Çon Soyon 26 avqust 1998-ci ildə SeulunQannam rayonunda doğulmuşdur.[1][2] Kuryon ibtidai məktəbinə qatılmış və baletlə məşğul olaraq mükafatlar qazanmışdır. "BigBang" qrupundan təsirlənərək musiqiçi olmağa qərar vermişdir.[3] 2017-ci ildə Çunan Universitetindən məzun olmuşdur.[4]
Soyon 2016-cı ilin fevralında "Cube Entertainment"in nümayəndəsi kimi "Produce 101" şousuna qatılmışdır.[5] O, şou boyunca iddialı çıxışı ilə yadda qalmış, lakin layihənin qalib "I.O.I" qrupuna qatılmağa haqq qazana bilməmişdir.[6] 5 noyabr 2017-ci ildə öz yazdığı "Jelly" və "Idle Song" mahnıları ilə debüt etmişdir.[7][8]
11 noyabr 2018-ci ildə "Cube Entertainment" tərəfindən yaradılmış yeni qız qrupu olan "(G)I-dle" qrupunun repçisi və lideri olacağı açıqlanmışdır.[9][10][11] O, qrupun debüt mahnısı olan "Latata" mahnısının sözləri yazmışdır. Qrupun "I Am" debüt minialbomundakı 5 mahnının yazılmasında iştirak etmişdir.[12] Həmin il "Riot Games" Soyon və qrupun digər digər üzvü Miyona müraciət edərək "League of Legends" oyunu üçün "K/DA" virtual qrupunda iştirak etməyə dəvət etmişdirlər.[13] "K/DA" 3 noyabr 2018-ci ildə "Pop/Stars" mahnısı ilə debüt etmişdir. Soyon qrupda Akali personajını canlandırmışdır.[14] O, 2019-cu ildə yaradılmış ikinci "League of Legends" virtual qrupu olan "True Damage" qrupunda Akalini ikinci dəfə ifa etmişdir. Qrupun debüt mahnısı "Giants" 10 noyabr 2019-cu ildə buraxılmışdır.[15][16]
2020-ci ilin avqustunda "(G)I-dle"ın ilk yay mahnısı olan "Dumdi Dumdi"ni bəstələmişdir.[17] 27 avqust 2020-ci ildə "K/DA"nın "The Baddest" və "More" mahnılarında Akalini canlandırmışdır.[18] 2021-ci ilin fevralında "(G)I-dle" tərəfindən buraxılmış "I Burn" minialbomundakı 6 mahnının 4-nü yazmışdır.[19] 5 iyul 2021-ci ildə ilk solo minialbomu olan "Windy" buraxılmışdır.[20] 13 iyul 2021-ci ildə SBS MTV-nin "The Show" verilişində ilk musiqi verilişi mükafatını qazanmışdır.[21][22]
Soyon mahnıları üçün cizgi filmlərdən, kitablardan və seriallardan təsirlənmişdir.[23]"Idle Song" mahnısını "Süngər Bob Kvadrat Şalvar" cizgi serialının əsas musiqisindən təsirlənərək yaratmışdır.[24]"Senorita" mahnısını 2017-ci ildə buraxılmış "Despacito" mahnısından təsirlənərək yazmışdır.[25]"Lion" mahnısını qrupun Yaponiyadakı debütü zamanı "Kral Aslan" filmi izlədikdən sonra yazmağa qərar vermişdir.[26]"Dumdi Dumdi" mahnısı "Heyvanlar diyarı" animasiyasından təsirlənərək yazılmışdır.[27]"Tomboy" mahnısını Kruella De Vil personajından təsirlənərək yazmışdır.[28]"I Trust" minialbomunun konsepsiyası üçün "KonoSuba" animesindən təsirləndiyini açıqlamışdır.[29][30]
Bir çox Cənubi koreya sənətçisi Soyonun yaracılığından təsirlənmişdir. "Purple Kiss" qrupundan Yuki[31] və "H1-Key" qrupundan Hviso Soyondan təsirləndiklərini açıqlamışdır.[32]
↑Ahn Eun Jae. '컬투쇼' 에릭남X(여자)아이들이 선보인 #신곡 #반전매력 #댄싱머신[종합] ['Cultwo Show' Eric Nam X (G)I-dle #New Song #Reverse Charm #Dancing Machine [Comprehensive]]. Sports Seoul. August 6, 2020. December 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 6, 2020.
↑Lee, Ha-na. [종합]'나혼산' 전소연, 멍소연↔만능돌 대반전 최고의 1분 [(G)I-DLE Soyeon "Album name → music video and nail design plan" Heavenly Artist (Nahonsan)]. Newsen. May 14, 2022. October 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2022.
↑'1theK Role Model Cover VS'"롤모델인 신인여돌 퍼플키스 유키 커버" ['1theK Role Model Cover VS' "PURPLE KISS Yuki - I Can't Stop Me (TWICE) / Dollar ($$) ((G)I-DLE)... Role model (rap)=(G)I-dle Jeon So-yeon"]. Aertenus. April 6, 2021. February 27, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 17, 2023.
↑Kang, Da-yun. '하이키 합류' 휘서 "데뷔 무산 경험 多, 꿈 이뤄 행복...롤모델=(여자)아이들 전소연" ['Joining High-Key' Hwi-seo "Many experiences of failed debuts, happy dreams come true... Role model=(G)I-dle Jeon So-yeon"]. My Daily. June 14, 2022. June 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 17, 2022.