Qazaxıstanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) Ümumdünya irsi obyektləri, 1972-ci ildə qurulan UNESCO-nun Ümumdünya irsi siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir.[1] Qazaxıstan 1994-cü il 29 aprel tarixində tarixi ərazilərinin siyahıya daxil olması üçün konvensiyanı qəbul etmiş və 2016-cı ilə qədər Qazaxıstanın beş mədəni və təbii irsi bu siyahıya daxil edilmişdir.[2]

Qazaxıstanda siyahıya alınan ilk obyekti Əhməd Yasəvi türbəsi (qaz. Қожа Ахмет Яссауи кесенесі, Qоjа Ахmet Yassaviy kesenesі) 2003-cü ildə Parisdə keçirilən Ümumdünya irsi komitəsinin 27-ci iclasında siyahıya alınmışdır.[3] Növbəti illərdə ikinci ərazi Tamqalıdakı petroqliflər, daha sonra 2008-ci ildə Sarıarka - Şimali Qazaxıstan çöl və gölləri siyahıya əlavə edilmişdir.[4][5] 2014 və 2016-cı illərdə isə müvafiq olaraq iki transmilli rekvizit: İpək yolu: Çanqan-Tyan-Şan dəhlizinin marşrutlar şəbəkəsi (ÇinQırğızıstan) və Qərbi Tyan-Şan (QırğızıstanÖzbəkistanla) siyahıya əlavə edilmişdir.[6][7]

Cədvəl müvafiq sütunun üstündəki hissəsini vuraraq sütuna; yer, sahə və il sütunları üçün alfasayısal olaraq; yer sütunu üçün tərəf dövlət tərəfindən; və kriteriyalar sütunu üçün meyarlar növünə görə sıralanır. Transsərhəd ərazilər aşağıda sıralanır.

  • Obyekt – obyektin adı.[8]
  • Yer – regional və ya əyalət səviyyəsindəki bölgə ilə müşaiyyət olunan ölkəyə görə sıralanır. Çoxmillətli və ya çox regionlu obyektlər olduqda, adlar əlifba sırası ilə sıralanır.
  • Tip / Kriteriya – Ümumdünya irsi komitəsi tərəfindən təyin olunmuşdur.[9]
  • Sahə – hektar və akrla. Verilməyən dəyər, UNESCO tərəfindən heç bir məlumatın yayımlanmadığını göstərir.
  • İl – obyektin Ümumdünya irsi siyahısına yazıldığı tarix.
  • Təsvir – mövcud olduqda təhlükə altında olan bir obyekt kimi seçilmə səbəbləri də daxil olmaqla obyekt haqqında qısa məlumat
  * Trans-sərhəd obyekt

Dünya irsi əraziləri

[redaktə | mənbəni redaktə et]
Ərazi Şəkil Yer Kriteriya Area
Hektar (akr)
İl Təsviri
Əhməd Yasəvi türbəsi KazTürkistan vilayəti
43°17′35″ şm. e. 68°16′28″ ş. u.HGYO
Mədəni:KazMau
(i),(iii),(iv)
0.55 (1.4) 2003 Türküstanda yerləşən Teymurilər dövrünə aid Xoca Əhməd Yasəvinin məqbərəsi Teymurilər memarlığının ən böyük və ən yaxşı qorunan nümunələrindən biri olaraq günümüzə qədər gəlmiş olsa da, yarımçıq qalır.[10]
Tamqalı KazAlmatı vilayəti
43°48′12″ şm. e. 75°32′06″ ş. u.HGYO
Mədəni:KazPet
(iii)
90 (220) 2004 Tamqalıdakı təxminən 5000 petroqlif Tunc dövründən başlayaraq Orta Asiya çöllərindəki həyat tərzindən xəbər verir.[11]
Sarıarka - Şimali Qazaxıstan səhra və gölləri KazMüxtəlif
50°26′00″ şm. e. 69°11′20″ ş. u.HGYO
Təbii:KazSar
(ix)(x)
450,344 (1,112,820) 2008 NaurzumKorqalşın Dövlət Təbiət qoruqları, Ağ durnaları, Qıvrımlələk qutanlar,Uzunquyruq sahilqartallarıSayğaqlar da daxil olmaqla çox sayda nəsli tükənməkdə olan quş növlərinin qorunmasına şərait yaradır.[12]
İpək yolu: Çanqan-Tyan-Şan dəhlizinin marşrutlar şəbəkəsi * KazMüxtəlif
Çin Çin
Qırğızıstan Qırğızıstan
34°18′16″ şm. e. 108°51′26″ ş. u.HGYO
Mədəni:KazSil
(ii)(iii)(v)(vi)
42,668 (105,430) 2014 İpək yollarının 5000 km-lik bir hissəsini əhatə edən mülk, tarixi yaşayış yerləri, saraylar, məbədlər, yollar, istehkamlar, türbələr və digər tikililəri özündə cəmləşdirən dəhliz Çindəki Çanqandan Qazaxıstanın Yeddisu şəhərinə qədər uzanır.[13]
Qərbi Tyan-Şan* KazMüxtəlif
Qırğızıstan Qırğızıstan
Özbəkistan Özbəkistan
43°44′00″ şm. e. 68°40′44″ ş. u.HGYO
Təbii:KazWes
(x)
0 2016 Tyan-Şan dağ silsiləsi sisteminin qərb hissəsində müxtəlif mənzərələr və yüksək dərəcədə biomüxtəliflik mövcuddur.[7]

