Optik simsiz rabitə

Optik Simsiz Rabitə (ing. Optical wireless communications; abr. OWC) gözlə görünən, infraqırmızı (İQ) və ya ultrabənövşəyi (UV) işıqdan istifadə edilərək signalın ötürüldüyü bir optik kommunikasiya növüdür. Ümumiyyətlə qısa məsafəli ünsiyyətdə istifadə olunur.

Görünən spektrumunda (390-750 nm) fəaliyyət göstərən OWC sistemləri ümumilikdə "görünən işıq rabitəsi" (Visible Light Communication - VLC) adlanır. VLC sistemləri, işıq çıxışı və insan gözünə təsir göstərmədən çox yüksək sürətlə impuls yaya bilən işıq diodlarından (LED) istifadə edir. VLC simsiz lokal şəbəkələrdə, simsiz fərdi lokal şəbəkələrdənəqliyyat şəbəkələri də daxil olmaqla geniş formada istifadə oluna bilər.[1] Digər tərəfdən, boş yer optik (Free Space Optical) sistemləri kimi tanınan yerüstü və nöqtədən nöqtəyə optik simsiz rabitə sistemləri [2] yaxın IR tezliklərində (750-1600 nm) işləyir. Bu sistemlər adətən lazer ötürücülərindən istifadə edir və yüksək məlumat sürəti ilə, yəni hər dalğa uzunluğu üçün 10 Gbit/s olmaqla qənaətli və protokol-şəffaf (protocol-transparent) əlaqəsini istifadə edir. Əgər məlumat axını tıxansa (backhaul) geri çəkilmə üçün potensial həll yolu təqdim edir. "Günəşdən kor ultrabənövşəyi spektr"ində (Solar-blind technology) (200-280 nm) işləyən bərk cisimli optik mənbələr və detektorlardakı son irəliləyişlər nəticəsində ultrabənövşəyi rabitəyə maraq da artmışdır. Bu dərin ultrabənövşəyi diapazonunda, günəş radiasiyası yer səviyyəsində azdır. Dərin UV diapazonunda Günəş işığı Yerə çox təsir göstərmir. Bu geniş sahə qəbulediciləri ilə foton sayan detektorlar yaratmağa imkan verir. Bu detektorlar fon səsini minimuma endirir və daha çox enerji tuta bilir. Bu texnologiya simsiz sensorlar və xüsusi şəbəkələr kimi aşağı güclü qısa mənzilli UVC proqramlarında olduğu kimi, birbaşa görmə xəttinin tələb olunmadığı açıq hava qurğuları üçün xüsusilə əlverişlidir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. M. Uysal and H. Nouri, "Optical Wireless Communications – An Emerging Technology", 16th International Conference on Transparent Optical Networks (ICTON), Graz, Austria, July 2014
  2. Ali Khalighi, Mohammad; Uysal, Murat. "Survey on Free Space Optical Communication: A Communication Theory Perspective". IEEE Communications Surveys & Tutorials. 16 (4). 2014: 2231–2258. doi:10.1109/COMST.2014.2329501.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]