Kaka (port. Kaká; Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[hiˈkaɾdu iˈzɛksõ duˈsɐ̃tus ˈlejt͡ʃi]]]; tam adı Rikardo İzekson dos Santos Leyte port. Ricardo Izecson dos Santos Leite; 22 aprel 1982[1][2][…], Qama[d], Federal dairə, Braziliya — braziliyalı futbolçu, Orlando Siti klubunun yarımmüdafiəçisi.
Kaka | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Rikardo İzekson dos Santos Leyte | |||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Kaka, Qızıl oğlan, Rikki | |||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 22 aprel 1982[1][2][…] (42 yaş) | |||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
|||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 186 sm[3] | |||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 83 kq[3] | |||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||
Klub | karyerasını bitirb | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Kakanın futbol karyerası 8 yaşında yerli klubların birində başlayıb. Uşaqkən tennis ilə məşğul olub[4], amma San-Paulu futbol komandası ilə 15 yaşlılar üçün nəzərdə tutulmuş müqaviləni bağlayandan sonra, o, futbolu gələcək sənəti seçdi. 2003-cü ildə İtaliyanın Milan klubu 8,5 milyon avro müqabilində onu transfer etdi. Milandaki karyerası ərzində İtaliya A Seriyasını və Çempionlar Liqasını qazanmışdır, 2007-ci ildə o, FİFA-nın İlin Oyunçusu və Ballon d'Or mükafatlarını almışdır. Milandaki uğurlu çıxışından sonra Kaka 65 miliyon avro müqabilində Real Madridə keçdi.[5] O vaxt üçün bu futbol tarixinin ən bahalı (avro) ikinci transferi idi, yalnız 75 milyonluq Zinəddin Zidandan geridə qalırdı. İspaniyada dörd mövsümdən sonra Kaka 2013-cü ildə bir sezonluq Milana qayıtdı və Milanın formasında özünün 100-cü qolunu vurmağa bacardı. 2013–14 mövsümünün sonunda o, ABŞ klubu Orlando Sitiyə keçdi, amma ABŞ-də yeni mövsümün hələ başlamamasına görə, icarə əsasında keçmiş klubu San-Pauluya qayıtdı. 2015-ci ildə o, Orlandoda oynadığı debüt oyununda ilk qolunu vura biilmişdi; sonradan o, "2015 ABŞ çempionatının ulduz komandasının" heyətinə salınmışdı, orada ona Ən Dəyərli Oyunçu adını vermişdilər.
Beynəlxalq səviyyədə Kaka Braziliya millisində 2002-ci ildə debüt etdı və həmin il Dünya Çempionatında qalib gələn heyətin üzvlərindən idi, o, 2006 və 2010-cu illərdə də millisi ilə Dünya Çempionatında iştirak etmişdir. 2005 və 2009-cu illərdə Konfederasiya Kubokunu udan Braziliya millisinin heyətində idi. 2009-cu ilki Konfederasiya Kubokunun ən yaxşı oyunçusu seçilmişdir.
Bacarıqlı oyunu ilə əlavə Kaka humanitar fəaliyyəti ilə tanınır. 2004-cü ildə Kaka BMT-nin Ümumdünya Ərzaq Proqramının ən gənc səfiri oldu.[6] Meydanda və onun kənarında töhfələrinə görə Kaka 2008 və 2009-cu illərdə Time jurnalının "Dünyanın 100 ən nüfuzlu adamları" siyahısında yer almışdır.[7] Kaka Twitter sosial şəbəkəsində 10 milyon abunəçi yığan ilk idmançı olmuşdur.[8]
Rikardo İzekson dos Santos Leyte Brazilyanın Qama federal dairəsində anadan olub, atası Bosko İzekson Pereyra Leyte inşaat mühəndisi kimi çalışırdı, anası Simona dos Santos isə ibtidai məktəb müəllimi kimi fəaliyyət göstərirdi.[9] Maddi imkanı yaxşı olduğundan o, həm məktəbə, həm də futbola lazımı qədər diqqət yetirə bilirdi.[10] Onun kiçik qardaşı uşaqlıqda "Rikardo" adını təlləfüz edə bilmədiyi üçün, ona "Caca" deyirdi. Sonda isə bu ad Kaká oldu.[11] Bu sözün portuqal dillindən konkret tərcüməsi yoxdu.[12]
