Qarabağ müharibəsi memorialı (erm. Արցախյան ազատամարտի հուշահամալիր, Artsaxyan azatamarti huşahamalir) — Azərbaycanın Xocalı rayonu ərazisində yerləşən Badara kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsində (1988–1994) həlak olan erməni hərbçilər üçün ucaldılan memorial kompleksi.[1]
Qarabağ müharibəsi memorialı | |
---|---|
erm. Արցախյան ազատամարտի տանկ-հուշարձան | |
| |
Ölkə | Azərbaycan |
Yerləşir | Badara, Xocalı rayonu |
Saxlanıldığı yer | |
Vikianbarda əlaqəli mediafayllar |
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə bölgənin erməni əhalisinin Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-yə qoşulmaq istəməsi ilə başlamışdır. 1991-ci ildə münaqişə artıq müstəqil Azərbaycan ilə Ermənistan respublikaları arasında genişmiqyaslı müharibəyə çevrilmişdir. Birinci Qarabağ müharibəsində Badara kəndindən 155 nəfər erməni hərbçi iştirak etmiş, onlardan 22-si döyüş əməliyyatları zamanı həlak olmuşdur.[2][3]
2013-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikası (DQR) tərəfindən müharibədə həlak olan 22 erməni hərbçisinin xatirəsini yad etmək üçün Badara kəndinin girişində Qarabağ müharibəsi memorialı inşa edilmişdir. Memorial kompleksinin memarı Vladimir Sarkisyandır. İnşaat işləri üçün Suren Xaçatryan, Aleksandr Musayelyan, Gerasim Barseğyan və "Artsax Azadlıq Döyüşçüləri" Birliyi maliyyə ayırmışdır. Memorial kompleksinin açılış mərasimi 20 may 2013-cü il tarixində Qondarma DQR-nın keçmiş prezidenti Bako Saakyan, Qondarma DQR Milli Məclisinin sədri Aşot Qulyan, Qondarma DQR Müdafiə Ordusu komandiri Movzes Akopyan, Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının baş yepiskopu Pargev Martirosyan və digər rəsmi şəxslərin iştirakı ilə baş tutmuşdur.[1][2][3]
Memorial kompleksi Badara kəndinə girən yoldan bir az yuxarıda yerləşən bir təpədə inşa edilmişdir. Kompleksin əsas strukturu sonunda böyük bir xaçkarın yerləşdirildiyi yarımdairəvi bir divardır. Divarda 22 erməni hərbçinin şəkilləri yerləşdirilmiş, adları isə şəkillərin aşağısındakı daş plitələrə yazılmışdır. Memorial kompleksinə bazaltdan həkk olunmuş böyük bir qartal heykəli, o cümlədən 1915-ci il hadisələri, Sumqayıt hadisələri və Spitak zəlzələsində həlak olanlara həsr olunmuş abidələr daxildir.[4]՝