Fevral inqilabı Rusiyada yeni hökumətin təşkili ilə nəticələndi. Rusiyanın bütün demokratik siyasi qüvvələrinin fikrincə, ölkənin gələcək müqəddəratı seçkilər vasitəsilə təşkil ediləcək. Müəssislər Məclisində həll olunacağından bu məclisin cağrılmasına qədər bütün səlahiyyətlər həmin yeni hökumətə verilirdi. Öz növbəsində bu hökumətin səlahiyyətləri yalnız Müəssislər Məclisinin cağrılmasına qədər davam edəcəyindən o, Müvəqqəti hökumət adlanırdı. Lakin əslində Müvəqqəti hökumət heç də bu dövrdə tam səlahiyyətlərə malik deyildi. Onunla paralel olaraq seçkili orqan kimi fəhlə, əsgər və kəndli deputatları sovetləri fəaliyyət göstərirdilər. Əksər siyasi partiyaların təmsil olunduğu həmin sovetlər böyük şəhərlərdə xeyli nüfuza malik olduqlarına görə Müvəqqəti hökumətin real rəqibinə çevrilmişdilər.
Sovetlərlə Müvəqqəti hökumət arasında hakimiyyət səlahiyyətlərinin paylaşdırılmaması cəmiyyətdə qeyri-müəyyənlik yaradırdı. Nəticədə onlardan hansının daha çox legitim olması da son dərəcə mübahisəli bir məsələyə çevrilirdi. Bu da Rusiya imperiyasının mərkəzində ikihakimiyyətliliyin meydana çıxmasına gətirib çıxarırdı.
Mərkəzdə yaranmış bu vəziyyət həmçinin türk regionlarındakı siyasi duruma da öz təsirini göstərirdi. Bununla yanaşı inqilabdan sonra həmin bölgələrdə yaranmış şəraitlə mərkəzdəki vəziyyət arasında bir sıra prinsipial əhəmiyyətli fərqlər də mövcud idi. Milli məsələ ucqarlardakı siyasi qütbləşmənin təməlində dayanan əsas amillərdən birinə çevrilmişdi.
Türk bölgələrinin müsəlman əhalisi istər Müvəqqəti hökumətin yerlərdəki orqanlarında, istərsə də burada formalaşmış sovetlərdə çox az təmsil olunmuşdular. Digər tərəfdən, inqilabdan dərhal sonra türk xalqlarının özlərinin təşkilatlanması prosesi geniş vüsət almışdı. Bir müddət sonra isə yeni yaranmış müsəlman ictimai təşkilatlarının mərkəzləşdirilməsi prosesi başlanmışdı. Nəticədə həmin mərkəzləşdirilmiş təşkilatlar tezliklə bu bölgələrin mühüm siyasi amilinə çevrilmişdilər. Yerli türk xalqlarının böyük əksəriyyətlə məhz bu ictimai təşkilatları dəstəkləməsi ona gətirib çıxarmışdı ki, yerlərdə mərkəzdəki ikihakimiyyətlilikdən fərqli olaraq üçhakimiyyətlilik mövcud idi. Bu təşkilatlar heç bir rəsmi səlahiyyətlərə malik olmasalar da, bir çox hallarda ictimai-siyasi hadisələrdə daha mühüm rol oynayırdılar. Təsadüfi deyildir ki, inqilabın ilk dövrlərində istər sovetlər, istərsə də Müvəqqəti hökumətin yerli orqanları arasındakı hakimiyyət mübarizəsində hər biri müsəlman ictimai təşkilatlarını öz tərəflərinə çəkmək istəyirdilər. Lakin müəyyən müddətdən sonra, xüsusən də yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdə müsəlman ictimai təşkilatlarının demək olar ki, bütün türk-müsəlman bölgələrində qələbə qazanması mərkəzdə bir-birinə qarşı az qala müharibə elan edən sovetlərlə Müvəqqəti hökumət orqanlarının müsəlman ictimai təşkilatlarına qarşı əlbir fəaliyyət göstərməsinə gətirib çıxarmışdı. Bunun səbəbi isə rus siyasi qüvvələri tərəfindən imperiyanın mənafeyinin bütün digər siyasi məqsədlərdən üstün tutulması idi. İmperiya mənafeləri Rusiyanın hətta bir-birinə düşmən münasibət bəsləyən qüvvələrin ümumi imperiya mənafeyi ətrafında birləşməsinə səbəb olurdu.
1917-ci ilin fevralından sonra Rusiya imperiyası ərazisində yaşayan türk xalqlarının milli hüquqları uğrunda mübarizəsi hələ XIX əsrin sonlarından etibarən formalaşmağa başlamış milli hərəkatın leqal davamı idi. Nəzəri cəhətdən ittihadi-islam, ittihadi-türk ideyalarının təsiri altında formalaşmış milli hərəkat və onun nəzəri cəhətdən yetkinləşmiş siyasi liderləri üçün yaranmış şəraitdə minimum siyasi tələblər proqramını hazırlamaq çox da çətin məsələ deyildi. Bu tələblər ətrafında hələ XIX əsrin sonlarından müzakirələr keçirilirdi. 1905-1907-ci illər ilk rus inqilabı dövründə Rusiya müsəlmanlarının bir neçə qurultayı keçirilmiş və bu tələblər siyasi platforma kimi aparıcı müsəlman ictimai xadimlərinin fəaliyyət proqramına çevrilmişdi.
