Səlim Rəfiq Rəfioğlu 1905-ci ildə Azərbaycanın Gəncə şəhərində doğulub. Gəncənin məşhur Rəfibəylilər ailəsinə mənsub olan Səlim Rəfiqin babası Hacı Məmmədhüseyn Rəfiyev (1846–1920) yaxşı təhsil görmüş, şeir və ədəbiyyatla məşğul xeyirxah bir tacir olmuşdur. Səlim Rəfiq Rəfioğlunun atası Məşədi Əli Məmmədhüseyin oğlu Rəfiyev 1 iyul 1880-ci il tarixində Gəncədə doğulmuş, Türkiyə Cümhuriyyəti vətəndaşlığını qəbul etmişdır. Səlim Rəfiq ailənin üçüncü övladıdır[1].
İbtidai və orta təhsilini doğulduğu Gəncədə tamamlayan Səlim Rəfiq Rəfioğlu, 1927-ci ildə Gəncə Pedaqoji Texnikumunu bitirir. Atası Məşədi Əli bəy oğlu Səlim Rəfiqi yanına çağırmış, ancaq Sovet idarəçiləri buna izin vermədiyindən o, atasının üzvü olduğu Müsavat Partiyasının yardımı ilə İrana, daha sonra Türkiyəyə getmişdir. Səlim Rəfiq Rəfioğlu 1930-cu ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinə, paralel olaraq Yüksək Müəllim Məktəbinə daxil olur. İstanbul Universitetində türkologiyanın məşhur simalarından dərs alan gələcək ədibin müəllimlərindən biri Azərbaycanın mühacir alimi, professor Əhməd Cəfəroğlu olmuşdur. O, 1931-ci ildə Türkiyə Cümhuriyyəti vətəndaşlığına qəbul edilmişdır[1].
Təhsilini 1933-cü ildə tamamlayan İstanbul Universitetinin Ədəbiyyat fakültəsindən və Yüksək Müəllim Məktəbindən məzun olmuşdur. İstanbul Universitetində məzun dissertasiyasını Prof. Ragıp Hulusinin (Özdem) elmi rəhbərliyi ilə, "Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi" mövzusunda hazırlamışdır[1].
Səlim Rəfiq Rəfioğlu, 1934-cü ildə Antalya Liseyində ədəbiyyat müəllimi kimi vəzifəyə başlamışdır. Antalyadakı vəzifəsindən sonra Malatya, Bursa və İstanbulda müəllimlik edən Səlim Rəfiq 1962-ci ci ildə öz istəyi ilə təqaüdə çıxmışdır. 1945-ci ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsində prof. dr. Əli Nihat Tərlanın rəhbərliyi altında Məhəmməd Füzulinin həyatı yaradıcılığı haqqında doktorluq dissertasiyası yazmış və burada şairin ədəbi irsini sistemli şəkildə təhlil obyektinə çevirmişdir. Bu əsər M. Füzuli haqqında yazılmış ilk doktorluq dissertasiyalarından biridir. "Füzuli" başlıqlı bu dissertasiya ilə "Ədəbiyyat doktoru" elmi dərəcəsini alan Səlim Rəfiq Rəfioğlu, təəssüf ki, universitetə işə alınmamış, uzun illər liseylərdə ədəbiyyat müəllimi kimi çalışmışdır. Dissertasiyanın yeganə nüsxəsi İstanbul Universiteti Türkiyyat İnstitutu Kitabxanasında (305 nömrə) saxlanılır. Səlim Rəfiq Rəfioğlu 4 aprel 1980-ci ildə İstanbulda vəfat etmiş, Ferikənd İslam Məzarlığında dənf olunmuşdur[2].
Səlim Rəfiq Rəfioğlu 26 aprel 1938-ci ildə, liseydə müəllimlik etdiyi dövrdə tanış olduğu Antalya muzeyi müdiri Fikri Ertenin ixtisasca müəllim olan qızı Ayşə Fəzilət xanımla (1910–1994) evlənmişdır. Bu evlilikdən onların 1939-cu ildə Azər Ergün adında bir oğlu olmuşdur. Azər Ergün İstanbul Teknik Universitetinin inşaat mühandisliyi fakültəsini bitirib[3].
