Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sultan Məmməd oğlu Şaylikov (1898, Alxaslı, Zəngəzur qəzası – 24 mart 1967, Bakı) — Azərbaycanın SSR-nin Sosial-iqtisadi həyatının fəal iştirakçısı, Ağdam, Laçın, Şamaxı Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri.
Sultan Şalikov | |
---|---|
Sultan Məmməd oğlu Şaylikov | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 24 mart 1967 |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
İxtisası | ictimai-siyasi xadim |
Fəaliyyəti | Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri |
Atası | Məmməd Şaylikov |
Uşağı | 2 |
Şaylikov Sultan Məmməd oğlu 1898-ci ildə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının (indiki Laçın rayonu) Alxaslı kəndində anadan olmuşdur.
1905-ci ildə Minkənd kənd orta məktəbinə daxil olmuş və ilk təhsilini orada almışdır.
1914–1919-cu illərdə Bakı şəhər Molotov adına Mexaniki zavodda fəhlə işləmişdir.
1919–1920-ci illərdə isə Bakı şəhər Hərbi Məktəbində hərbi təhsil almışdır.
1920-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul olunmuşdur.
1920–1921-ci illərdə hərbi-siyasi işci kimi Şimali İranda hərbi xidmət göstərmişdir.
1920–1923-cü illərdə Bakı şəhər hərbi komissarı vəzifəsində işləmişdir.
1924-cü ildən 1935-ci ilədək Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
1923–1924-cü illərdə Laçın Qəza İcraiyyə Komitəsinin sədr müavini işləmişdir. Orada işləyərkən Laçın rayonunun bərpası, kəndlərinin abadlaşdırılmasında yaxından iştirak etmiş və 18 kənddə orta məktəb tikdirərək , yerli əhalinin maariflənməsində böyük rol oynamışdır .
1924–1926-cı illərdə Ağdam Qəza İcraiyyə Komitəsinin sədr müavini işləmişdir . Həmin illərdə Hüsü Hacıyev İcraiyyə Komitəsinin sədri olmuşdur.
1926–1927-ci illərdə Şamaxı şəhər Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. 1927–1929-cu illərdə Bakı şəhəri Su Təchizatı İdarəsində şöbə rəisinin müavini vəzifəsində işləmişdir.
1929–1930-cu illərdə Quba şəhəri Dairə İcraiyyə Komitəsinin sədr müavini işləmişdir.
1930–1932-ci illərdə Laçın rayonu İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir.1932–1933-cü illərdə Mingəçevir şəhəri "28 Aprel" sovxozunun direktoru olmuşdur.1934–1935-ci illərdə Alma-Ata şəhərində İcraiyyə Komitəsinin sədr müavini , 1935–1938-ci illərdə elə həmin şəhərdə İctimai Təminat Komissarlığının sədr müavini işləmişdir. 1938–1946-cı illərdə bir çox azərbaycan ziyalıları kimi o da represiya qurbanı olaraq , siyasi dustaq kimi Sibirə sürgün edilmişdir. Məhbus cəzasını çəkərək, 8 ildən sonra vətənə qayıtmış və 1946–1949-cu illərdə Laçın şəhərində Pedeqoji Texnikomunda Rus dili müəllimi işləmişdir. Elə həmin illərdə də Bakıda Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunda ali təhsilini davam etmişdir. Lakin 1949-cu ildə yenidən siyasi dustaq kimi Qazaxıstan Cambul vilayəti, Çuysk rayonun Novotroisk kəndinə ömürlük sürgün edilmiş və həmin kənddə 1955-ci ilə qədər orta məktəbdə rus dili müəllimi işləmişdir. 1955-ci ildə bəraət qazanaraq, vətənə qayıtmışdır. 1956-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri, həmin ilin iyun ayında 1967-ci ilin mart ayına qədər "Kür-Araz Su Tikinti" idarəsində rəis müavini vəzifəsində işləmişdir. Bütün həyatını xalqının maariflənməsinə, firavanlığına sərf etmişdir.
Azərbaycan, fars, rus və qazax dillərini mükəmməl bilirdi.
1967-ci ilin martın 24-də Bakı şəhərində vəfat etmişdir.