1991–1999-cu illər – Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişdir.
1999–2006-cı illər – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1-ci katib və müşavir vəzifələrində çalışmışdır.
1999-cu il – ATƏT-in Kosovodakı müşahidə missiyasında çalışmışdır.
2001–2006-cı illər – Azərbaycan Respublikasının Fransadakı səfirliyində fəaliyyət göstərmişdir.
2010–2022-ci illər – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışmışdır.
2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayınadək – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin tərəfindən yaradılmış Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarını araşdıran monitorinq qrupun rəhbəri olmuşdur.
28 mart 2023-cü ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdir.[1][2]
14 mart 2024-cü ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Məsim Məmmədov Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olunumuşdur.
Qeyd 2: Laçın rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. Qeyd 3: Laçın rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsi 28 mart 2023-cü il tarixində təsis edilmişdir.
Azərbaycan Prezidentinin xüsusi və ya səlahiyyətli nümayəndələri