Saninşan Dağı Milli Parkı


Saninşan Dağı Milli Parkı - Çində yerləşən milli park. 2008-ci ildə Dünya irsi siyahısına düşmüşdür.

Sanqinqşan Dağı Milli Parkı
Tip Təbii
Kriteriya vii
Keçid 1292
Region Asiya və Sakit okean regionu [* 1]
Daxil edilməsi 2008  (32-ci sessiya)

Saqinqşan Dağı Milli Parkı Şanxayın cənubundakı Yianqxi bölgəsində yerləşir. Park qranit təpə və sütunlardan ibarət olan möhtəşəm mənzərələrə sahibdir. Bölgədə bir çox şəlalə, gölsu hövzəsi vardır. Sıx daş kütlələri içində meşə və varlıqları təhlükədə olan nadir bitkilərə rast gəlmək mümkündür. Mənzərə meteoroloji dəyişikliklərə əsasən dəyişməkdədir. Saninşan dağları başlıca 3 zirvədən ibarətdir:

  • Yucinq dağı
  • Yuşuy dağı
  • Yuxua dağı[1]


  1. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-23.