Rahib Əliyev (aktyor)

Rahib Əliyev (tam adı: Rahib Seyidağa oğlu Əliyev; 12 iyul 1945, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006).

Rahib Əliyev
Rahib Seyidağa oğlu Əliyev
Doğum tarixi (78 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1959–indiyə kimi
Təhsili
Teatr Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2006 "Sənətkar" medalı — 2015
"Tərəqqi" medalı — 2018
IMDb ID3178317
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, çox gənc yaşlarından Sovet hakimiyyəti dövründə fəaliyyət göstərən "xalq teatrları"nda, eləcə də 1950-ci ilin sonlarından dram dərnəklərində aktyor kimi çıxış etmiş, bir çox obrazlar yaratmışdır.[1] Aktyor 1965-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsinə daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuş və həmin tarixdən etibarən bu günə qədər fasiləsiz olaraq bu teatrda çalışır. Rahib Əliyev 18 sentyabr 1968-ci ildən rəsmi olaraq öz aktyorluq karyerasına başlamışdır. 1974-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.[2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaratmışdır. Onun yaratdığı Cəbi, Vəzir, Aşıq, Mirzə Salman, Hərbi geyimli, Babaşov, Tülkü, Baba, Dünyagörmüş, İsmayıl, Molla Əsədulla, Molla Xudaverdi, Kərəmli, Bəkir Eniştə, Fərəcov, Aramış Aşotoviç, Vəzir, Ancelo, Qoca, Rəhim kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.[3]

Rahib Əliyev 60 illik dövrü əhatə edən yaradıcılığında dəfələrlə fəxri fərmanlarla, mükafatlarla və döş nişanları ilə təltif olunmuşdur. Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 2011, 2013, 2014, 2015, 2016, 2017, 2018-ci illərdə də Prezident mükafatına layiq görülüb. 2015-ci ildə Rahib Əliyevin Gənc Tamaşaçılar Teatrında 70 illik yubileyi qeyd edilmişdir.[4]

Teatr fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının əməkdar artisti Rahib Əliyev Azərbaycan teatrında bir çox özunəməxsus obrazlar yaratmışdır.[5]

  • Markone – («Ovod» E.Voyniç)
  • Mələmə - («Mənim nəğməkar bibim» Ə.Əylisli)
  • Fərzəli bəy – («Nəsrəddin» Y.Əzimzadə)
  • Şeyx – («Komsomol» poeması, İ.Coşğun)
  • Vəzir – («Əlvida, Hindistan» Qeybulla Rəsulov)
  • Məhəmməd – («Bakı komissarları» İ.Coşğun)
  • Qazı – («Danabaş kəndinin məktəbi» C.Məmmədquluzadə)
  • Bəkdəmirov – («Şirinbala bal yığır» S.Qədirzadə)
  • Bəy – («Qaraca qız» S.S.Axundov, A.Şaiq)
  • Cəbi – («Hacı Qəmbər», Nəcəf bəy Vəzirov)
  • Vəzir – («Sirli dəyirman», Firuz Məmmədov)
  • Aşıq – («Yolda», Hüseyn Arif)
  • Mirzə Salman – («Mahmud və Məryəm», Elçin)
  • Hərbi geyimli – («Mənim ağ göyərçinim», Tamara Vəliyeva)
  • Babaşov – («Sağlıq olsun», İsi Məlikzadə)
  • Tülkü – («Cücələrim», Tofik Mütəllimov)
  • Baba – («Açıl, bənövşəm açıl», İskəndər Coşğun)
  • Dünyagörmüş – («Qarışqa şıllaq atdı», Qılman İlkin)
  • İsmayıl – («Olmuş əhvalat», Aqşin Babayev)
  • Molla Əsədulla – («Ağ dəvə», Elçin)
  • Molla Xudaverdi, Kərəməli – («Hacı Qara», Mirzə Fətəli Axundov)
  • Bəkir Eniştə - («Mustafa», Orxan Asena)
  • Fərəcov – («Sən həmişə mənimləsən» İlyas Əfəndiyev)
  • Aramis Aşotoviç – («Yaddaş ağrısı» Hüseynbala Mirələmov)
  • Vəzir – («Molla Nəsrəddin və Əmir Teymurun filləri», Əjdər Ol)
  • Ancelo – («Səhvlər komediyası», Vilyam Şekspir)
  • Rəhim – («Pəri cadu», Əbdürrəhim Bəy Haqverdiyev)
  • Qoca – («Məhəbbət bir bəladır», Əhməd Orucoğlu)
  • Şeyx Əbuzər – («Şeyx Sənan» H.Cavid)
  • Mister Sauyrberi – («Oliver Tvistin macəraları» Ç.Dikkens)
  • Məktəb direktoru – («Mənim ağ göyərçinim» T.Vəliyeva)
  • Ata, İbrahim («Əcəl atı» V.Əlixanlı)
  • Qazı – («Müsyö Jordan və dərviş Məstəli şah» M.F.Axundzadə)
  • Molla Xudaverdi – («Hacı Qara» M.F.Axundzadə)
  • Mer – («III Riçard», U.Şekspir)
  • Yazıçı – («Miras» H.Mirələmov)

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Qalereya[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Səhnə müqəddəs yerdir…". anl.az". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
  2. "Azərbaycan Teatr Xadimləri İttifaqının üzvləri" (az.). teatrittifaqi.az. 2019-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2019.
  3. "РАГИБ АЛИЕВ". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.
  4. Əməkdar artist Rahib Əliyevin 70 illik yubileyi qeyd olunub Arxivləşdirilib 2016-04-05 at the Wayback Machine 22 sentyabr 2015
  5. "RAHİB SEYİDAĞA OĞLU ƏLİYEV". 2017-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.
  6. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-26.
  7. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2018.
  8. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2018.
  9. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  10. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
  11. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  12. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  13. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  14. "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Milli Teatr Günü mükafatlandırıldılar". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
  15. President.Az. "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.12.2018. 2019-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2018.