Sinqapur himni

Majulah Singapura (malay dilindən tərcümədə: İrəli, Sinqapur) — Sinqapurun dövlət himni.

Majulah Singapura
İrəli, Sinqapur

Sinqapur rəsmi himni
Bəstəkar Zubir Said, 1958
Sözlərin müəllifi Zubir Said, 1958
Təsdiqi 1965
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinqapurun dövlət himni ölkə bayrağıgerbi ilə birlikdə millətin mədəni individuallığını ifadə edir.

Himn Sinqapurun milli və dörd rəsmi dilindən biri olan malay dilində oxunur.

Himnin musiqisi və sözləri 1956-1957-ci illərdə - ölkədə millətçiliyin geniş vüsət aldığı bir dövrdə bəstələnmiş və yazılmışdır.

Himnin bəstəkarı və sözlərinin müəllifi Zubir Səid "Majulah Singapura" (İrəli, Sinqapur) şüarını əsas götürmüşdür. 1965-ci ildə Sinqapur müstəqilliyini elan edəndən sonra bu himn dövlət himni statusu almışdır.

Himnin sözləri

[redaktə | mənbəni redaktə et]

Majulah Singapura

Mari kita rakyat Singapura
Sama-sama menuju bahagia
Cita-cita kita yang mulia
Berjaya Singapura
Marilah kita bersatu
Dengan semangat yang baru
Semua kita berseru
Majulah Singapura
Majulah Singapura

Azərbaycan dilinə tərcüməsi

[redaktə | mənbəni redaktə et]

İrəli, Sinqapur

Biz, Sinqapur xalqı,
Birlikdə xoşbəxtliyə doğru gedirik.
Bizim nəcib arzumuzdur -
Sinqapuru uğura qovuşdurmaq.
Gəlin birləşək
Yeni mənəvi əsasda
Və birlikdə deyək:
İrəli, Sinqapur!
İrəli, Sinqapur!

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]