Qafqaz qar siçanı

Qafqaz qar çöl siçanı (lat. Chionomys gud) — Rodentia dəstəsindan bir məməli növü. Bütün QafqazKiçik Asiyan üçün endemikdir.[3]

Qafqaz qar siçanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təsviri və yayılması

[redaktə | mənbəni redaktə et]

Bədənin uzunluğu 126–150 mm, quyruq uzunluğu 75–80 mm, qulağının uzunluğu 22 mm, arxa pəncənin uzunluğu 22 mm-dir. Çəkisi 5.7 qr ətrafındadır. Üst tərəfinin rəngi noxudu-bozdan qonurumtul-boza qədərdir. Quyruğu iki rəngli, kəlləsi yuvenil xarakterlidir.

Bu növün yaşayış ərazisi Qafqaz və ona bitişik Kiçik Asiya (Türkiyə) ilə məhdudlaşır. Azərbaycanın şimal-şərq hissəsində rast gəlinir. O cümlədən, Quba, QusarXaçmaz rayonlarında təsadüf olunur. Bəzi məlumatlarda bu növün Girdmançay vadisində yayıldığı göstərilir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz Alp qurşağının qalaqlanmış daşlı ərazilərində yayılmışdır. Qafqaz qar çöl siçanı 850–900 m-dən 3000 m-dək meşə, subalp və alp qurşaqlarının daşlıqlarında, bəzi yerlərdə isə daimi qar xəttinə qədər yayılmışdır. Əsasən gecə aktiv olurlar.

Azalma səbəbi

[redaktə | mənbəni redaktə et]

Təbii və antropogen amillər nəticəsində biotopların dəyişkənliyə uğraması bu növün yayıldığı ərazilərdən yaylaq və istirahət yeri kimi istifadə olunması.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

IUCN siyahısına salınmışdır. Xüsusi mühafizə tədbirləri qəbul olunmayıb.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ekologiyası öyrənilmədiyinə görə qorunma tədbirləri hələ hazırlanmamışdır.

  • AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 198səh, Qafqaz qar siçanı. (2013)