Yaqub Cəlal oğlu Məmmədov (1938, Qızılağac, Göyçay rayonu – 16 mart 1986) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibi (1981–1986), Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1977–1981).
Yaqub Məmmədov | |
---|---|
oktyabr 1981 – 16 mart 1986 | |
Əvvəlki | Əhəd Kərimov |
Sonrakı | Xanlar Məmmədov |
1977 – 1981 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 16 mart 1986 |
Partiya |
|
Təhsili | |
|
|
Təltifləri |
Yaqub Cəlal oğlu Məmmədov 1938-ci ildə Göyçay rayonunun Qızılağac kəndində müəllim ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə rayondakı "Bolqarıstan" kolxozunda kolxozçu kimi başlamışdır. Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra beş il müəllim işləmiş və Qızılağac kənd orta məktəbinin direktoru olmuşdur.[1]
1972-ci ildə Yaqub Məmmədov partiya işinə irəli çəkilmiş və Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin təlimatçısı, şöbə müdiri, sonra isə katibi olmuşdur. 1977-ci ildən Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləmiş, paralel olaraq Bakı Ali Partiya Məktəbinin qiyabi şöbəsini bitirmişdir. 1981-ci ilin oktyabr ayında Azərbaycan KP Laçın Rayon Komitəsinin birinci katibi seçilmiş və həyatının sonunadək bu vəzifədə çalışmışdır.[1]
Yaqub Məmmədov 1963-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ali Sovetin Mandat komissiyasının üzvü olmuşdur.[2] Azərbaycan Kommunist Partiyasının XXXI qurultayında Azərbaycan KP Təftiş Komissiyasının üzvü seçilmişdir. "Qırmızı əmək bayrağı" ordeni və iki "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.[1]
Yaqub Məmmədov uzun sürən ağır xəstəlikdən sonra 1986-cı il martın 16-da 48 yaşında vəfat etmişdir.[1]