Səlim Rəfiq 1968-ci ildə Azərbaycana getmək üçün SSRİ-dən viza ala bilmiş, ana vətənini qırx il sonra ziyarət edə bilmişdır. Azərbaycanda olduğu dönəmdə Gəncədə ailəsi və qohumları ilə görüşmüşdür. O, həmçinin Bakıda Azərbaycanın görkəmli alimləri Həmid Araslı, Abbas Zamanov, Mirzəağa Quluzadə, Kamal Talıbzadə, Qasım Qasımzadə ilə şəxsən tanış olmuş və fikir mübadiləsi aparmışdır[1].
Səlim Rəfiq Rəfioğlu, elmi yaradıcılığa İstanbul Universitetində oxuduğu dönəmdə başlayıb. Onun "Son dövr azəri ədəbiyyatı" adlı ilk məqaləsi 1932-ci ildə Əhməd Cəfəroğlunun baş redaktoru olduğu "Azərbaycan Yurt Bilgisi" adlı dərgidə çap olunub. Bütövlükdə onun "Azərbaycan Yurt Bilgisi"dərgisində beş yazısı yayınlanıb. Sonralar məqalələrini çeşidli dərgilərdə və qəzetlərdə dərc etdirmişdir. Bu yazılarında da ağırlıqlı olaraq Azərbaycan ədəbiyyatını, folklorunu mövzu olaraq araşdıran Səlim Rəfiq Rəfioğlu ədəbi-elmi mübahisələrə qoşulmuşdur. Alimin bu səpkili əsərlərinin ən mühüm örnəyini 1939-cu ildə Bəkir Çobanzadə, 1941-ci ildə isə Əhməd Cəfəroğlunu tənqid edən və kitab halında nəşr olunan iki əsəri təşkil edir. Bəkir Çobanzadənin 1928-ci ildə yazdığı yazıya Səlim Rəfiq Rəfioğlunun 1939-cu ildə cavab verməsi maraqlıdır. Çünki bu tarixlərdə Bəkir Çobanzadə, Azərbaycanda Stalinin əmri ilə başladılan ziyalı qətliamında güllələnmişdi. Çox ehtimal ki, Səlim Rəfiq bəhs olunan kitabı çox gec əldə etmiş və Bəkir Çobanzadənin öldürüldüyündən də xəbərsiz olmuşdur. Antalyada müəllimlik etdiyi illərdə Antalya Xalq Evinin Dil, tarix və ədəbiyyat şöbəsinin idarə heyətinə üzv seçilən Səlim Rəfiq burada folklor örnəkləri (dastan, mani, atalar sözləri və s.) toplamışdır[2].
Onun elmi məqalələrinin bir qismi "Türk Akdəniz", "Çağlayan" (Antalya), "Oluş" (Ankara), "Uludağ" (Bursa), dərgilərində, "Ülkü" məcmuəsində, "Yeni sabah" və "Təsviri-əfkar" (İstanbul) qəzetlərində yayınlanmışdır. Səlim Rəfiq Rəfioğlunun Türkiyə kitabxanalarında kitab halında altı əsəri vardır. Bunlardan üçü nəşr olunmuş, digər üçü isə makina ilə yazılmış və cildlənərək kitab halına gətirilmişdır. Həmin əsərlər bunlardır:
"Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi" (İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Basılmamış Məzun Tezi, Elmi rəhbər: Ragıp Hulusi (Özdem), İstanbul, 1933). Əsərin makina nüsxəsi İstanbuldakı Beyazid Dövlət Kitabxanasındadir. Tədqiqatçı araşdırmada təhlil obyektinə çevirdiyi mətnləri mövzu baxımından altı qrupa ayırmışdır: 1) Eşq hekayələri, 2) Saz şairləri ətrafında təşəkkül edən hekayələr, 3) Tarixi hekayələr, 4) Qəhrəmanlıq hekayələri, 5) Heyvanlar haqqında hekayələr, 6) Sərgüzəşt hekayələri. Müəllif ayrı-ayrı hekayələrin qısa xülasələrini verdikdən sonra bunlar arasındakı mövzu və motiv fərqlərinı göstərir. Bu müqayisə nəticəsində şifahi ədəbiyyat nümunələrinin nə kimi dəyişikliklərə uğradığını üzə çıxarır.