Cüzi sapmalar nəzərə alınmazsa ümumrusiya məkanında bütün türk-müsəl man xalqlarının əsas siyasi tələbləri üst-üstə düşürdü. Onlar Rusiyanın gələcək üsul-idarəsinin federativ-demokratik respublika olmasını və bu federasiyada müsəlmanların muxtariyyət hüququnun tanınmasını tələb edirdilər. Lakin eyni zamanda muxtariyyət məsələsinə münasəbətdə müəyyən fikir ayrılığı da mövcud idi ki, bu da öz həllini 1917-ci ilin may ayında Moskvada keciriləcək Umumrusiya müsəlmanları qurultayında tapmalı idi. Lakin bu qurultaya qədər türklərin yerlərdə regional qurultayları keçirilmiş və orada atilacaq ilkin addımlar müzakirə edilib qərarlaşdırılmışdı. Həmin məclislərdə qəbul olunmuş qərarlarda bir sıra ümumi cəhətlər var idi. Bütün regionlarda ilkin vəzifə olaraq türklərin yerli özünüidarə orqanlarında iştirakının təmin edilməsi və Müəssislər Məclisinə keçiriləcək seçkilərə hazırlıq tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulurdu.
Bu dövrdə Rusiya imperiyası ərazisində yaşayan türk xalqlarının ictimai-siyasi həyatında digər bir ümumi cəhət ondan ibarət idi ki, bütün bölgələrdə ictimai hərəkat üç əsas istiqamətə şaxələnmişdi. Bunlar: islamçılıq, liberal-demokrat (bir sıra hallarda milliyyətçi) və sosial-demokrat cərəyanları idi. İctimai hərəkatda ümumən liberal-demokrat və islamçılıq cərəyanları arasında, xüsusən də öz müqəddəratını təyin etmə məsələsinə münasibətdə antoqonist ziddiyyətlər olmamışdır. (Bununla belə bir sıra hallarda Azərbaycanda və Dağıstanda məhz bu iki cərəyan arasında rəqabətin ictimai-siyasi həyatın aparıcı amilinə çevrildiyi dövrlər də olmuşdu). Sosialist cərəyanı isə, demək olar ki, bütün türk bölgələrində təmsil olunsa da, sovet tarixşünaslığının bütün iddialarına baxmayaraq, yerli əhali arasında ona meyl zəif idi. Sosialist təşkılatları öz fəaliyyətlərində əsasən bu bölgələr də yaşayan qeyri-müsəlman əhaliyə arxalanırdı. Məhz buna görə də, sosialistlər, xüsusən də bolşeviklər bu bölgələrdə hakimiyyət uğrunda mübarəzədə milli ədavətin qızışdırılmasından bir vasitə kimi istifadə etmişlər. Lakin yerli əhalini təmsil edən ziyalıların az bir qismi sosialist hərəkatına rəğbət bəsləyərək bu hərəkatda iştirak etmişdir.
Rusiya imperiyası ərazisində yaşayan türk xalqlarının milli-azadlıq hərəkatın da ümumi cəhətlərlə yanaşı hər bir konkret bölgədə baş verən hadisələrin özünə məxsus xüsusiyyətləri də olmuşdur.
Krım. 1917-ci ilin Fevral inqilabından dərhal sonra Krımda hakimiyyət general-qubernator Ebelov tərəfindən Müvəqqəti hökumətin təyin etdiyi səlahiyyətli nümayəndəliyə verildi. Burada tatarların inqilabdan sonra yaratdıqları ilk milli təşkilat olan Müsəlman Komitəsi 1917-ci il martın 15-də Ağməsciddə (Simferepol) Krım müsəlmanlarının I qurultayını keçirdi. Qurultay yaranmış şəraitdə Krımın müsəlman əhalisinin qarşısında duran vəzifələri müzakirə edərək 50 nəfərdən ibarət “Krım Müsəlmanlarının Mərkəzi İcraiyyə Komitəsi” adlanan qurumu yaratdı. İcraiyyə Komitəsinin ilk iclasında S.D.Xəttatov onun sədri seçildi. Bu quruma ilk növbədə müsəlmanların yerli özünüidarə orqanlarına və Rusiya Müəssislər Məclisinə seçkilərə hazırlığının təmin edilməsi həvalə olundu. Qurultay Krımın milli-ərazi muxtariyyətinin əldə olunmasını Krım tatarlarının əsas siyasi məqsədi elan etdi. Krımın müsəlman əhalisindən fərqli olaraq gəlmələr qəti şəkildə muxtariyyət tələbinin əleyhinə idilər. Nəticədə, tatarlarla qeyri-müsəlman əhali arasinda ciddi fikir ayrılığı yarandı.
