SSRİ-də inzibati-ərazi bölgüsü islahatı (1962–1963)

SSRİ-də inzibati-ərazi bölgüsü islahatıSovet Sosialist Respublikaları İttifaqında 1962–1963-cü illərdə SSRİ Nazirlər Sovetinin Sədri Nikita Xruşşovun təşəbbüsü ilə xalq təsərrüfatının idarə olunması sistemində islahatların tərkib hissəsi kimi həyata keçirilmiş inzibati-ərazi bölgüsü islahatı. İslahat zamanı SSRİ-nin tərkibindəki inzibati vahidlər onlarda sənaye və kənd rayonlarının formalaşması ilə əhəmiyyətli dərəcədə genişlənmişdir. Rayonların ümumi sayı bu dövrdə 3421-dən[1] 1711-ə qədər azalmışdır; bir sıra respublikalarda, diyar və vilayətlərdə sənaye rayonları (122) təşkil edilmişdir. Sovet İttifaqı Kommunist Partiyasının yerli orqanları və zəhmətkeş xalq deputatları sovetləri müvafiq iqtisadi rayonları idarə etmək üçün sənaye və kənd təsərrüfatı orqanlarına bölünmüşdü və beləliklə, partiya və sovet idarəsinin yerli orqanlarının sayı iki dəfə artmışdır. İslahat tez bir zamanda səmərəsizliyini göstərmiş və 1964-cü ilin dekabrında–1965-ci ilin yanvarında məhdudlaşdırılmışdır. Sənaye və kənd rayonları ləğv edilmiş, adi inzibati rayonlar bərpa olunmuşdur.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli Fərmanı ilə respublika tabeliyində olan 50 rayon və 6 şəhər əvəzinə 31 rayon və 7 respublika tabeli şəhər yaradılmışdır. Cəmi 23 rayon ləğv edilmişdir.

Ləğv edilmiş rayonlar (20): Ağcabədi, Əli Bayramlı, Astara, Ağsu, Balakən, Daşkəsən, Cəbrayıl, Dəvəçi, Yevlax, Jdanov, Zərdab, Qax, Qubadlı, Qutqaşen, Mirbəşir, Nuxa, Puşkin, Saatlı, Tovuz, Xaçmaz.

  • Dağlıq Qarabağ Muxtar Vilayəti. 5 rayon və 1 rayon tabeliyində olan şəhər əvəzinə 4 rayon və 1 rayon tabeli şəhər yaradılmışdır. Ləğv edilmiş rayonlar (1): Şuşa.
  • Naxçıvan MSSR. 5 rayon və 1 respublika tabeli şəhərin əvəzinə 3 rayon və 1 respublika tabeli şəhər yardılmışdır. Ləğv edilmiş rayonlar (2): OrdubadŞahbuz.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. СССР: Административно-территориальное деление союзных республик (на 1 янв. 1962 г.) (Изд. 11-е). М.: Известия Советов депутатов трудящихся СССР. Отв. ред.: П. В. Туманов. 1962. 5, 7.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Список районов, упраздненных в связи с укрупнением сельских и образованием промышленных районов (декабрь 1962 – февраль 1963). Доп. к справочнику: СССР. Административно-территориальное деление союзных республик на 1963. М.: Известия. 1964.