"Fuzuli". Nəşr olunmamış doktorluq dissertasiyası, Elmi rəhbər: Əli Nihat Tərlan, İstanbul Universiteti Ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölümü, 1942–1945, 315 s. Bu əsərin yeganə nüsxəsi İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutu Kitabxanasında (305 nömrə) saxlanılır. Müəllifin 1945-ci ildə bitirdiyi, ancaq 1948-ci ildə müdafiəs etdiyi dissertasiyasının mündəricatı aşaıdakı bölümləri əhatə edir: "Bir neçə söz", "Fihrist", "Füzulinin həyatı", "Füzulinin elmi", "Füzulinin eşqı", "Füzulinin təsiri və şöhrəti", "Füzulinin biblioqrafiyası". Füzulinin həyatı haqqında çox az məlumat olduğunu bildirən tədqiqatçı: "Əski qaynaqlar onu bu baxımından ihmal etmişdir. Bundan dolayı Füzulinin məsələn, şəcərəsi, ailəsi, çocuqluğu və gəncliyi haqqında demək olar ki, heç bir qeydə təsadüf edilməmişdır. Bunlar bizim üçün yalnız böyük bir itki deyil, eyni zamanda acı bir həqiqətdir" – qənaətinə gəlir[2].
"Divan ədəbiyyatının məhəlli və ictimai motivləri" İstanbul:1948–1953. Klassik ədəbiyyatımız haqqındakı 690 səhifəlik bu çalışmanın makina ilə yazılmış bir nüsxəsi İstanbuldakı Beyazid Dövlət Kitabxanasındadır. Müqəddimədə müəllif əsərin yazılma səbəbini belə izah etir: "Qayəmiz divan ədəbiyyatının işlənməmiş, hətta inkar edilmiş çox mühüm bir sahəsi haqqında ciddi araşdırma və incələmələrə söykənərək yeni bir əsər yazmaq surətilə türk mədəniyyətinə xidmət etməkdən ibarətdir".
"Professor Bəkir Çobanzadəyə cavab". İstanbul: Burhanettin Matbaası, 1939, 23 s. Bu broşürada Səlim Rəfiq professor Bəkir Çobanzadənin 1930-cu ildə Bakıda Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu tərəfindən nəşr olunmuş "Son dövr Azəri ədəbiyyatının yeni dövrü – Nationalismdən internationalismə" əsərini tənqid etmişdir. Həmin əsər yazılanda artıq Bəkir Çobanzadə repressiya qurbanı kimi güllələnmişdi, lakin əsərdən aşkar duyulur ki, Səlim Rəfiq bu hadisədən xəbərsiz olmuşdur.
"Professor Əhməd Cəfəroğlunun əsərlərində görünən xətalar: Bir əlavə -bir düşüncə — bir cavab". Bursa: Emek Matbaası, 1941, 72 s. Burada ƏhmədCəfəroğlunun əsasən "Azərbaycan Yurt Bilgisi"ndə yayınlanan, bir qismi isə sonralar kitab kimi nəşr edilən əsərləri tənqid olunur. Müəllif Əhməd Cəfəroğlunun əsərlərində bəzən gözdən qaçan, bəzən də tələsiklikdən yol verilən qüsurları aşkarlayaraq sistemli şəkildə şərh edir. Şübhəsiz ki, bu tənqidlərin bir qismi haqlı mövqedən aparılır. Ancaq Əhməd Cəfəroğlu kimi bir çox məsələlər barədə ilk dəfə tədqiqat aparan alimin əsərlərində bu cür xətaların olması unudulur.
"Azərbaycan ədəbiyyatı – Seçilmiş misralar". Bursa: Emek Matbaası, 1941, 109 s. Həcmcə o qədər də böyük olmayan bu əsər antologiya səpkisində qələmə alınmışıdr və XIII əsrdən XIX əsrə (XX əsrdən də örnəklər vardır) qədər Azərbaycan şairlərinin şeirlərindən seçilmiş şeirləri əhatə edir.