Krım müftisi Qıpçaqski vəzifəsindən uzaqlaşdırıldı. Dini idarəyə rəhbərlik Numan Çələbi Cihana həvalə olundu. May ayında o, Krım müsəlmanlarının müftisi seçildi. Cəfər Seyidəhməd Vəqf komissiyasına sədr seçildi. Müsəlman İcraiyyə Komitəsinin ilk qərarı milli təhsilin, ikincisi isə müsəlman hərbi hissələrinin təşkili haqqında oldu. Təhsil haqqında qərara əsasən türk dili yerli məktəblərdə tədris dili kimi təsdiq olundu.
Bundan başqa, vaxtilə müsəlman əhalidən müsadirə olunmuş vəqf torpaqlarının geri qaytarılması tələbi Krım müsəlmanlarının I qurultayında xüsusi müzakirə olundu və Vəqf torpaqları tatar xalqının mülkiyyəti elan olundu. Müsəlman İctimai Komitəsi vəqf torpaqlarının ya geri qaytarılmasını, yaxud da onlardan yığılan gəlirlərin tatar əhali ilə bölüşdürülməsini tələb edirdi.
Qurultayın qərarlarının təsiri altında Krımın ayrı-ayrı yerlərində müsəlmanların təşkilatlanması prosesi geniş vüsət aldı. Simferopol, Yevpatoriya, Baxçasaray, Perekop və Kozlovsk şəhərlərində tatarların milli komitələri təşkil olundu. Həmçinin siyasi partiyaların yaranması prosesi də gedirdi ki, bunların ən nüfuzlusu 1917-ci ilin iyulunda təşkil olunmuş “Milli firqə” idi.
Krım tatarlarının getdikcə güclənən milli-azadlıq hərəkatından qorxuya düşən Müvəqqəti hökumətin yerli orqanları milli hərəkata qarşı repressiv tədbirlərə əl atdılar. I Dünya müharibəsi cəbhələrindən qayıdan, bolşevik təbliğatının təsiri altında nizam-intizamını itirmiş rus hərbi hissələrinin Krımın tatar əhalisinə qarşı soyğunçuluq hallarına gətirib çıxaran açıq-aydın qərəzli mövqeyi vəziyyəti daha da gərginləşdirirdi. Müvəqqəti hökumət orqanları bu halların qarşısını almaq əvəzinə, əksinə vəziyyətdən öz xeyrinə yararlanmağa çalışırdı. Bu isə Müsəlman İcraiyyə Komətəsini təcili tədbirlər görməyə vadar etdi. 1917-ci ilin iyul ayında ilk milli Krım tatar batalyonu təşkil edildi və Krımın tatar əhalisinin tələbi ilə Müvəqqəti hökumət tərəfindən qanuni hissə kimi tanındı. Lakin Krımda kadetlərin nəzarəti altında olan yerli hakimiyyət orqanları hər yolla buna mane olmağa çalışırdılar.
1917-ci il iyulun 24-25-də Krım tatarlarının ictimai təşkilatlarının böyük yığıncağı keçirildi. Məclis Müvəqqəti hökumət qarşısında Krım quberniya komissarı kadet Boqdanovun vəzifəsindən azad edilməsi barədə məsələ qaldırdı. Eyni zamanda Məclis Quberniya İctimai İcraiyyə Komitəsi tərkibinə Krımın hər qəzasından bir nümayəndə olmaqla altı nəfər tatarın daxil edilməsi tələbini irəli sürdü.
Volqaboyu. 1917-ci il mart ayının əvvəllərində Ufada “Müsəlmanlar arasında vətənpərvərlik ideyalarını yayan komitə” adlı təşkilat yaradıldı. Komitə türk-tatar xalqlarının birliyi ideyası ilə cıxış edirdi. Tezliklə bütün Ufa quberniyası ərazisində bu komitənin şöbələri formalaşdı. Komitə yaranmış ikiakimiyyətlilik şəraitində mədəni-milli muxtariyyət şərti ilə Müvəqqəti hökuməti dəstəkləyəcəyini bəyan etdi.
1917-ci il aprelin 14-17-də Ufada bu komitənin təşəbbüsü ilə quberniya müsəlmanlarının I qurultayı keçirildi. Qurultayda əksəriyyəti təşkil edən tatar ziyalılarının təkidi ilə mədəni-milli muxtariyyətin dəstəklənməsi, tatar dilinin yerli dövlət müəssisələrində rəsmi yazışma dili kimi tanınması, həmçinin ibtidai məktəblərdə təhsilin milli dildə aparılması haqqında qərarlar qəbul edildi. Qurultayda eyni zamanda, bölgənin aktual problemlərindən olan torpaq məsələsi də ciddi müzakirə obyekti oldu. Başqırdlar votçina torpaqlarının başqırd kəndlilərinə paylanması və başqırd icmalarının ehtiyat torpaqlarının satışının dayandırılmasını tələb edirdilər. Bu məsələ ilə əlaqədar qurultayın qəbul etdiyi qərarda göstərilirdi ki, bütün udel, monastır, xəzinə, vəqf və mülkədar torpaqları pulsuz olaraq xalqa verilməlidir. Eyni zamanda qeyd olunurdu ki, aqrar məsələ Müəssislər Məclisində həll olunanadək yerlərdə “torpaqların zorakılıqla ələ keçirilməsi halları yolverilməz” sayılmalıdır. Son olaraq qurultayda Quberniya Müsəlman Milli Şurası yaradıldı. Bununla əlaqədar Müsəlmanlar arasında vətənpərvərlik ideyaları yayan komitənin (mart 1917-də yaradılmışdı) işinə xitam verildi.
