Səfa Gəray (kalqay)

Səfa Gəray (krımtat. Safa Geray)(v. 1591, Bağçasaray, Krım xanlığı) — Krım xanı II Mehmed Gərayın oğlu, Krım nurəddinikalqayı.[1][2]

Səfa Gəray
1584 – 1584
ƏvvəlkiAlp Gəray
SonrakıAlp Gəray
1588 – 1591
ƏvvəlkiŞaqay Mübarək Gəray
SonrakıBəxt Gəray
Şəxsi məlumatlar
Vəfat tarixi 1591
Vəfat yeri
Atası II Mehmed Gəray
Ailəsi Gəraylar
Dini sünni islam

Doğum tarixi bilinmir. Krım xanı II Mehmed Gərayın oğludur. Haqqındakı ilk məlumat Osmanlı sultanı III Muradın əmriylə taxtdan endirilən atası II Mehmed Gərayla birlikdə ölkədən qaçması barədədir. Perekop qalasına sığınan ailəsi burada dəstək qazana bilmədi. Əmisi kalqay Alp Gəray tərəfindən burada atası edam olundu. Səfa Gəray isə qardaşları Səadət GərayMurad Gərayla birlikdə ölkədən qaçaraq noqaylara sığındılar (may 1584).

O əsnada İstanbula girov tutulan əmisi II İslam Gəray Osmanlı sultanı III Muradın əmriylə xan elan edilsə də, hələ də Krıma gəlməmişdi. Bundan istifadə edən böyük qardaşı Səadət Gəray noqayları ətrafına toplayaraq Bağçasaraya hücum etdi. Özünü xan, qardaşları Səfa Gərayı kalqay, Murad Gərayı isə nurəddin elan etdi. Ancaq çox keçmədən - cəmi 1 ay sonra İstanbuldan yeniçəri birlikləriylə Bağçasaraya gələn II İslam Gəray hakimiyyəti ələ aldı. Məğlub edilən qardaşlar yenidən noqaylara sığındı. Ancaq bu dəfə tərəfdar toplaya bilmədilər və fərqli istiqamətlərə qaçdılar. İlk öncə çərkəz diyarına qaçan Səfa Gəray daha sonra qardaşlarıyla birlikdə 1586-cı ilin baharında Moskva knyazı I Fyodra sığındı. Burada mərasimlə qarşılanan qardaşlar həmin ilin 18 iyulunda Həştərxana göndərildi və burada yaşamalarına icazə verildi.

Ancaq həmin ilin sonlarında Səfa Gəray və Murad Gəray rus təbəəliyindən imtina edərək noqay diyarına qaçdılar. Həştərxanda qalan qardaşları Səadət Gəray isə 1587-ci ildə müəmmalı şəkildə vəfat etdi. 1588-ci ildə II İslam Gərayın ölümü və İstanbulda girov tutulan digər əmiləri II Qazi Gərayın xan təyin edilməsiylə qardaşlar bağışlandı. Hələ İstanbulda ikən qardaşı uşaqlarına məktub yazaraq onları Krıma çağıran II Qazi Gəray onlara yüksək rütbə və ünvanlar vəd etdi. Həmin ilin mayında Səfa Gəray tatar əsilzadələrindən ibarət bir heyətlə Bağçasaraya gəldi və əmisi tərəfindən nurəddin elan olundu.

Bu vəzifədə ikən bir çox səfər və basqında iştirak edən Səfa Gəray 1589-cu ilin qışında noqay tayfasının köçürülməsinə nəzarətlə vəzifələndirdi. Ancaq Don çayının sol sahilinə köçürülmələrinə etiraz edən noqaylar üsyan başlatdılar. Səfa Gəray topladığı tatar süvariləriylə üsyanı yatırdı. Noqayların bir qismi ələ keçirildi. Qalanları isə qaçaraq Həştərxana sığındılar.

1591-ci ildə əmisi II Qazi Gərayın Moskva knyazlığı üzərinə tərtiblədiyi səfərə qatılan Səfa Gəray, uğursuz nəticələnən bu səfərdən döndükdən sonra Bağçasarayda vəfat etdi.

  1. Fisher, Alan, Kırım Tatarları, Çev: Eşref B. Özbilen, Selenge Yayınları, 2009
  2. Halim Giray Han, Gülbün-i Hanan, Osman Cudi Neşri, 1327
  • Kırım Hanlığı’nda Kalgaylık ve Nureddinlik Üzerine Bir İnceleme. Furkan Cem Tosun. Yüksek Lisans Tezi. İzmir 2022
  • Von Hammer Purgstall, Kırım Hanlığı Tarihi, İnsan Yayınlar, 3. Baskı, 2020