"Azərbaycan ədəbiyyatı – Seçilmiş misralar" (1941) adlı kitabının sonunda "Müəllifin basılacaq əsərləri" başlığı altında Səlim Rəfiq Rəfioğlunun 12 əsərinin adıverilmiş, hətta bunların bəzilərinın məzmunundan da bəhs olunmuşdur
1. Azərbaycan divan ədəbiyyatı antologiyası; 2. Ədəbi yenilik antologiyası; 3. Azərbaycan saz şairləri antologiyası; 4. Azərbaycan xalq ədəbiyyatı antologiyası; 5. Azərbaycan şairləri; 6. Azərbaycan alimləri; 7. Anadolu və Azərbaycan xalq hekayələrinin təhlili və müqayisəsi; 8. Azərbaycan ədəbiyyatında vəzn və nəzm şəkilləri; 9. Tədqiqlər və tənqidlər; 10. Vaqif (monoqrafiya); 11. Böyük türk ədibi Mirzə Fətəli (monoqrafiya); 12. Azərbaycan ədəbiyyatı tarixi[2].
Bu siyahıda yeddinci sırada olan "Anadolu və Azərbaycan xalq hekayələrinin təhlili və müqayisəsi" adlı araşdırma Səlim Rəfiq Rəfioğlunun universitetdə hazırladığı buraxılış dissertasiyasıdır. Ancaq indiyə qədər üç kitabı və makinada yazılmış halda üç əsərindən savayı kitab halında bir əsərinə təsadüf olunmayıb.
Azerbaycan ve Anadolu Halk Hikâyelerinin Tahlili ve Mukayesesi, İstanbul Üniversitesi Edebiyat Fakültesi Basılmamış Bitirme Tezi, Danışman: Ragıp Hulusi (Özdem), İstanbul, 1933. Əsərin yeganə nüsxəsi İstanbul Beyazit Dövlət Kitabxanasında saxlanılır[4].
Fuzûlî, Basılmamış doktora tezi, Danışman: Ali Nihat Tarlan, İstanbul Üniversitesi Edebiyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü, 1942–1945, 315 s. Bu əsərin yeganə nüsxəsi İstanbul Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun Kitabxanasında (305 numara) saxlanılır[4].
Divan Edebiyatının Mahallî ve İctimaî Motifleri, İstanbul 1948–1953. Klassik ədəbiyyat haqqında 690 səhifəlik bu tədqqiqatın makinada yazılmış yeganə nüsxəsi İstanbul Beyazit Dövlət Kitabxanasında saxlanılır.
Profesör Bekir Çobanzade’ye Cevap, Burhanettin Matbaası, İstanbul 1939, 23 s. (5, s. 73–78).
Profesör Ahmet Caferoğlu’nun Eserlerinde Görülen Hatalar: Bir İlave — Bir Düşünce — Bir Cevap, Emek Matbaası, Bursa 1941, 72 s.
Azerbaycan Edebiyatı – Seçilmiş Mısralar, Emek Matbaası, Bursa 1941, 109 s[4].
"Son Devir Azeri Edebiyatı", Azerbaycan Yurt Bilgisi, S. 1, Ocak 1932, s. 27–34
"Türkiye Metbuatında Mehmet Hadi’nin Şiirleri", Azerbaycan Yurt Bilgisi, S. 8–9, Ağustos-Eylül 1932, s. 286–290.
"Azerbaycan Deyelerine Dair", Azerbaycan Yurt Bilgisi, S. 11, 2. Teşrin
"Azeri Halk Edebiyatında Deli Alı Destanı", Azerbaycan Yurt Bilgisi, S. 23, II. Teşrin, 1933, s. 415–419.
"Nigâristanlı Âşık Sadık’ın Bir Şiiri", Azerbaycan Yurt Bilgisi, S. 24, I. Kânun 1933, s. 434–435.
Kitap Tanıtma: "Namık Kemal, Yazan: İstanbulov, Moskova", Oluş, 5 Şubat, 1939, S. 6, s. 87–88.
Kitap Tanıtma: "Iskusatvo Azerbaydjanskogo Naroda. Gosudarstvennoye
İzdatelstvo (Iskusatov), Moskova, 1938, 82 s.", Oluş, 4 Haziran 1939, S.23, s. 368.
Azerbaycanda Operet, Oluş, 14 Mayıs 1939, S. 20, s. 314–15.
Kitap Tanıtma: "Azerbaydjanskiye Turkskiye Skazi, Prof. Bebri, Academica", Oluş, 7 Mayıs 1939, S. 19, s. 299
Kitap Tanıtma: "İstanbul, Ankara, İzmir, Yazan: L. Nikulin Neşreden:
Goslitizdat. 183 s.", Oluş, 2 Nisan 1939, S. 14, s. 222.
