Siseron (türk. Çiçero) — 2019-cu ildə çəkilmiş Türkiyə bioqrafik dram filmi. Sərdar Akarın rejissorluğu, Gurxan Tanyaşın ssenaristliyi və Mustafa Uslunun prodüserliyi ilə "Dijital Sanatlar Yapımevi" tərəfindən çəkilən filmin baş rollarında Ərdal Beşikçioğlu, Burcu Biricik, Ərtan Saban, Tamer Levent və Cəm Qurdoğlu var. Film İkinci Dünya müharibəsi başlamazdan əvvəl Nasist Almaniyası üçün casusluq edən "Siseron" ləqəbli alban casus İlyas Baznanın həyatından bəhs edir.[2]
Siseron | |
---|---|
türk. Çiçero | |
| |
Janr | Bioqrafik dram |
Rejissor | Sərdar Akar |
Prodüser | Mustafa Uslu |
Əsərin müəllifi | Piter Steyqer |
Ssenari müəllifi | Gurxan Tanyaş |
Baş rollarda |
Ərdal Beşikçioğlu Burcu Biricik Ərtan Saban Tamer Levent Cəm Qurdoğlu |
Operator | Mustafa Preşeva |
Bəstəkar | Fahir Atakoğlu |
Rəssam | Soydan Kuş |
İstehsalçı | Dijital Sanatlar Yapımevi |
İlk baxış tarixi | 5 yanvar 2019 (Türkiyə) |
Büdcə | 20.000.000 ₺[1] |
Ölkə | Türkiyə |
Dillər |
Türk dili İngilis dili Alman dili |
İl | 2019 |
Rəng | Rəngli |
IMDb | ID8385420 |
Filmin premyerasının 5 yanvar 2019-cu ildə keçirilmişdir.[3]
Film 1940-cı illərdə Türkiyədə yaşayan və Böyük Britaniya səfirliyində xidmətçilik edən, həmçinin səfirlikdən əldə etdiyi gizli sənədləri pul qarşılığında Nasist Almaniyasına verən İlyas Baznanın həyatından bəhs edir.[4]
28 mart 2018-ci ildə İstanbul şəhərində keçirilən mətbuat konfransında "Dijital Sanatlar Yapımevi"nin sədri Mustafa Uslu İlyas Baznanın həyatından bəhs edən bir film çəkdiklərini açıqlamışdır. Filmin rejissorluğunu Sərdar Akarın, ssenaristliyini Əli Can Yaraşın etdiyini bildirən Uslu "ilk dəfə bir türk filmində Çörçill, Hitler, Stalinlə Ruzvelt və İsmət İnönü bir yerdə olacaq" demişdir.[5] Əlavə olaraq, Uslu Nasist Almaniyasının T-4 öldürmə proqramının "ilk dəfə bir kinoteatr filmində təsvir ediləcəyini" demişdir.[6] "Ayla" filminin də prodüserliyini etmiş Uslu keçirilən mətbuat konfransında "filmin dünyada Ayladan daha çox mükafat görəcəyini" iddia etmişdir.[5] O, daha sonra filmin kinematoqrafı "Ayla" filmində birlikdə işlədiyi Jan-Pol Seresinin, rəssamının Yavuz Fazlıoğlunun, bəstəkarının isə Fahir Atakoğlunun olacağını açıqlamışdır.[7]
2018-ci ilin mart ayında İlyas Bazna rolunu Ərdal Beşikçioğlunun canlandıracağı və filmin aktyor heyətinin ümumi olaraq, xarici aktyorlardan ibarət olacağı açıqlanmışdır. Verilən açıqlamada Türkiyədən kənarda yaşayan aktyorlar ilə danışıqların hələ də davam etdiyi və bu aktyorlar arasında İtaliya aktrisası Monika Belluççinin olduğu bildirilmişdir.[8]
2018-ci ilin mart ayında keçirilən mətbuat konfransında filmin rejissoru olan Sərdar Akar çəkilişləri Berlin, Macarıstan, İstanbul və Ankarada reallaşacağını və təxminən səkkiz həftə davam edəcəyini açıqlamışdır.[7] Filmin ümumi çəkilişlərinə 2018-ci ilin iyun ayının ikinci həftəsində start verilmiş, 31 iyul 2018-ci ildə isə sona çatmışdır.[9]
28 mart 2018-ci ildə İstanbul şəhərinin Əyyubsultanda yerləşən "Mələk" kinoteatrında gerçəkləşən təqdimat konfransında filmin premyerasının 9 yanvar 2019-cu ildə keçirilməsinin planlaşdırıldığı açıqlanmışdır.[5] Həmin təqdimat konfransında film ilk treyleri nümayiş etdirilmişdir.[10]