Bu məclisdə tatar və başqırd ziyalıları arasında hadisələrə münasibətdə, ən əsası isə muxtariyyət məsələsində ciddi fikir ayrılıqlarının olduğu aşkara cıxdı. 1917-ci ilin may ayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında isə bu fikir ayrılıqları başqırd milli hərəkatı ilə tatar milli hərəkatı nümayəndələri arasında ciddi münaqişələrə səbəb oldu. Ümumiyyətlə, tatar milli hərəkatının özü nəməxsus cəhətləri var idi. Ümumrusiya miqyasında müsəlman ictimai həyatının daim önündə getmiş tatarlar indi hadisələrin təbii axarı şəraitində real olaraq bu mövqelərinin itirilməsi təhlükəsi ilə üzləşirdilər. Tatarlar Rusiya imperiyası ərazisində yaşayan digər müsəlman xalqlarla müqayisədə say üstünlüyünə malik idilər. Lakin əsasən imperiyanın köçürmə siyasəti, qismən də tatarların özlərinin bütün imperiya ərazisinə səpələnməsi nəticəsində onların demoqrafik vəziyyəti heç də ürəkaçan deyildi. Bu da tatarları siyasi fəaliyyətlərini müəyyən çərçivədə qurmağa vadar edirdi. Məsələ burasındadır ki, Ümumrusiya miqyasında digər müsəlmam xalqları ilə müqayisədə üstünlüyə malik olsalar da, kompakt olaraq heç bir konkret ərazidə əksəriyyət təşkil etmirdilər, yaxud əksəriyyət təşkil etdikləri ərazinin (məsələn Başqırdıstan) əsas sahibləri deyildilər. Bilavasitə indi Tatarıstan kimi tanıdığımız ərazidə isə, əvvəla, rusların mövqeləri həddən artıq güclü idi; ikincisi, yalnız bu ərazi ilə kifayətlənmək Həştərxanı, Sibiri və ümumiyyətlə, tatarların əksər hissəsini muxtariyyətdən kənarda qoymaq demək olardı. Vaxtilə həmçinin Türküstanın milli oyanışında, maarifçilik hərəkatında fəal iştirak etmiş tatarlar, burada da qazanılmış mövqelərini itirmək istəmirdilər.
Bu nöqteyi-nəzərdən, Kazan Müsəlman İcraiyyə Komitəsinin dərc olunmuş rəsmi platformasına nəzər salmaq yerinə düşərdi. Burada maddələrin birində qeyd edilrdi ki, təşkilat bütün xalqlara, o cümlədən, Mərkəzi Rusiyada yaşayan tatarlara eks-territorial mədəni muxtariyyət verilməsini, həmçinin, müsəlman ərazilərində türk-tatar dilinin rəsmi dil elan olunmasını tələb edir. Platformada həmçinin Sibir və Türküstana ruslarlın köçürülməsinə etiraz bildirilirdi.
Bütün bu səbəblərin təsiri altında tatarlar qəti şəkildə ayrı-ayrı xalqlar üçün milli-ərazi muxtariyyəti ideyasına qarşı çıxırdılar. Onlar Rusiya Müəssislər Məclisi qarşısında müsəlmanlar üçün vahid mədəni muxtariyyət tələbini qaldırmağı təklif edirdilər. Lakin tatarların bu tələbi Rusiya müsəlmanlarının 1917-ci il may qurultayında ciddi fikir ayrılığına səbəb oldu. Nəticədə, Azərbaycan nümayəndələ rinin təklif etdiyi milli-məhəlli muxtariyyət ideyası səs çoxluğu ilə qəbul edildi. Bununla bərabər, tatarlar qurultay nümayəndələrini Mərkəzi Rusiya və Sibir mü səlmanlarına vahid muxtariyyətin verilməsi fikrinin daha məqsədəuyğun olduğuna inandıra bildilər. Lakin belə olan halda qurultayın başqırd nümayəndələri buna etiraz əlaməti olaraq məclisi tərk etdilər. Nəticədə, qurultay işturakçıları bir daha bu məsələyə qayıdaraq onun araşdırılması üçün xüsusi Başqırd Vilayət Bürosunu yaratdılar.
1917-ci ilin iyul ayında Orenburqda Başqırd xalqı ittifaqının Müvəqqəti Bürosu adlanan təşkilat yaradıldı. Sırf milli-məhəlli başqırd muxtariyyətinin bərqərar olmasına çalışacaq bu büroya Ümumrusiya müqyasında Əhməd Zəki Validi Toqan rəhbərlik edirdi. İyul ayının 19-da Orenburqda Başqırd xalqının I qurultayı çağırıldı. Bu məclis özünü Başqırd xalqının ali orqanı elan etdi. Qurul tayda muxtariyyət məsələsi müzakirə olundu və bundan sonra bütün səylərin məhz sırf başqırd muxtariyyətinin yardılması istiqamətində yönəldilməsi qərara alındı. Qurultayın digər bir qərarında başqıdların iqtisadi ehtiyacını ödəmək, təsərrüfatı inkişaf etdirmək məqsədilə ancaq başqırdlardan ibarət volost və rayonlar yaratmaq, kanton üsul-idarəsini bərpa etmək niyyəti bildirdi. Məclis öz işini 13 nəfərdən ibarət Başqırd Mərkəzi Şurasının yardılması ilə başa vurdu. Mərkəzi Şura yerlərdə “tübek-ulus” şuralarını yaratmalı v. qurultayın qərarlarının həyata keçirilməsi işinə rəhbərlik etməli idi.
