Mavi göl (Gürcüstan)

Mavi göl[1] (abx. Адзиасицва, gürc. ცისფერი ტბა [Sisperi tba]) — göl Gürcüstanın muxtar ərazisi olan Abxaziya ərazisində, Ritsa gölündə 13 km aralıda, Bzib çayının sağ sahilində yerləşir. Gölün səthi olduqca sakitdir. Bununla belə dağlardan səsli şəkildə gələn qaya altı dağ axaını müşahidə etmək olur. Mavi göl karst məşhəllidir. Onun sahəsi böyük deyildir. Cəmi 180 m² əraziyə sahibdir. Dərinliyi haqqında dəqiq məlumat yoxdur (dərinliyinin 76 m olması və dibinin lazuritlə örtülməsi fikiri sadəcə bir mifdir). Mavi göl parlaq rəngə sahibdir. Hətta ən tutqun havalarda belə kənardan öz parlaqlığını nümayiş etdirir.

Mavi göl
abx. Адзиасицва, gürc. ცისფერი ტბა
Gürcüstan
Gürcüstan
Ümumi məlumatlar
Mütləq hündürlüyü 109,5 m
Sahəsi 0.00018 km²
Dərin yeri 76 m
Yerləşməsi
43°21′03″ şm. e. 40°24′43″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Mavi göl xəritədə
Mavi göl
Mavi göl
Mavi göl xəritədə
Mavi göl
Mavi göl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göl heç zaman donmur. Ancaq bununla belə göldə balıqlar yaşamır. Müəmmalı cəhət ondadır ki, göldə heç bir canlı yaşamır. Hətta planktonlar belə qeydə alınmamışdır. Gölün qidalanmasına gəldikdə mavi göl yeraltı çaylarla qidalanır. Bu yeraltı çaylar Axsıx dağlarında formalaşır.

Yaranması haqqında əfsanələr

[redaktə | mənbəni redaktə et]

Qədim əfsanələrin birində deyilir: «O yerdə ki, Mavi göl mövcuddur orada qədim zamanlarda mağara olmuşdur. Bu mağarada yaşlı bir qoca yaşayırdı. Ağ saqqalı az qaya yerlə sürünürdü. Onun mavi gözlərindən isə nuranilik və xeyrxaqlıq yayılırdı. Bu böyük həyat təcrübəsinə malik insan əvvələr ovçu olmuşdur. Yaşlaşdıqca o insanlardan uzaqlaşaraq təbiətə yaxınlaşmaq məqsədi ilə mağaraya yerləşir. Yerli ovcular tez-tez onun yanına məsləhətə gəlirdilər. Onun biliyindən yararlanaraq yırtıcıların hərəkəti və onların ovlanmasını öyrənirdilər. Onun lazımı məsləhətlərini özləri üçün borc hesab edərək hər ovdan qayıtdıqda ona bir şikarın dərisini və ətin bir hissəsini verirdilər. Bir dəfə əlverşli olmayan havada yerli olmayanlar ondan mağarada qalmağı xaiş edirlər. Qoca onları qonapərvərliklə qarşılayır. Gəlmələr çoxlu sayda ayı, maral, zubr və digər heyvanların dərilərini gördükdən sonra onlara sabib çıxmaq istəyirlər. Sahibi öldürdükdən sonla onlar tələm-tələsik dəriləri kisələrə yığırlar. Bütün dərilər demək olar ki, tam yığdıqları zaman dağdan güçlü su axını gələrək mağaraya dolur. Bununlada gəlmələr çıxılmaz vəziyyətə düşür və göl əmələ gəlir. Bu göl mağarada yaşayan qocanın gözlərinin rənginə uyğun olaraq, Mavi göl adlandırılır.

Digər əfsanədə deyilir: «Gözəl Dzıdzlan — sul ilahəsi. O suyun dərinliklərində yaşayır. Onun gözəl qızılı saçları dalğa kimi öndən dalğalanır. Dzıdzlanın böyük güzgüsü vardır. Burada dünyada olan hər şey əks olunur. Bununlada gözəl hər şeydən xəbərdar olur və görür! Bu gözəlliyi ilə o baxımlı kişilıri özünə cəlb edirdi. Dünyada isə bir tənbəl çoban vardı. Üstəlik o olduqca tənbəl idi. O, Mamdzışxa dağının ətəklərində duraraq tənbəllərin sohbətinə qulaq asırdı. O, bu ərazilərdə bir Dzıdzlan adlı gözəlin olmasını eşidir. O qızı görmək istəyir ki, qız onu sevsin. O, Bzıb çayınln yaxınlığına burada yatırdı. Dzıdzlanpn onun yanına gələcəyini düşünürdü. Bir dəfə qız marağa görə yatmış çobanın yanına gəlir. Birdən onun çirkinliyini gördükdə yatmış çobanı zərblə yerə çırpır. Nəticədə mağanın önündə müvvəqəti göl əmələ gəlir[2].

  • Belə bir deyim vardır ki, kim bu göldə çimərsə o, cavanlaşar. Ancaq şərt tələsməməkdir.
  • Gölün dibində kabon yayılmışdır. Ola bilsin ki, burada calıların yaşamamasının sirri bundadır
  1. აფხაზავა ი., ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, გვ. 228, თბ., 1987 წელი
  2. "Abxaziya əfsanələri. Mavi göl haradan meydana gəlmişdir". 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-07.