Bu məqalə qaralama halındadır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Babayev Adil Salman oğlu (14 oktyabr 1921, Şuşa, Şuşa qəzası – bilinmir) — Azərbaycanın baş prokuroru (1954–1958).
Adil Babayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 oktyabr 1921 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil |
Adil Salman oğlu 14 oktyabr 1921-ci idə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1939-cu ildə Bakı şəhərinin 1 saylı orta məktəbini bitirdikdən sonra, N.E.Bauman adına Moskva Mexanika-Maşınqayırma İnstitutunun silah-sursat fakültəsinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra Moskva şəhərinin 530 saylı silah-sursat zavodunda usta və planlaşdırıcı vəzifələrində çalışmış, bununla yanaşı partiya və komsomol orqanlarında da müxtəlif vəzifələrdə işləmişdir. 1944-cü ildə Adil Babayev Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1948-ci ildə oranı bitirmişdir. Adil Babayev 30 aprel 1954-cü ildə Azərbaycan SSR Prokuroru vəzifəsinə təyin olunmuş, 8 iyul 1958-ci ilədək həmin vəzifədə işləmişdir. 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.