Başqırdların bu qurultayı ilə yanaşı tatarların təşəbbüsü ilə iyul ayında Ka zanda keçirilən II Ümumrusiya müsəlmanları qurultayı daxili Rusiya, Uralətrafı, Volqaboyu və Sibir müsəlmanlarının mədəni muxtariyyətinin təşkili üçün hazırlıq tədbirləri haqqında qərar qəbul etdi. Buna cavab olaraq 1917-ci il avqust ayının 25-də Ufada cağırılan Başqırd xalqının növbəti qurultayı Başqırdıstanın muxtariyyə tinin yaradılması ideyasından əl çəkməyəcəyini bəyan etdi və son hazırlıq təd birləri haqqında qərar qəbul olundu. Mərkəzi Rusiya müsəlmanlarının müftisi Əl-Birudinin və tatar milli hərəkatının liderlərindən olan S.Maqsudinin qurultay işti rakçılarını vahid müsəlman hərəkatını parçalamamaq adı ilə muxtariyyət fikrindən daşındırmaq cəhdi də nəticə vermədi. Qurultay həmçinin Başqırd Xalqı Mərkəzi Şurasının iş yerinin Orenburqa köçürülməsi haqqında qərar da qəbul etdi. Bu qu rultayın ardınca avqust ayının 28-də tatarlar Ufada Volqaboyu və Sibir müsəl manlarının muxtariyyətini elan etdilər. Milli İdarə yaradıldı və Sədri Maqsudi onun sədri seçildi.
Türküstan. Fevral inqilabından sonra Müvəqqəti hökumətin qərarı ilə kadet Şepkinin sədrliyi altında bu hökumətin Türküstan komitəsi yaradıldı. Müvəqqəti hökumət komissarlığının tərkibinə həmçinin yerli xalqların nümayəndələrindən Ə.Bukeyxanov, general Davletşin, M.Tınışbayev və S.Maqsudu də daxil edildi. Aprel ayında isə Türküstan vilayəti sovetlərinin I qurultayı keçirildi. Burada seçilən Vilayət Soveti əsasən menşevik və eserlərdən təşkil olunduğundan o, Müvəqqəti hökumətin siyasətini dəstəkləyəcəyini bəyan etdi. Bundan bir qədər əvvəl, mart ayında isə, gələcəkdə bölgədə ictimai-siyasi həyatın aparıcı ünsürlə rindən biri olacaq Şurai-İslam təşkilatı yadılmışdı. Təşkilatın mərkəzi şurasına yerli xalqlardan 40 nümayəndə, Volqaboyu müsəlmanlarının 11 nümayəndəsi, 3 qırğız, 2 nəfər Qafqaz müsəlmanlarının nümayəndəsi və 6 rus daxil edilmişdi. Türküstan cədidçilərindən M.Çokayev, Münəvvər Qari Əddürrəşidxanovun, Əbdül Vahid Qarinin və s. təşəbbüsü ilə yaradılmış bu təşkilatlar 1917-ci il aprelin 16-23-də Türküstan müsəlmanlarının I qurultayı keçirildi. Qurultayda təhsil, vəqf tor paqları, müsəlmanların dini idarəsinin yaradılması məsələləri müzakirə olundu. Məclis Türküstan müsəlmanlarının vahid ərazi muxtariyyəti ideyasının həyata keçirilməsi üçün nəzərdə tutulan tədbirlər haqqında da qərarlar qəbul etmişdi. Faktiki olaraq bütün vətənpərvər qüvvələri öz ətrafında birləşdirən Şurai-İslamda Türküstan cədidçilik hərəkatının görkəmli nümayəndələri ortodoks müsəlman ruhaniliyi ilə bir araya gəlmişdilər. Uzun müddət cədidçiliyə qarşı mübarizədə öz köhnə fikirləri ilə istər-istəməz imperiya əlində alətə çevrilmiş bu molla və şeyxlər indi də son dərəcə radikal mövqe nümayiş etdirirdilər. Baxmayaraq ki, milli mə nafe fevral inqilabından sonra yaranmış şəraitdə bu qüvvələri birləşməyə vadar etmişdi, onlar arasında hadisələrə münasibətdə cüddi fikir ayrılıqları mövcud idi. Məhz bu səbəbdən 1917-ci ilin iyul ayında bir qrup din xadimi Şurai-İslamdan ayrılaraq Şurai-Üləma təşkilatını yaratdılar.