7 yaşında ailəsi ilə birlikdə San-Paulu şəhərinə köçmüşdür.[13] Oxuduğu məktəb Kakanı "Alfavill" adlı yerli gənclər klubuna yerləşdirdi. Bu klub yerli turnirin final mərhələsinə keçə bilmişdi.[14] Orada San Paulu klubunun skautları onu gənclər futbol akademiyasına dəvət etdilər.[15]
Kaka 18 yaşında hovuza uğursuz düşməsi nəticəsində onurğa sütunundan ağır zədə aldı. Bu hadisə nəyinki onun idman karyerasını yarımçıq saxlaya bilərdi, həm də ömürlük əlil arabasında qalmağına səbəb olardı,[16][17] amma o, gözləniləndən tez tam sağala bildi. Kaka sağalmasını Tanrının müdaxiləsi nəticəsində baş verdiyini düşünür və o vaxtdan dindar olub. Igreja Renascer em Cristo (Mesih Kilsəsində dirçəliş) adlı kilsəyə öz gəlirlərinin onda bir hissəsini verirdi.[18] 2010-cu ilin dekabrında kilsə qurucuları Estevam və Soniya Ernandesin vergi ödəməkdən yayındıqları üçün həbs cəzası almaları və 7 nəfərin ölümünə səbəb olmuş kilsə tavanın dağılmasından sonra, Kaka həyat yoldaşı ilə birlikdə bu kilsəni tərk etdi.[19]
Kaka futbolçu karyerasına 8 yaşında San-Paulu klubunda başladı. 15 yaşında komandayla müqavilə imzaladı və San-Paulunun gənclər komandası ilə birlikdə Copa de Juvenil adlı turnirdə uğur qazandı. O, əsas komandanın heyətində 1 fevral 2001-ci ildə 18 yaşında ilk dəfə çıxış etdi və 27 oyuna 12 qol vura bildi, üstəlik Rio-San-Paulu çempionatının finalı zamanı Botafoqoya qarşı oynununda əvəzetmədən sonra iki dəqiqə ərzində iki qol vurdu və komandasının 2–1 qalibiyyətinə önəmli töhfə verdi
Növbəti mövsümdə o, 22 oyuna 10 qol vura bildi, və tezliklə o andan sonra Kaka Avropa klubların diqqətini cəlb etməyə bacardı.[20] Kaka ümümlikdə San-Pauluda toplam olaraq 58 oyun keçirtdi və 23 qol vurdu.
Avropadan Kakaya olan davamlı maraq onun 2003-cü ildə Avropa çempionu Milanla müqavilə imzalanması ilə başa çatmışdır, bu transferə görə İtaliyalı klub €8.5 milyon ödəməli oldu, sonradan komandanın prezidenti Silvio Berluskoni bu keçidi "araxis" kimi təsvir etmişdir.[21] Bir ay ərzində o, start heyətin üzvü olmağa nail oldu. O, heyətin hücumameylli pleymeyker yarımmüdafiəçi mövqeysində Rui Koştanı əvəz etdi və Yon Dal Tomasson, Filipo İnzaqi və Andrey Şevçenko kimi hücümçüların arxasında oynuyurdu. Onun Seriya A debütu Ankona üzərində 2–0 qələbə ilə başa çatmışdır. O mövsüm Kaka 30 oyuna on qol vurdu, həmçinin bir neçə mühüm məhsuldar ötürmələr etmişdir. Bundan başqa Kaka ilk ilindəcə Milanla birgə Skudettonu və UEFA Superkubokunu qazandı, Qitələrarası Kuboku və İtaliya Superkubokunun isə finalına qədər irəlliyə bilmişdir.[22] Milan həm də İtaliya Kubokunun yarımfinalında Latsioya (həmən ilki turnirin qalibi) uduzmuşdur və Çempionlar Liqasını Deportivo La-Korunyaya məğlub olaraq dörddəbir final mərhələsindən tərk etmişdi. İlk mövsümündəki çıxışılarına görə Kaka 2004-cü ildə Seria A İlin Futbolçusu adına layiq görülmüşdür, və həm Qızıl top (sonda 15-ci yeri tutdu), həm də FİFA ilin oyunçusu (sonda 10-cu yeri tutdu) mükafatına namizəd edilmişdir.
