Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sakit Qulam oğlu Məmmədov (5 avqust 1958, Neftçala rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2018), professor (2018), YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvü.
Sakit Məmmədov | |
---|---|
Sakit Qulam oğlu Məmmədov | |
Doğum tarixi | 5 avqust 1958 (65 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Uşağı | |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Mükafatları |
[1] |
sakitmammadov.art | |
Vikianbarda əlaqəli mediafayllar |
Sakit Məmmədov 1958-ci il avqust ayının 5-də Neftçala şəhərində anadan olmuşdur. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuş S. Məmmədov 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinə daxil olmuş, 1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirmişdir. Rus və Türk dillərini bilir. Ailəlidir 3 övladı, 3 nəvəsi var. Övladları Nizar Məmmədov, Cəsar Məmmədov və Aynur Məmmədova da rəssamlıq fəalliyəti ilə məşğuldurlar.
Çox maraqlı rəsm manerası və təkrarolunmaz yaradıcılıq texnikasına malik olan Sakit Məmmədov 30 ildən çoxdur ki, bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olmuşdur. O 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir. "Xatirə şəkli", "Oyun", "Məşq", "Falabaxanlar", "Ad günü", "Leninqrad xatirələri", "Yaşasın İstanbul", "Bayram", "Toy", "Metro", "13 nömrəli avtobus', "Həvəskar" və s. kimi əsərlərinin adlarını çəkmək olar.[2] Rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür. Sakit Məmmədov müsahibələrin birində demişdir:
«İnsan dünyaya necə gəlir? Bax əsər də beləcə yaranır. Əgər hər hansı bir rəssam deyirsə ki, mən ağ kətana boyaları yaxmaqla əsər yaratdım, bu fikir gülməlidir. Kompozisiya üçün beyin işləməlidir. İnsanın dünyaya gəlməsi təbii, Allah tərəfindən düşünülmüş bir şeydir. Qulaq yeganə insan orqanıdır ki, ana bətnində ilk olaraq tam formasını alır. Allah bunu məlumatını ötürmək üçün belə yaradıb. Rəssamlıqda da eynən bu cürdür. Kompozisiyada rəssam ilk olaraq nəyi görmək istəyirsə, əvvəlcə onun üzərində işləyir…» |
1983-cü ildən müxtəlif sərgilərdə iştirak edən Sakit Məmmədovun əsərləri dünyanın məşhur qalereyalarında nümayiş olunur. Onların sırasında Puşkin muzeyi, Avropa Parlamenti, Fransanın Opera qalereyası, Türkiyənin Dolmabağça sarayının qalereyaları, İspaniya, Portuqaliya, İtaliya, Roma, Böyük Britaniya, ABŞ və dünyanın digər mötəbər qalereyalarında uğurla nümayiş olunur.
Görkəmli rus tənqidçisi Andrey Bajenov da rəssamın yaratdıqlarından heyrətlənərək, "Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir"- demişdir. Sənət haqqında Sakit Məmmədovun dediklərindən: "Rəssamlıq mənim aləmimdə böyük sənətdir. Məncə, bu sənətlə məşğul olmaq hər insanın işi deyil. Çünki bu, göz qabağında olan sənətdir. Deyərdim, incəsəntin ən çətin sahəsidir ki, tamaşaçı burada həm rəngi, həm obrazı, həm də hissələri görə bilir. Bu sənət insan kimi dünyaya gəlir, ömrünü yaşayır. Mən rəssamlığı qız övladına bənzədirəm. Kimsə rəsmi alıb aparırsa, məni onun taleyi maraqlandırır: o hansı evə düşəcək, onu orda nələr gözləyəcək? Rəssamların çoxuna elə gəlir ki, onlar nə vaxtsa yaşayıblar. Amma demək olmaz ki, yaradıcılıqları filan əsrə aiddir. Rəssam nəyi düşünürsə onu çəkməlidir. Təsəvvür edin, Allah neçə milyon illərdir ki, yer üzünü, insanları yaradıb, amma yenə də axtarışdadır. Axı bütün insanlarda göz, burun, ağız olduğu halda onlar yenə də bir-birinə bənzəmir. Eyni zamanda ümumi oxşarlıqlar var. Qəribə deyilmi? Bəzi rəssamlara elə gəlir ki, artıq hər şey çəkildiyi üçün təzə nə isə yaratmaq mümkün deyil. İntibah dövrünün rəssamlarından tutmuş bu günə kimi çərçivədən çıxmamaq şərtilə insanı olduğu kimi çəkirlər. Ona görə də ən böyük dahilik gündəlik gördüyün obrazlardan böyük bir əsər yaratmaqdır. Əsl sənətə xidmət edən yaradıcı insan üçün zaman anlayışı yoxdur. Sakit Məmmədovun "Günaydın" əsəri Tumblr sosial şəbəkəsində günün fotosu seçilmişdir. [8]
Opalizm[3] akademik rəssam Sakit Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində "gözqamaşdıran", latın dilində "valehedici görünüş", sanskrit dilində "qiymətli daş" kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir ki insanların zövgünü oxşamaqdadır. Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun gənclik illərindən marağına səbəb olub. Daşda olan rəng oyununa onun demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Sakit Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur.
1987-ci ildən günümüzə qədər Sakit Məmmədovun bir sıra ölkələrdə sərgisi olmuşdur. Azərbaycanda, Türkiyədə, Rusiyada, Belorusiyada, İsveçdə, Ukraynada, Almaniyada, Fransada, Avstriyada, İtaliyada, Belçikada, Misirdə, Çində, Avstraliyada, İngiltərədə, Şotlandiyada, Gürcüstanda, Tatarıstan Respubilkasında, Sinqapurda, Portuqaliyada sərgiləri keçirilmişdir.
Sərgilərin xronoloji ardıcıllığı
Sakit Məmmədovun ev muzeyində 170-dən çox əsər nümayiş olunur. Dünyanın tanınmış şəxsiyyətləri həmin muzeydə dəfələrlə olub, şəkillərə böyük qiymət veriblər. Burada həmçinin məşhur müğənni Rilayanın "Saf" adlı mahnısına klip çəkilmişdir.[16]