Aktaş gölü

Xozapini gölü (gürc. ხოზაფინის ტბა) və ya Aktaş gölü (türk. Aktaş Gölü) — Kiçik Qafqazdakı Cavaxet yaylasında yerləşən tektonik mənşəli sərhəd gölüdür. GürcüstanTürkiyə sərhədində yerləşən göl təxminən ölkələri iki bərabər hissəyə bölərək şimal-qərbdən cənub-şərqə keçir. Şimal-şərq hissəsi Gürcüstanın, cənub-qərb hissəsi isə Türkiyənin payına düşür. Gölün 53%-i Gürcüstanın payına düşür.[3]

Aktaş
gürc. ხოზაფინის ტბა, türk. Aktaş Gölü
Aktaş gölü
Aktaş gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1798,4 m
Uzunluğu
  • 8,5 km
Sahil uzunluğu 25000 km
Sahəsi 26,6[1]
Həcmi 19,3 km³
Dərin yeri 10[2]
Duzluluğu 0,88 
Yerləşməsi
41°12′54″ şm. e. 43°13′16″ ş. u.HGYO
Ölkələr
Regionlar
Aktaş xəritədə
Aktaş
Aktaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gölün rast gəlinən digər adları bunlardır: Xozapini (gürc. ხოზაფინის ტბა), Karçaxistba, Karçaxi[4] (gürc. კარწახის ტბა), Karçask[4], Аktaş (türk. Aktaş Gölü)[3], Xozapin (türk. Hozapin Gölü)[3], Karsak (türk. Karsak Gölü)[3], Azap (türk. Azap Gölü[3]).

Yerləşdiyi yer

[redaktə | mənbəni redaktə et]

Aktaş gölü Gürcüstanın Axalkalaki bələdiyyəsində yerləşən Karçaxi rayonu ilə Türkiyənin Çıldır rayonunun Kenarbel ilçəsi arasında yerləşmişdir. Bənd vasitəsilə həmin ərazidən ayrılmışdır.

Göldən şimalda Murakvals dağı, daha cənubda isə —Qektapin dağ silsiləsi yerləşmişdir.

Göl dəniz səviyyəsindən 1799 metr hündürlükdə yerləşmişdir. Gölün ümumi sahəsi 26,6 km²-dir. Sahəsinə görə Gürcüstan göllərinin arasında ikinci yeri tutur.[5][6]

Göldə 12 ada mövcuddur. Adaların hamısı gölün cənub-qərb yarısında yerləşmişdir və Türkiyə ərazisinə aiddirlər.

Çökmə mənşəli sular və qrunt suları gölün əsas qida mənbəyidir. Suyun maksimal səviyyəsi iyunda, minimal səviyyəsi isə fevralda müşahidə olunur.

Gölün yaxınlığında Gürcüstan üçün ən əhəmiyyətli subalp meşələrindən biri yerləşmişdir. Həmçinin gölün ətrafında üvəz kolhid (lat. Sorbus colchica) bitir. Göl ərazisində İndua, itburnununmoruq kollarının kolluqları yayılmışdır.

Göldə və ona yaxın olan ərazilərdə 2004-cü ildə Gürcüstanda bitən kol bitkisi olan kolşəkilli daziforanın (lat. Dasiphora fruticosa) bitdiyi ərazi aşkar edilmişdir.

Gölün adaları bitki cəhətdən kasaddır. Sahillərdə qamış və qamışın kiçik kollarına rast gəlinir.

Göl quşların bəzi növlərinin böyük qruplar şəklində yaşamasının əhəmiyyətli yeridir. Göl ərazisində qıvrımlələk qutan (lat. Pelecanus crispus), çəhrayı qutan (lat. Pelecanus onocrotalus), erməni qağayısı (lat. Pelecanus onocrotalus) və Gürcüstandakı ən böyük yapalaq olan adi yapalaq (lat. Bubo bubo) geniş yayılmışdır. Göldə quşların nümayəndələrinin 59 növünə rast gəlinir. 20 növdən çoxu suda üzənlərə aiddir.[7]

  1. Данные оценки получены с помощью инструмента измерения расстояний и площади по спутниковым снимкам на сайте картографического сервиса Карты Google
  2. "Aktaş Gölü". Атлас озёр Турции (türk). kesfetmekicinbak.com. 2014-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-06.
  3. 1 2 3 4 5 "Aktaş Gölü – ARDAHAN" (türk). Водно-болотные угодья Турции — turkiyesulakalanlari.com. 2014-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-06.
  4. 1 2 Биоразнообразие Охраняемых Территорий Джавахетии Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine — Агентство охраняемых территорий Грузии
  5. Hlavinek, Petr. Dangerous pollutants (xenobiotics) in urban waters cycle. Springer. 2008. səh. 37. ISBN 978-1-4020-6800-3. 2 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2011.
  6. Prokhorov, Aleksandr Mikhaĭlovich. Great Soviet encyclopedia. Macmillan. 1982. səh. 195. 3 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2011.
  7. Evans, M. I.; Heath, Melanie F.; International, BirdLife. Important bird areas in Europe: priority sites for conservation. Birdlife International. 2000. səh. 255. ISBN 978-0-946888-35-1. 12 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]