Qeyd etmək lazımdır ki, din xadimlərinin Türküstan əhalisi arasında nüfuzu olduqca böyük idi. Buna görə də parcalanma milli hərəkata ciddi zərbə vurmuşdu. Mütərəqqi ideyaların daşıyıcısı olan Şurai-İslam bu ideyaların həyata keçirilməsi üçün xalqın dəstəyinə arxalanmalı idi. Əhali isə böyük əksəriyyəti ilə orta əsr stereotipləri məngənəsində olduğundan və siyasi hazırsızlığı üzündən mütərəqqi fikirləri adətə yad ünsür hesab edirdi. Nəticədə Daşkənd Dumasına keçirilən seşkilərdə ümumən müsəlmanlar qalib gəlsələr də, Şurai-İslamın qazandığı 11 deputat (qlasnı) yeri müqabilində Şurai-Üləma Dumaya 64 nəfər keçirə bilmişdi. Müsəlman təşkilatları öz aralarında çəkişmə apararkən Sovetlərlə Müvəqqəti hökumət orqanları hakimiyyət uğrunda mübarizə aparırdılar. 1917-ci il sentyabrın 12-də bolşeviklər Daşkənddə 3.000 nəfərin iştirak etdiyi mitinq topladılar. Tezliklə bu mitinq Türküstan Vilayət Soveti və Müvəqqəti hökumət orqanlarına qarşı iğtişaşa çevrildi. Mitinqə Çernov və Perilyevin rəhbərlik etdikləri Revkom (İnqi labi Komitə) rəhbərlik edirdi. Revkomun tərkibinə 14 nəfər bolşevik daxil idi. Lakin Türküstan Vilayət Sivetinin menşevik rəhbərliyinin əmri ilə Revkom üzvləri həbs olundular. Daşkənd Sovetinin bolşeviklərdən ibarət yeni seçilmiş İcraiyyə Komitəsinin işə müdaxiləsi isə iğtişaşın daha da dərinləşməsinə gətirib çıxardı. Bu komitənin təzyiqi nəticəsində həbs olunmuş Revkom üzvləri azad edildilər. Bolşe viklər orduya yeni komandan təyin edərək bütün hərbi hissələrə oz komissarlarını göndərdilər. Türküstan Vilayət Sovetinin rəhbərliyi şəhəri tərk edərək Fərqanəyə qaçdı. Bu xəbər Petroqrada çatan kimi baş nazir Kerenski Daşkəndə general Koroviçenkonun başçılığı altında xüsusi hərbi ekspedisiya göndərdı və bu qüvvə iğtişaşı yatırmağa müvəffəq oldu. Lakin hökumət qüvvələrinin bu müvəffəqiyyəti müvəqqəti xarakter daşıyırdı.
Sentyabr iğtişaşları ərəfəsində Daşkənddə Türküstan müsəlmanlarının qurul tayı cağırılmışdı. Qurultay qəti şəkildə hakimiyyətin bolşeviklərin nəzarətində olan Daşkənd Sovetinin əlinə keçməsinə etiraz edərək bu barədə qətnamə də qəbul etdi. Türküstanda hakimiyyətin yalnız müsəlman ictimai təşkilatlarının iştirakı şəraitin də legitim ola biləcəyi bildirilirdi. Hadisələr bir qədər sakitləşdikdən sonra Müvəq qəti hökumət orqanları bolşeviklərə qarşı mübarizədə müsəlman ictimaiyyətinin dəstəyini qazanmaq məqsədilə Mustafa Çokayevi Türküstan Müvəqqəti Komitəsi nin tərkibinə daxil etdilər.
Sentyabrın sonlarında Daşkənddə Türküstan müsəlman ictimai təşkilatlarının teni qurultayı cağırıldı. Bu qurultayda qərara alındı ki, Rusiyada qurulacaq yeni Demokratik Federativ Respublika tərkibində Türküstan Federativ Respublikası adı altında öz pulu, öz milisi, öz gömrüyü olan vahid Türküstan ərazi muxtariyyəti yaradılsın və onun daxilində burada yaşayan xalqlara mədəni muxtariyyət verilsin. Lakin Moskvada baş verən oktyabr çevrilişi hadisələrin tam başqa istiqamətdə inkişaf etməsinə gətirib çıxardı.
Qazax-qırğızlar. Fevral inqilabından sonra Türküstan ərazisində qazax-qırğız milli hərəkatı da sürətlə formalaşdı. Orenburqda qırğız Milli Şurası yaradıldı Mart ayının 12-də Daşkənddə qırğız qurultayı keçirildi. Lakin qazax-qırğız milli hərəka tının siyasi cəhətdən formalaşması prosesi yalnız 1917-ci il iyul ayının 21-26-da Orenburqda keçirilən I Ümumrusiya qırğız-qazax qurultayında başa çatdı. Onların əsas siyasi tələbləri milli mutariyyətin yaradılması ideyasında əks olunmuşdu. Bundan başqa, qurultay imperiyanın köçürmə siyasəti nətəcəsində qazaxlardan müsadirə olunmuş torpaqların geri qaytarılmasını, “adət” üzərində qurulan qırğız xalq məhkəməsinin bərpa edilməsini, ayrıca Qırğız Müsəlman Dini İdarəsinin yaradılmasını, qırğızdilli məktəblərin açılmasını nəzərdə tutan qərarlar də qəbul etdi.
