Amtkel gölü və ya Amtkeli gölü[1] (gürc. ამტყელის ტბა; abx. Амтҟьал; rus. Амткел) — de fakto tanınan Abxaziyanın Gulripşi rayonunda yerləşən göl. Göl 3 oktyabr 1891-ci ildə Şxapaş dağının cənub-qərb yamacının zəlzələ nəticəsində uçaraq Amtkel çayının qabağını kəsərək yaranmışdır.[2]
Amtkeli gölü | |
---|---|
abx. Амтҟьал | |
| |
Ümumi məlumatlar | |
Tipi | Uçqun |
Mütləq hündürlüyü | 512 m |
Uzunluğu | 2.400 km |
Sahəsi | 0,58 km² |
Dərin yeri | 65 m |
Axan çaylar |
Campali çayı Amtkeli çayı |
Temperatur | |
• İyulda orta | 20 °C |
Yerləşməsi | |
43°05′42″ şm. e. 41°17′54″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Vilayət |
|
Yaşayış məntəqəsi | Azanta |
|
|
|
Amtkeli gölü eyniadlı çay ilə qidalanır. Göldən çıxan tək çay Campaladır. Gölün su tutumu məhdud olsa da, may aylarında qar əriməsi nəticəsində gölün orta dərinliyi 40 metrə çata bilir. Göl dəniz səviyyəsindən 512 m yuxarıda yerləşir, maksimum dərinliyi 65 metr, uzunluğu isə 0,4–2,4 km arasında dəyişir. Gölün sahəsi 0,58 km2-dır.
Mənşəyinə baxmayaraq gölün sualtı yamacları dikdir.
İyul və avqust aylarında gölün temperaturu 20 °C olur. Qışda nadir hallarda gölün üstü buz tutur.
Göldə spirlin, bığlı balıq, şüaüzgəcli, qızılxallı kimi balıqlar yaşayır.
Gölün yaxınlığında Azanta kəndi yerləşir. Kəndin sakinləri gölün sahilində balıqçılıqla məşğul olurlar.