Tünd qırmızı talış uzunbığı (lat. Purpuricenus Talyshensis) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid növ. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Azərbaycanın endemik canlısıdır.[1]
Tünd qırmızı talış uzunbığı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: ???: Tünd qırmızı talış uzunbığı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Bədənin uzunluğu 12,5–17 sm-dir. Rəngi qaradır. Qanadüstlükləri açıq-qırmızı və ya çəhrayımtıl-sarı rəngdə olub hər birinin üzərində 3 iri qara ləkə vardır. Qanadüstlüklərin əsasında nisbətən kiçik qara ləkə, orta hissəsində iri və qismən oval, zirvədə isə ən kiçik qara ləkə vardır. Ön döş açıq –qırmızı rəngdə olub əsasda qalın qara ləkə ilə əhatələnmişdir, öndə iki qara nöqtəlidir. Bığcıqları 11 buğumludur.[2]
İran, Azərbaycanın cənub-şərqində. Azərbaycanın (Talış dağları)
Dağ, dağətəyi və ovalıq sahələrin palıd meşələri. Böcəklərə may və iyun aylarında təsadüf edilir. Zəifləmiş, tələf olan və xəstə palıd ağaclarının oduncağında yaşayır. Növün biologiyası ətraflı öyrənilməmişdir.
1936-cı ildə A.V.Boqaçev tərəfindən Lənkəranın Alekseyevka kəndində 2 fərd tutulmuşdur (AMEA zoologiya institutunun kolleksiya fondunda saxlanılır). Son illərdə qeydə alınmamışdır.[3]
Hirkan Milli Parkına daxil olmayan ərazilərdə palıd ağaclarının kəsilməsi. Bu ərazilərdə kolleksiyaçılar tərəfindən ticarət məqsədilə tutulması da böcəyin sayına mənfi təsir edir.
Hirkan Milli Parkında qorunur.
Böcəyin yaşadığı ərazilərdə meşə təsərrüfatı tədbirlərini nizamlamaq, qurumaqda olan və ya qurumuş palıd ağaclarının kəsilməsini qadağan etmək, onun sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yaşayış ərazilərinə monitorinqlər təşkil edilməlidir.