İsmayıl Katib

İsmayıl Novruz oğlu Zeynalov (25 mart 1898, Qıraq Kəsəmən, Qazax qəzası1938)— şair, 1934-cü ildən AYB-nin üzvü.

İsmayıl Katib
1934 – 1937
ƏvvəlkiHəmzə Axundov
SonrakıƏsəd bəy Axundov
bayraq
Azərbaycan Kommunist Partiyası Qazax Qəza Komitəsinin birinci katibi
bayraq2
1922 – ?
Şəxsi məlumatlar
Doğum tarixi 25 mart 1898(1898-03-25)
Doğum yeri
Vəfat tarixi 1938
Fəaliyyəti şair

İsmayıl Novruz oğlu 1898-ci il martın 25-də Azərbaycanın Qazax qəzasının Qıraqkəsəmən kəndində anadan olmuşdur. İlk təhsilini birdərəcəli kənd məktəbində almışdır. Qazax Qəza Partiya Komitəsinə birinci katib seçilmişdir (1922). Moskvada Ali partiya məktəbində təhsil almışdır. Zaqafqaziya ölkə komitəsinin və MİK-in üzvü olmuşdur (1922–1932), Tovuz, Lənkəran, Nuxa, Sabirabad və s. rayonlarda partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, Ağdaş partiya komitəsinin birinci katibi, Azərbaycan Dövlət Nəşriyyatında direktor (1934–1937) vəzifələrində çalışmışdır.

03 iyul 1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.

  • "Talış elləri" (1929),
  • "Şura qızı" (1934),
  • "Şeirlər və poemalar" (1960)