Qaraçay-Çərkəz Respublikasının bayrağı (kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэм и нып; qaraç.-balk. Къарачай-Черкес Республиканы байрагъы) — Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının dövlət simvoludur. Qaraçay-Çərkəz Xalq Məclisi (Parlament) tərəfindən 3 fevral 1994-cü ildə qəbul edilmişdir.
Qaraçay-Çərkəz Respublikasının bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 1:2 |
Dizayner | Nazir Xuşxov |
Vikianbarda əlaqəli mediafayllar |
Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz Muxtar Sovet Sosialist Respublikası adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən isə Rusiya Federasiyası tərkibində inzibati subyekt Şimali Qafqaz Federal Dairəsinin daxilində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Bu illər ərzində respublikanın qırmızı rəngdə bayrağı olmuşdur.
1991-ci ildə Qaraçay-Çərkəz Respublikası yaradılsa da, onun rəsmi dövlət atributları mövcud olmamışdır. Belə ki, ilk illər Qaraçay-Çərkəz Respublikası bayrağı üçrəngli rus bayrağı ilə təmsil olunurdu. Respublika yeganə Şimali Qafqaz subyekti idi ki, müstəqil bayrağı yox idi. Yalnız 1993-cü ildən Rusiya Federasiyası Ali Soveti binasının qarşısında muxtariyyət bayraqları sırasında Qaraçay-Çərkəz Respublikası bayrağı da dalğalanmağa başlamışdır. Bu Qaraçay-Çərkəz Xalq Məclisi (Parlament) tərəfindən qəbul edilmiş qərardan sonra mümkün olmuşdur.
Qaraçay-Çərkəz Respublikası Ali Şurasının 3 dekabr 1994-cü il tarixli 76-XXI saylı qərarı ilə Qaraçay-Çərkəz bayrağı qəbul edildi:
Qaraçay-Çərkəz Respublikasının dövlət bayrağı en-boy nisbətində düz bir dördküncdür: uzunluqdan hündürlüyə 2:1.
Qaraçay-Çərkəz Respublikasının dövlət bayrağı üç rəngdən ibarətdir: açıq mavi, yaşıl, qırmızı. Rənglər bərabər enli üç üfüqi zolaqda düzülmüşdür: açıq mavi - yuxarıda, yaşıl - ortada, qırmızı - aşağıda. Yaşıl zolağın ortasında, bütün genişliyində, dağların arxasından çıxan günəşin beş geniş ikiqat şüası və altı nazik və qısa şüasının olduğu bir işıq dairəsi (halqa) vardır. |
26 iyul 1996-cı ildə bayrağın təsvirinə təsir etməyən dəyişikliklər edildi:
Qaraçay-Çərkəz Respublikasının dövlət bayrağı üç bərabər üfüqi zolaqdan ibarət bir paneldir: üstü açıq mavi, ortası yaşıl, alt hissəsi qırmızıdır. Panelin mərkəzində beş geniş ikiqat və altı nazik və qısa şüalarla günəşin dağların arxasından çıxdığı bir işıq dairəsi (üzük) vardır.
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.[1] |
Qaraçay-Çərkəz Respublikasının Dövlət bayrağının üzərindəki rənglərin mənası aşağıdakılardır:
Qeyri-rəsmi açıqlamaya görə, bayrağın rəngləri Qaraçay-Çərkəz Respublikası əhalisinin əsas etnik qruplarını əks etdirir:
1 yanvar 2020-ci il tarixində Qaraçay-Çərəkəz Respublikasında 100 bələdiyyə: 2 şəhər dairəsi, şəhərlərarası bölgüsü olan 10 şəhər, 5 şəhərətrafı rayon, 7 şəhər qəsəbəsi və 83 kənd var idi.
|
|
|