Kaka 2004–05 mövsümündə bir qayda olaraq hücümçu Şevçenkonun arxasında oyunuyurdu və beş nəfərdən (Cennaro Qattuzo, Klarens Zidorf, Andrea Pirlo və Rui Koşta) ibarət yarımmüdafiənin hissəsi idi. hansı ki İtaliyanın və Avropanın ən güclü yarımmüdafiə tandeminə çevrilmişdir. Milan mövsümə İtaliya Superkubokunda Latsio üzərində qələbə çalmaqla başlamışdır. O, çempionatın 36 oyununda yeddi top vurmuşdur və komandasıyla Skudetto yarışında 2-ci olmağa bacarmışdı. Milan həmin mövsümdə İtaliya Kubokunun dörddəbir final mərhələsinə qədər gələ bilmişdi. Həmçinin, Kaka klubunun 2004–05 Çempionlar Liqasında Liverpula qarşı finala çıxmaq üçün mühüm işlər gördü, ümümlikdə turnirin həmən mövsümündə iki qol vurmuşdu və beş məhsuldar ötürmə vermişdi. Tarixə "İstanbul möcüzəsi" kimi yazılan oyunda birinci hissədən sonra hesab 3:0 Milanın xeyrinə idi, taki ikinci hissədə Liverpul altı dəqiqə ərzində 3 qol vurub geriyə dönüş etməyənə qədər, nəticədə Liverpul penalti seriyasından sonra 3–2 hesabı ilə qalib gəldi.[23] Oyun isə haqlı olaraq turnirin tarixində ən möhtəşəm finallardan sayılır. Kaka birinci hissədə parlaq oyun sərgilədi, ilk öncə erkən cərimə zərbəsini qazandı, hansı ki Paolo Maldininin qol vurmasıyla nəticələndi, sonra Ernan Kresponun gecə ərzində birinci, Milanın isə ikinci qolu ilə başa çatan hücumu başlatdı, nəhayət Liverpulun müdafiəsini yaran və düz Kresponun qabağına mükəmməlcəsinə verilən uzun ötürməsindən sonra Milan 3-cü qolunu vurdu.[23][24][25]
2009-cu il iyunun 3-də Football Italia bildirdi ki, "Real Madrid"in yeni seçilmiş prezidenti Florentino Perez Kaka üçün "Milan"a 68,5 € dəyərində təklif göndərib. "Milan"ın vitse-prezidenti Adriano Qalliani təklifi təsdiq etmirdi və bildirmişdi ki, o və Kakanın atası La Volpe ilə görüşmək üçün Mexikoya yollanmışdılar. "Biz nahar etdik və Kaka barədə də danışdıq. Mən bunu inkar etmirəm. Danışıqlar aparılır, lakin sövdələşmə indiyədək tamamlanmayıb". 4 iyunda Qalliani Gazzetta dello Sport jurnalına bildirmişdi ki, danışıqlar maliyyə səbəbi ilə bağlıdır. "Biz "Milana"a 70 milyon avro itirməyə imkan verə bilmərik. Kakanın transfer olunmağının əsas səbəbi maliyyə problemidir". İyunun 8-də "Milan" və "Real" Madrid" Kakanın keçidi haqqında razılığa gəldilər. İspaniya klubu Kaka ilə 6 illik müqavilə bağladı.
Kaka 2009-cu il avqustun 7-də "Toronto"ya qarşı oyunda debüt etdi, oyun "Real"ın 5:1 hesablı qələbəsi ilə bitmişdir. "Real"ın heyətində ilk qolunu 19 avqust 2009-cu ildə mövsüm qabağı təlim-toplantıda "Borussiya Dortmund"da qarşı oyunda vurdu. 2009-cu il avqustun 29-da "Deportivo"ya qarşı oyunda La Liqada debüt etdi. Rəsmi oyunlarda ilk qolunu beşinci turda "Vilyarreal"ın qapısına vurdu.