"Fuzuli’ye Dair", Çağlayan, 31 mart 1936, S. 4, s. 2–3.
"Halkıyat ve Halk Hikâyeleri", Çağlayan, 15 Haziran 1936, C. 1, S. 6, s. 6 — # "Dil Devrimi ve Güneş Dil Teorisi", Çağlayan, 15 Birinci teşrin 1936, C. 1, S. 10, s. 1–2.
"Namık Kemal ve Gençlik", Çağlayan, 15 ikinci teşrin 1936, C. 1, S. 11, s. 1–2.
"Sabir", Çağlayan, C. 1, S. 12, Birinci Kanun, 1936, s. 1–2.
"Manilere Dair", Çağlayan, C. 2, s. 19–22, Haziran-Eylül 1938, s. 17–24.
"Azerbaycan Edebiyatında Mesnevi Tarzı", Çağlayan, S. 23/4–5, Eylül 1943, s. 5–6.
"Bir Edebiyat Münakaşası: Fuzulî’nin Bir Gazeli", Yeni Sabah, 11 Şubat1945, s. 4.
"Fuzulî’nin Bilinmeyen Bir Mektubu", Yeni Sabah, 17 Şubat 1945, s. 2.
"Fuzulî’nin Şiirinden Çıkan Münakaşa – Selim Refik Refi’oğlu’nun
Muvaffak Sami Onat’a İkinci Cevabı", Yeni Sabah, 30 mart 1945, s. 2.
"Fuzulî’nin Tesiri, Şöhreti", Yeni Sabah, 19 Nisan 1945, s. 4.
"Fuzulî’nin Şiirinden Çıkan Münakaşa – Selim Refik Refi’oğlu’nun M. Sami Onat’ın Son Cevabına Cevabı", Yeni Sabah, 6 Mayıs 1945, s. 3.
"Fuzulî’nin Tesiri, Şöhreti – Şiir ve Manzumelerde Fuzulî", Yeni Sabah, 23 Mayıs 1945, s. 2.
"Fuzulî’nin Malum Olmıyan Bir Mektubu", Tasvir-i Efkâr, 13 Nisan 1945, s. 3.
"Antalya Büyükleri: Ayaklı Kütüphane Mehmet Efendi, Türk Akdeniz, Yıl. 13, S. 3, 1 Mayıs 1939, s.17–18.
"Yeni Bir Şair", Uludağ, s. 29–30, Eylül-İkinci teşrin 1940, s. 19–20.
"Namık Kemal ve Gençlik – Doğumunun Yüzüncü Yıl Dönümü Münasebetile", Uludağ, s. 32, Şubat 1941, s. 31–32.
"Yeni Bir Şair: Hâmî", Ülkü, s. 93, İkinci teşrin (Kasım), 1940, s. 270.
Hayri Ataş. Səlim Rəfiq Rəfioğlunun ədəbi-elmi irsi, Filologiya üsrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya, Bakı: 2016, 147 s.
Hayri Ataş. Səlim Rəfiq Rəfioğlunun ədəbi-elmi irsi, Bakı: Nurlar nəşriyyatı, 2018, 183 s.
Attar Aygün. Şimşir Sebahattin. Tarihten Günümüze Türkiye’de Yaşayan Azerbaycan Türkleri, Berikan Yayınları, Ankara, 2013, 265 s.
Özcan Ömər. Səlim Rəfiq Rəfioğlu, Bakı: "Elm və təhsil" nəşriyyatı, 2013, 276 s.
Sultanlı Vagif. Azerbaycan Muhaceret Edebiyatı, (Çev. Enver Uzun), 1. Baskı, Avrupa Yakası Yayınları, İstanbul, 2007, 224 s.
Sultanlı Vaqif. Azərbaycan ədəbi tənqidi (dərs vəsaiti), Təkmilləşdirilmiş III nəşr, Bakı: "Nurlar" nəşriyyatı, 2019, 314 s.
Şimşir Sebahattin. Azerbaycanlıların Türkiyede siyasi ve kültürel faaliyetleri (1920–1991), Ankara: Azerbaycan Kültür Derneği Yayınları, 2000, 256 s[4].