Splanxnologiya

Splanxnologiya ya Daxili üzvlər sistemi anatomiyanın daxili üzvlər sistemindən bəhs edən şöbəsi. Daxili üzvlər — lat. viscus s. viscera (yun. splanchna) və ya vegetativ həyat üzvləri boyun, döş qəfəsi, qarın boşluğu və çanaqda yerləşən üzvlərə deyilir. Topoqrafiya cəhətcə bu üzvlərə aid olan ürəkqan-damar sistemində, dalaq isə limfa sistemi ilə birlikdə təsvir edilmişdir. Daxili üzvlər üç aparat təşkil edir:

Splanxnologiya
Elm sahəsi → öyrənir
Yarımbölmə → öyrənir
  1. Həzm aparatılat. apparatus digestorius — qəbul olunan qidanı həzm edir, mənimsəyici hala gətirir; qida maddələri olan zülallar, karbohidratlar və yazlar həzm kanalının divarından qana və limfaya sorulur.
  2. Tənəffüs aparatılat. apparatus respiratorius — tənəffüs vəzifəsini görür, burada qazlar mübadiləsi gedir. Ağciyər alveollarında olan havadan oksigen qana əksinə qanda olan karbon qazı alveollara keçir.
  3. Sidik-cinsiyyət aparatılat. apparatus urogenitalis — cinsi və nəsli davam etdirmək, sidik ifraz etmək vəzifəsini görür.
  • Bourgery JM. Traité complet de l’Anatomie de l’Homme. Paris: Delaunay; 1839. Vol. 5 Splanchnology; pp. 169–179.
  • Gray H (1918) Gray’s anatomy. Anatomy of the human body. XI Splanchnology, 2H The Large Intestine 1918.
  • Atlas of Human Anatomy. vols. 1–3. vol. 1, Osteology, Arthrology and Syndesmology, Myology (317 pp.); vol. 2, Splanchnology, Ductless Glands, Heart (229 pp.); and vol. 3, Nervous System, A ngiology, Sense Organs (326 pp.). Ferenc Kiss and Janos Szentágothai. Pergamon, London; Macmillan, New York, ed. 17, 1964. Illus.
  • M. B. DeJarnette. Technic and Practice of Bloodless Surgery. 1939, p. 51
  • Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979