Rus Coğrafiya Cəmiyyəti

Rusiya Coğrafiya Cəmiyyəti (rus. Всеросси́йская обще́ственная организа́ция «Ру́сское географи́ческое о́бщество» və ya qısaca ВОО «РГО») — Rusiya Federasiyasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Paris (1821), Berlin (1828) və Londonda (1830) yaradılmış təşkilatlardan sonra dünyanın ən qədim coğrafiya cəmiyyətidir[1]. Mərkəzi qərargahı Sankt-Peterburq şəhərində yerləşir. Rəhbəri Sergey Şoyqudur.

Rusiya Coğrafiya Cəmiyyəti
ВОО «РГО»
rus. Всеросси́йская обще́ственная организа́ция «Ру́сское географи́ческое о́бщество»
Loqonun şəkli
Növü İctimai Təşkilat
Yaranma tarixi 18 avqust 1845
Rəsmi dili Rus
Mərkəzi Rusiya Rusiya, Sankt-Peterburq
Sədr Sergey Şoyqu
Üzvləri 19.000
rgo.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cəmiyyətin Sankt-Peterburqda yerləşdiyi bina
125 illiyi münasibətilə 1970-ci ildə buraxılmış SSRİ poçt markası[2]

Cəmiyyət Rusiya imperatoru I Nikolayın[3] qərarı ilə 18 avqust 1845-ci ildə yaradılmışdır.

Cəmiyyət mövcudluğu dövründə dəfələrlə öz adını dəyişdirmişdir[4]:

  • 1845—1850 Rusiya Coğrafiya Cəmiyyəti (rus. Русское Географическое Общество (РГО))
  • 1850—1917 İmperator Rusiya Coğrafiya Cəmiyyəti (rus. Императорское Русское Географическое Общество (ИРГО))
  • 1917—1925 Rusiya Coğrafiya Cəmiyyəti (rus. Русское Географическое Общество (РГО))
  • 1925—1939 Dövlət Coğrafiya Cəmiyyəti (rus. Государственное географическое общество (ГГО))
  • 1940—1992 SSRİ Coğrafiya Cəmiyyəti və ya Ümumittifaq Coğrafiya Cəmiyyəti (rus. Географическое общество СССР или Всесоюзное географическое общество (ВГО))[5])
  • 1992—1995 Rusiya Coğrafiya Cəmiyyəti (rus. Русское географическое общество (РГО))
  • 1995-ci ildən "Rusiya Coğrafiya Cəmiyyəti" Ümumrusiya İctimai Təşkilatı (rus. Всероссийская общественная организация «Русское географическое общество» (ВОО «РГО»))

Cəmiyyətin qəyyumları və himayəçiləri

[redaktə | mənbəni redaktə et]
Vladimir PutinSergey Şoyqu

Cəmiyyətə müxtəlif vaxtlarda bir sıra dövlət başçıları qəyyumluq və himayəçilik etmişlər:

Rəhbərlərin cəmiyyətin əsas binasında yerləşmiş portretləri

Müxtəlif illərdə Rusiya Coğrafiya Cəmiyyətinə Rusiya İmperator Evinin nümayəndələri, tanınmış səyahətçilər, tədqiqatçılar və dövlət adamları rəhbərlik etmişdir.

Sergey Şoyqu

1845-ci ildən indiyədək, cəmiyyətin cəmi 12 rəhbəri olub. Hazırda cəmiyyətə rəhbərliyi prezident edir. 2009-cu ilin noyabr ayından rəhbəri ordu generalı Sergey Şoyqudur[3]. O, həm də Rusiya Federasiyasının müdafiə naziridir.

Rəhbərlik illəri Rəhbər Vəzifə
1. 1845—1892 Böyük knyaz Konstantin Nikolayeviç Sədr
2. 1892—1917 Böyük knyaz Nikolay Mixayloviç Sədr
3. 1917—1931 Yuli Şokalski Sədr
4. 1931—1940 Nikolay Vavilov Prezident
5. 1940—1950 Lev Berq Prezident
6. 1952—1964 Yevgeni Poplovski Prezident
7. 1964—1977 Stanislav Kalesnik Prezident
8. 1977—1991 Aleksey Tryoşnikov Prezident
9. 1991—2000 Sergey Lavrov Prezident
10. 2000—2002 Yuri Seliverstov Prezident
11. 2002—2009 Anatoli Komaritsın Prezident
12. 2009—hal-hazırda Sergey Şoyqu Prezident

Fəxri prezidentləri

[redaktə | mənbəni redaktə et]

İdarəetmə orqanları

[redaktə | mənbəni redaktə et]

Mövcud Nizamnamənin 5-ci hissəsinə görə cəmiyyətin idarəetmə orqanlarının strukturuna aşağıdakılar daxildir:

  • Konqres;
  • Himayəçilər Şurası;
  • Media Şurası;
  • İdarə Şurası;
  • Elmi Şura;
  • Ağsaqqallar Şurası;
  • Regionlar Şurası;
  • Cəmiyyətin prezidenti;
  • İdarə Heyəti;
  • Təftiş Komissiyası.