5 avqust 2010-cu ildə elan edildi ki, Kaka zədələnib və meydana bir daha gələn il çıxa biləcək
Kaka 8 aylıq fasilədən sonra "Xetafe"yə qarşı matçda meydana qayıtdı, 2011-ci ilin 3 yanvar tarixində keçirilən o oyunda 77-ci dəqiqədə Kərim Benzemanı əvəz etdi. "Mən çox şadam ki, oyuna qayıtdım və meydana yenidən addım atdım". 2011-ci il yanvarın 9-da o, "Vilyareal"la keçirilən oyunda Kriştiano Ronaldonun ötürməsi ilə zədədən sağaldıqdan sonra ilk qolunu vurdu, bu qol həmçinin yeni mövsümdə ilk qolu idi.
2011-ci ilin martında Kaka yenidən zədələndi və bu səbədən bir neçə həftə oyunlarda iştirak etmədi. Zədədən sonra çıxdığı ilk oyun "Valensiya"ya qarşı oldu, həmən oyunda 2 qolun müəllifi oldu. "Real"da keçirtdiyi ikinci mövsümünün sonunda o, komanda ilə birgə İspaniya kubokunu qazandı.
2011-ci il sentyabrın 27-də "Ayaks"a qarşı oyunda Kaka "Real Madrid"in heyətində ən yaxşı oyunlarından birini keçirtdi. 3:0 Realın xeyrinə bitən qarşılaşmada Rikardo qol və məhsuldar ötürmə ilə yadda qaldı. O, bu matçda Özili, Ronaldonu, Benzemanı topla təmin edərək, komandanın hücumlarının əsas "qurucularından" biri idi. Sonradan o, Çempionlar Liqasının bu turunun ən yaxşı oyunçusu seçildı.
Bu onun klubda ən uğurlu mövsümü idi. "Real Madrid" La Liqanı rekord 100 xal toplayaraq, çempionluq qazandı. "Əflatun bəyazlılar" Çempionlar Liqasının yarımfinal mərhələsində dayandılar, Kaka isə 5 ötürmə ilə ən yaxşı assistentlərdən biri oldu.
2012-ci ilin avqustunda "Milan" klubunun rəhbərliyi braziliyalı ulduzu qaytarmağa cəhd etdi, lakin klublar razılığa gələ bilmədilər.
2 sentyabr 2013-cü ildə transfer pəncərəsinin son günündə Kaka "Milan"la iki il müddətinə müqavilə imzalayaraq, dörd ildən sonra köhnə klubuna qayıtdı.
Sentyabrın 14-də "Milan"a qayıtdıqdan sonra ilk oyununa çıxdı, lakin zədə alaraq bir ay müddətində oynamadı.
Oktyabrın 30-da İtaliyaya qayıtdıqdan sonra braziliyalı "Latsio"ya qarşı keçirilən oyunda ilk qolunu vurdu.
2014-cü il yanvarın 6-da "Atalanta" ilə oyunda "Milan"ın heyətində özünün yüzüncü qolunu vurdu. Vurduğu qoldan sonra braziliyalı tribunalara soyadı və altında 100 nömrə olan maykasını nümayiş etdirdi. Beləliklə, Kaka "Milan"ın tarixində 100 qol vurmuş onuncu futbolçu oldu.[26][27]
2014-cü il iyunun 30-da Kaka "Milan"la qarşılıqlı razılıq əsasında müqaviləni pozdu. O, komandanın Çempionlar Liqasına çıxmaması təqdirdə müqaviləni erkən pozmağa icazə verən müqavilənin şərtini istifadə etdi.[28] 1 iyul 2014-cü ildə MLS liqasının klubu "Orlando Siti" ilə müqavilə bağladı. Müqaviləyə əsasən, yeni klubunun heyətində 2015-ci ildən çıxış etməyə başlayacaq. Kaka bildirdi ki, həmişə ABŞ-də oynamaq istəyirdi və "Orlando Siti"yə keçməyə qərarını qəbul etdi, çünki onun sahibi brazilyalı Flavio Auqustu da Silva ilə dostluq münasibətlərindədi.[29] 2015-ci llinin mövsümünün başlanmasından öncə, formasını itirməmək üçün icarə əsasında "San-Paulu" klubuna keçdi.[30]
2017-ci ilin oktyabrında Kaka elan etdi ki, "Orlando Siti" ilə yeni müqavilə bağlamayacaq və mövsümün sonunda klubu tərk edəcək[31]. Həmin il dekabrın 17-də 35 yaşlı Kaka peşəkar futbolçu karyerasının bitirdiyini açıqladı[32].