Qurultayda xüsusi müzakirə olunan məsələlərdən biri Qazaxıstanın Yeddi-su vilayətində rusların yerli əhaliyə qarşı törətdiyi qırğınlar oldu. 1916-cı ildə Orta Asiya türklərinin Rusiyaya qarşı üsyanı zamanı rus-kazak hərbi dəstələrinin törət diyi vəhşiliklər nəticəsində Çin ərazisinə qaçmaq məcburiyyətində qalmış mılki əhali fevral inqilabından sonra vətənə qayıdırdı. Lakin indi də qaçqınların torpaq larına yiyələnmiş rus-kazaklar onları zülm və qətllərə məruz quyurdular. Qurultay qəti şəkildə Müvəqqəti hökumətdən təcili tədbirlər görərək qırğını dayandarmağı tələb etdi.
Nəhayət, qurultayda Ə.Bukeyxanov, Dostməhəmmədov, M.Tınışbəyov və b. rəhbərliyi ilə “Alaş” milli qazax firqəsinin formalaşması prosesi başa çatdırılmışdı ki, məhz bu partiya 1917-ci ilin dekabrında “Alaş-Orda” adlanan muxtar qazax hökumətini təşkil etmişdı.
Türkmənlər. Türküstan ərazisində milli hərəkatın nisbətən zəif mövqelərə malik olduğu bölgə əsasən türkmənlərin məskunlaşdığı Zakaspi vilayəti idi. 1917-ci ilin mart ayında burada Vilayət Müsəlman İcraiyyə Komitəsi təşkil olunsa da, türkmən təkin və yomut tayfaları arasında qarşıdurma nəticəsində onun mövqeləri son dərəcə zəif olmuşdu. Təkinlərin təkidi ilə komitənin sədri Xan-Yomudskinin Zakaspi vilayətini tərk etməsi isə bu müsəlman təşkilatının faktiki fəaliyyətsiz liyinə gətirib cıxarmışdı. 1917-ci ilin may ayında Aşqabadda keçirilən türkmən qurultayı da vəziyyətcə elə bir ciddi dönüş gətirməmişdi. Nəhayət, 1917-ci ilin iyul-avqust aylarında Cənubi Qafqaz Müsəlman Şurası tərəfindən Zakaspi vilayə tinə göndərilən M.Ə.Əfəndizadə və başqaları burada Xanlar bəy Ağayevin sədrliyi ilə yeni müsəlman təşkilatı yaratsalar da, o da mövcud ictimai-siyasi duruma ciddi bir dəyişiklik gətirə bilməmişdi. Ümumiyyətlə, Türkmənistan ərazisində milli hə rəkatın güclənməsi oktyabr çevrilişindən sonrakı dövrə təsadüf edir. 1917-ci ilin noyabr ayında keçirilən Zakaspi vilayəti müsəlmanlarının qurultayı və burada Ayaz Sərdarın başçılığı ilə yaradılan Vilayət Müsəlman Şurası bölgədə müsəlman ictimai-siyasi həyatına dönüş gətirə bilmişdi. İndi isə burada türkmənlərin həya tında əsas hadisələr tayfalararası qarşıdurmadan, türkmənlərin rus əsgərləri ilə toq quşmalarından və artıq kütləvi xarakter daşıyan yomudların Xivə üzərinə qarət basqınlarıdan ibarət idi.
Buxara və Xivə xanlıqları. Fevral inqilabı Türküstanın Rusiyanın protektoratlığı altında olan digər iki bölgəsinin, Buxara əmirliyi ilə Xivə xanlığının da həyatı na demokratik dəyişikliklər gətirdi.
Bu iki xanlıq ərazisində inqilabdan dərhal sonra artıq uzun müddətdir ki, qeyri-leqal fəaliyyət göstərən “Gənc xivəlilər” və “Gənc buxaralılar” hərəkatlarının nümayəndələri leqal fəaliyyətə başladılar. Xalqın dəstəyi ilə “Gənc xivəlilər” İsfəndiyar xanı demokratik dəyişikliklər həyata keçirməyə və konstitusiya qəbul etməyə məcbur etdilər. Aprel ayının 5-də o, manifest verərək ölkədə 17 nəfərdən ibarət “Milli Məclis”, yəni parlament təşkil etdi. Aprelin 7-də Buxara əmiri də belə bir manifest versə də bir həftə sonra bundan imtina etdi və demokratik qüvvələr üzərinə hücuma keçdi. Xivədə Məclis bütünlüklə “Gənc xivəlilər”in nəzarəti altına düşdü. Lakin Xivə xanlığı ərazisində “Gənc xivəlilər” hərəkatı nümayəndələrinin mübarizəsi nəticəsində tətbiq olunan demokratik dəyişikliklər əvvəl yerli irticanın, sonra isə rusların ciddi müqaviməti ilə qarşılaşdı. Demokratik qüvvələrin fəallaş ması həm xanı, hər digər irticaçı qüvvələri v. həmçinin də rus imperiyasını narahat edirdi. Ruslar “Gənc xivəlilər” hərəkatının hakimiyyətə yiyələnəcəyi təqdirdə mü haribə şəraitində Osmanlının mövqelərinin bu ərazilərdə genişlənəcəyindən ehtiyat edirdilər. Ona görə də Türküstanın Müvəqqəti hökumət orqanları hadisələrin arxasınca xanı demokratik qüvvələrə qarşı fəaliyyətə başlamağa vadar edirdilər. Yerli irticanın başında isə Xivənin hərbi naziri general Hidayətulla Mirbədəlov dururdu. Mirbədəlov müxtəlif yollarla Milli Məclisi rus zabiti Andreyevskini bu quruma sədr seçməyə təhrik edirdi. Yerli rus qüvvələrinin köməyi ilə Mirbədəlov tezliklə çevriliş üçün cəhdlər göstərməyə başladı. May ayında Mirbədəlov, Andre yevski, Tofik Bikenin üçlüyü xanı demokratik Məclisi buraxmağa və yeni irticaçı qüvvələrin təmsil olunduğu qurumla əvəz etməyə sövq etdilər. Məclis buraxıldı və onun rəhbərləri edam olundular.