Üzv dövlətlər Ümumdünya irsi siyahısına daxil edilmiş ərazilərə əlavə olaraq namizədlik üçün düşünə biləcəkləri yerlərin siyahısını da təqdim edə bilərlər. Ümumdünya irsi siyahısına namizəd olan ərazi yalnız əvvəlcədən siyahıda göstərildiyi təqdirdə qəbul edilir.[14] Qazaxıstan 2016-cı ilə qədər Ümumdünya irsinin İlkin siyahısına görə on üç obyekt təqdim etmişdir:[15]

  1. Mərkə ziyarətgahı[16]
  2. Beqazı-Dandıbay meqalit mavzoleyləri[17]
  3. Tasmola kurqanları[18]
  4. Eşkiolmes petroqlifləri[19]
  5. Arpa-Uzen petroqlifləri[20]
  6. Karatau silsiləsi[21]
  7. Otrar[22]
  8. Ulıtau mədəni landşaftı[23]
  9. İle-Alatau Milli Parkı[24]
  10. Altın-Emel Milli Parkı[25]
  11. Aksu-Cabaqlı qoruğu[26]
  12. Qərbi Tyan-Şan[27]
  13. Böyük ipək yolu[28]
  1. "The World Heritage Convention". UNESCO. 27 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2010.
  2. "Qazaxıstan". UNESCO. 2016-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  3. "Report of the 27th Session of the Committee". UNESCO. 2009-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  4. "Decision: 28 COM 14B.29". UNESCO. 2021-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  5. "Decision: 32 COM 8B.8". UNESCO. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  6. "Decision : 38 COM 8B.24". UNESCO. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  7. 1 2 "Western Tien-Shan". UNESCO. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  8. "World Heritage List". UNESCO. 14 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2010.
  9. "The Criteria for Selection". UNESCO. 2 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2011.
  10. "Mausoleum of Khoja Ahmed Yasawi". UNESCO. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  11. "Petroglyphs within the Archaeological Landscape of Tamgaly". UNESCO. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  12. "Saryarka – Steppe and Lakes of Northern Qazaxıstan". UNESCO. 2018-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  13. "Silk Roads: the Routes Network of Chang'an-Tianshan Corridor". UNESCO. 2018-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  14. "Tentative Lists". UNESCO. 1 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2010.
  15. "Tentative List – Qazaxıstan". UNESCO. 2006-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2016.
  16. "Turkic Sanctuary of Merke". UNESCO. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  17. "Megalithic Mausolea of the Begazy-Dandybai Culture". UNESCO. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  18. "Barrows with Stone Ranges of the Tasmola Culture". UNESCO. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  19. "Petroglyphs of Eshkiolmes". UNESCO. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  20. "Petroglyphs of Arpa-Uzen". UNESCO. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  21. "Paleolithic Sites and Geomorphology of Karatau Mountain Range". UNESCO. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  22. "Archaeological Sites of Otrar Oasis". UNESCO. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  23. "Cultural Landscape of Ulytau". UNESCO. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  24. "Northern Tyan-Shan (Ile-Alatau State National Park)". UNESCO. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  25. "State National Natural Park "Altyn-Emel"". UNESCO. 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  26. "Aksu-Zhabagly State Natural Reserve". UNESCO. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  27. "Western Tien-Shan". UNESCO. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.
  28. "Silk Road". UNESCO. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2016.