 3 4 ""Neftçi" 80 ildə nə qazandı, nə itirdi?". sportline.az. 19 yanvar 2017. 2017-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-27.
  3. Xanlarov, Anar. ""NEFTÇİ"NİN "YIXILDIĞI" 1988-CI İL MÖVSÜMÜ". supersport.az (az.). İstifadə tarixi: 10 noyabr 2024.
  4. Azərbaycan futbolu: "Neftçi" PFK". inaz.az Arxivləşdirilib 2014-07-10 at the Wayback Machine  (az.)
  5. "Клуб Нефтчи (Баку), СССР". wildstat.ru. 2024-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2024.
  6. "Neftchi Baku - Squad statistics". www.transfermarkt.com (ingilis). İstifadə tarixi: 20 oktyabr 2024.
  7. "Superkubok xatirələri. apasport.az". 2014-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-06.
  8. "Sportal.az xəbər protalı". www.sportal.az. 2013-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-06.
  9. "Neftçi" "Birlik Kuboku"nu qazandı. azadliqradiosu.az Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine  (az.)
  10. "Arif Əsədov tarixə düşdü. apasport.az". 2011-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-05.
  11. "Neftçi take title honours in Azerbaijan. uefa.com". 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-06.
  12. "Neftchi are Azerbaijani champions. news.az". 2011-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-06.
  13. "Neftçi take honours in Azerbaijan. uefa.com". 2014-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-07.
  14. "Нефтчи — чемпион второй год подряд. azerifootball.com". 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-07.
  15. Böyükağa Hacıyev Mehman Allahverdiyevə çatdı. apasport.az Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine  (az.)
  16. Neftçi qızıl dubl etdi. azefutbol.com Arxivləşdirilib 2015-02-15 at the Wayback Machine  (az.)
  17. "Tərlan Əhmədov istefaya göndərildi. futbolmedia.az". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-07.
  18. Nazim Süleymanov "Neftçi"də! avrofutbol.com Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine  (az.)
  19. "Nazim Süleymanov istefa verdi. qol.az". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-08.  (az.)
  20. Bu gün klubdaxili iclas keçirilib. neftchipfk.com Arxivləşdirilib 2015-10-04 at the Wayback Machine  (az.)
  21. "Neftçi Kubokun altıqat qalibidir". www.azerisport.com. 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
  22. ""Neftçi"nin yeni baş məşqçisinin adı məlum oldu. rekord.az". 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.
  23. "MİNə 3 qol qaldı — STATİSTİKA. apasport.az". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
  24. "1100-cü qol və 200-cü ev qələbəsi. qol.az". 2016-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-07.