Cəmiyyətin MoskvaSankt-Peterburq şəhərlərində qərargahları var[7][8].

1917-ci ilə qədər cəmiyyətin təxminən min üzvü var idi.

2016-cı ilin avqust ayına olan məlumata görə 19 min üzvü olmuşdur[3]. Hazırda onun nümayəndələri Ural, sibir, Uzaq şərq, Hindistan, İran və digər ərazilərin araşdırması və təhlilində müstasna rola malikdirlər[3].

Rusiya Federasiyasının bütün 85 regionunda şöbələri fəaliyyət göstərir[3].

  • Fiziki coğrafiya bölməsi
  • Riyazi coğrafiya bölməsi
  • Statistika bölməsi
  • Etnoqrafiya bölməsi
  • Siyasi-iqtisadi komitə
  • Arktikanın araşdırılması üçün komissiya
  • Seysmik komissiya

Regional ofisləri

[redaktə | mənbəni redaktə et]

Cəmiyyətin ilk "periferik şöbələri" Qafqaz üzrə 1850-ci ildə Tiflisdə, Sibir üzrə isə 1951-ci ildə İrkutskda yaradılmışdır[9].

Cəmiyyətin digər filialları Vilnüs (1867), Orenburq (1867), Kiyev (1873), Omsk (1877), Xabarovsk (1894), Daşkənd (1897) və digər şəhərlərdə yaradılmışdır. VilnüsKiyevdəki şöbələr 1876-cı ildə fəaliyyətlərini dayandırmışlar.

Bəzi təşkilatlar tamamilə müstəqil idi - məsələn, Amud rayonunun öyrənilməsi üzrə Cəmiyyət 1884-cü ildə Vladivostokda yaradılmış və yalnız 1894-cü ildə rəsmi olaraq Rusiya Coğrafiya Cəmiyyətinə daxil edilmişdir.

1917-ci ilə qədər cəmiyyətin on bir bölməsi var idi.

Hazırda Rusiya Federasiyasının bütün subyektlərində Rusiya Coğrafiya Cəmiyyətinin filialları var.

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

1956-cı ildən Beynəlxalq Coğrafiya İttifaqının üzvüdür.

  1. Берг Л. С. Географическое общество за 95 лет Arxivləşdirilib 2018-05-14 at the Wayback Machine // Известия Всесоюзного географического общества. 1941. Т. 73. Вып. 3. С. 335—352.
  2. Марка СССР: Эмблема Общества на фоне условного изображения земных полушарий. Серия: 125-летие Географического общества СССР (учреждено 18/Viii 1845)
  3. 1 2 3 4 5 Rusiya coğrafiya cəmiyyəti tədbir keçirdi - Muğam mərkəzində - FOTOLAR Arxivləşdirilib 2017-09-26 at the Wayback Machine. news.atv.az, 18.08.2016  (az.)
  4. "Русское географическое общество. Досье". 2014-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  5. c 1940 — Известия Всесоюзного географического общества Arxivləşdirilib 2016-04-17 at the Wayback Machine
  6. Попечительский совет РГО в марте 2011 года предоставит гранты на новые проекты – Путин. rgo.ru  (rus.)
  7. "Открытие штаб-квартиры Русского географического общества в Москве". Kremlin.ru. 15 января 2013. 2013-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-12.
  8. "Санкт-Петербургское городское отделение РГО". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-08.
  9. Клеопов И. Л. Геологический комитет. Москва: Наука, 1964. С. 15.  (rus.)
  • Берг Л. С. Всесоюзное Географическое общество за сто лет. — М.-Л.: Изд-во АН СССР, 1946. — 264 с. — 5000 экз.
  • Географическое общество Союза ССР. 1917—1967 / Авт.-сост.: И. Б. Костриц, Д. М. Пинхенсон; Под ред. чл.-корр. АН СССР С. В. Калесника; Оформление худож. В. И. Примакова. — М.: Мысль, 1968. — 272 с. — 5500 экз.
  • Географическое общество за 125 лет / Ред. С. В. Калесник, Л., 1970.
  • Двадцатипятилетие Императорского Русского Географического общества 13 января 1871 г. СПб., 1872.
  • Константинов О. А. Сто двадцать пять лет Географическому обществу СССР. Л., 1970.
  • Русское географическое общество. 150 лет — М.: АО «Прогресс», 1995.
  • Семёнов-Тян-Шанский П.П. История полувековой деятельности Императорского Русского Географического общества 1845—1895: В 3 частях. — СПб.: В тип. В. Безобразова и Комп., 1896.
    • Часть I-я. — XXX, 468 с.
    • Часть II-я. Отдел IV. — XI, 471—979 с.
    • Часть III-я. Отдел V, Приложения, Указатель и состав Общества. — VIII, 983—1377, 66 с.
  • Состав Императорского Русского географического общества по 1 января 1913 года с дополнениями по 1 октября 1913 года. Типография «Строитель». Санкт-Петербург. 1913.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]