“Vampir”in əsas xüsusiyyətlərindən biri də budur ki, üzərində olan 40 raketdən əlavə olaraq, yerləşdiyi şassinin üzərində quraşdırılmış unikal hidravlik sistem sayəsində 80 belə raketi qısa bir müddət ərzində düşmənə ata bilir. SSRİ istehsalı olan əfsanəvi 122 mm-lik BM-21 Qradın cəmi 40 raketi mövcuddursa, RM-70 “Vampir”lərin əlavə olaraq 40 raketdə ehtiyatında mövcuddur. Belə ki, əsas buraxılış konteynerində raketlərin atışı başa çatdıqdan sonra həmin hidravlik sistem daha 40 raketi paket halında buraxılış konteynerinə yükləyir və bu proses cəmi 1 dəqiqə vaxt aparır. Beləliklə “Vampir” qısa bir müddət ərzində (3-4 dəqiqə ərzində) düşmənə 80 raket zərbəsi endirməyə qadir olur və eyni zamanda çevik şəkildə ərazini tərk edərək düşmənin cavab zərbəsindən yayınmış olur. Bir komplekti (40 raket) 70 hektar ərazini məhv etməyə qadirdir.
RM-70 | |
---|---|
Tipi | Reaktiv Yaylım Atəş Sistemi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1972-davam edir |
İstismara başlanması | 1972 |
İstifadə edilən döyüşlər |
Rusiya-Gürcüstan müharibəsi (2008) Liviya vətəndaş müharibəsi Yəmən vətəndaş müharibəsi |
İstehsal tarixçəsi | |
İstehsalçı | “Excalibur Army” şirkəti |
Xüsusiyyətləri | |
Ağırlığı | 33.7 ton |
Zireh | Polad |
Şose sürəti | 85 km/s |
Köməkçi silah | Uk vz. 59 pulemyotu |
Uzunluğu | 8.75 m |
Eni | 2.5 m |
Hündürlüyü | 2.7 m |
Ekipaj | 6 nəfər |
Kalibr | 122.4 mm |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə olaraq Paris ətrafında keçirilən “Eurosatory 2016” silah sərgisində nümayiş etdirilmişdir. RM-70 “Vampir” səkkizoxlu, zirehli, “Tatra”T-818 (8x8) şassisi üzərində quraşdırılmışdır. Bu şassi yüksək sürət qabiliyyətinə və dolu yanacaq çənləri ilə dayanmadan 1000 kilometrə qədər məsafə qət etmək imkanına malikdir. Bu şassi düz yerdə 85km/saat, qrunt yolda isə 35km/saat sürətlə hərəkət edir.
RM-70 - Çexoslovakiya istehsalı reaktiv yaylım atəş sistemi. BM-21 Qrad raket kompleksinin daha təkmilləşmiş variantıdır. NATO kod adı M1972-dir.[1]