Tısbağa gölü (gürc. კუს ტბა) — Gürcüstanda, Tbilisi şəhərinin cənub-qərbində, Mtatsminda dağının şimal yamacında yerləşən göl. Dəniz səviyyəsindən 686.7 metr yüksəklikdə yerləşir. Sahəsi 0,034 km²-dir. Uzunluğu 180 metr, eni isə 50 metrdir. Ekzotektonik sürüşmə (əsasən qayalı sürüşmə) yaradır.[1]
Tısbağa gölü | |
---|---|
gürc. კუს ტბა | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 686,7 m |
Eni | 50 km |
Uzunluğu | 180 km |
Sahəsi | 0,034 km² |
Dərin yeri | 2,6 m |
Orta dərinliyi | 1,7 m |
Yerləşməsi | |
41°42′01″ şm. e. 44°45′15″ ş. u. | |
Ölkə | Gürcüstan |
Yaşayış məntəqəsi | Tbilisi |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Varazisxevinin suyu gölə atılır. Gölün əsas qida mənbəyi yağış və yeraltı sulardır. Balıq azdır. Gölün ətrafında Vake parkı və Mtatsminda parkı yerləşir. Gölün yanlarında müxtəlif istirahət kompleksləri açılmışdır. Göldə əsasən idman və üzgüçülük yarışları keçirilir. Üzgüçülük mövsümü yayın gəlişi ilə başlayır. Gölün ətrafında kiçik bir bar və futbol stadionu, uşaq əyləncə mərkəzi və konsert səhnəsi olan idman və mədəniyyət kompleksi var.[2][3]
Tısbağa gölü Gürcüstanda istirahət üçün ən məşhur yerlərdən biridir. Yayda yüngül, quru iqlim, qışda isə yumşaq iqlim olur. Tısbağa gölünün şimal hissəsində etnoqrafiya muzeyi mövcuddur.[3]