Eyni zamanda Mirbədəlov yeni demokratik ideyaların daşıyıcıları kimi tatar ziyalılarına qarşı tədbirlər görməyə də başladı. Onun təhriki ilə ruslarla tatarlar arasında ciddi münaqişələr törədildi. İrticanın hücumu 1917-ci il may ayının 22-də Xivədə böyük bir üsyanın başlanmasına gətirib çıxardı.
Hadisələrin bu istiqamətdə cərəyan etməsi Ümumrusiya miqyasında mütə rəqqi müsəlman qüvvələrinin də işə müdaxiləsi ilə nəticələndi. Ümumrusiya Mü vəqqəti Müsəlman Bürosu hadisələri yerində tədqiq etmək üçün Musa Bigiyevin başçılığı altında xüsusi komissiya yaradaraq Xivəyə göndətmək qərarına gəldi. Lakin irtica bu komissiyanın Xivəyə gəlməsinə maneşilik tərədirdi. Müvəqqəti hö kumət də həmçinin Xivədəki üsyanın yatırılması üçün buraya polkovnik Zaytsevin başçılığı altında hərbi hissə göndərmişdi. Amma bu hərbi hissə də iğtişaşları yatıra bilmədi. Nəticədə, çox keçmədən İsfəndiyar xan hakimiyyətinin itirilməsi qorxusu altında geri çəkilməyə və Mirbədəlovdan uzaqlaşmağa, 32 nəfərdən ibarət əsasən mütərəqqi qüvvələrin iştirak etdiyi yeni Milli Məclisin təşkili barədə qərar ver məyə məcbur oldu.
Milli Məclis isə öz növbəsində “inqilabın nailiyyətlərini” qorumaq üçün milli milis dəstələrinin yaradılması haqqında qərar qəbul etdi. Tezliklə 50 özbək, 200 türkmən və 200 qaraqalpaqdan ibarət bir dəstə yaradıldı. Lakin yerli hərəkatçıların bütün etirazlarına baxmayaraq Türküstan Müvəqqəti Komitəsi bu milisə rus başçı təyin etdi. Bir qədər sonra avqust ayının 1-də Musa Bigiyevin rəhbərliyi altında Ümumrusiya Müsəlman Bürosunun Xüsusi Komissiyası Xivəyə yola düşdü. Mövqeləri möhkəmlənmiş Milli Məclis hərbi nazir Mirbədəlovun hakimiyyətdən uzaqlaşdırılması və rus hərbi hissələrinin tatar hərbi hissələri ilə əvəz edilməsi haqqında qərar verdi.
Lakin indi də milli qüvvələr tamam başqa istiqamətdən gələn təhlükə ilə qarşılaşdı. İyul ayından etibarən türkmən yomud tayfalarının Xivə xanlığı üzərinə daha ha intensivləşən basqınları vəziyyəti tamamilə qarışdırmışdı. Xivədəki hərbi hissələrin türkmənlər qarşısında acizliyi xanı kömək üçün Daşkənd Sovetinə müraciət etməyə vadar etdi. Xanın bu addımı onun onsuz da sarsılmış hakimiyyət dayaqlarını və nüfuzunu tamamliə heçə endirdi. Bu acınacaqlı vəziyyətdə 1916-cı il Orta Asiya üsyanı qəhrəmanlarından olan türkmən tayfa başçısı Cüneyd xanın işə müdaxiləsi ilə siyasi hadisələrin inkişaf məcrası yeni istiqamətə yönəltdi. Vaxtilə rus ordularının zərbələri altında öz hərbi hissələri ilə birgə Əfqanıstana keçmiş Cüneyd xan geri dönərək türkmən tayfalarının birləşdirilməsi istiqamətində fəaliyyətə başladı. O, qırğınların, soyğunçuluğun dayandırılmasına nail oldu. Əsas məsələ isə kazaklar və ruslarla döyüşlər aparan türkmən hərbi qüvvələrinin birləşməsinə nail oldu. Bir sıra tayfa başçıları və səhra komandirləri Cüneydin birləşmək təklifini qəbul etdilər, birləşmək şərti ilə razılaşmayanlar isə məhv edildilər. Bundan sonra faktiki olaraq Xivəyə tam nəzarət Cüneyd xanın əlinə keçdi.