Bazaleti gölü

Bazaleti gölü (gürc. ბაზალეთის ტბა) — Gürcüstanda, Duşeti şəhərindən 5 km cənubda yerləşən göl. Dəniz səviyyəsindən 879 metr yüksəklikdə yerləşir. Sahəsi 1,22 km²-dir. Ən dərin yeri 7 metrdir. Həcmi 4 milyon km³-dir. Əsasən balıqçılıq, suvarma və istirahət sahələrində istifadə olunur. Yaxınlıqdakı kənd və tarixi rayon Bazaleti kimi tanınır. Gölün yanında Bazaleti qəsəbəsi mövcüddur. 1626-cı ildə burada 2 gürcü qrup arasında döyüş baş verdi.[1]

Bazaleti gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 878 m
Sahəsi
  • 1,22 km²
Dərin yeri 7 m
Yerləşməsi
42°02′16″ şm. e. 44°40′46″ ş. u.HGYO
Ölkə
Bazaleti gölü xəritədə
Bazaleti gölü
Bazaleti gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atmosfer çöküntülərini və müvəqqəti axını qidalandırır. Göl maksimum səviyyəyə iyunda, minimum səviyyəyə oktyabr ayında çatır. Yanvarfevral aylarında gölün üzərini 50 sm-lik buz qatı örtür. İyulda suyun temperaturu 25 °C-ə qədər çatır. Suyun rəngi yaşıl-qəhvəyi olur. Gölün cənub-şərq, cənub və qərb hissəsində 5-6 metr dərinlikdə su bitkiləri yetişdirilir. Göl idmanbalıqçılıq sahələrinin obyektidir. Gölün şimal-qərb sahillərindən kiçik bir suvarma kanalı çəkilib.[1]

Tibbi xüsusiyyətləri ilə fərqlənir. Göl özünü təmizləməsi və doldurması kimi xüsusiyyətlərə malikdir. Bazaleti gölünün suyu, dermatolojiginekoloji xəstəliklər üçün, eləcə də revmatik və sümük-diş patologiyaları üçün müalicə edilə bilər. Bazaleti havası ürək-damar və iskemik xəstəliklər üçün faydalıdır.[2]

Bazaleti hotel kompleksi 27 hektar ərazidə inşa edilmişdir. Buradakı xiyabanlar hotel kotteclərini və binaları bir-birindən ayırır. Kompleksdə 2500 illik gürcüyəhudi xalqının dostluğuna və sevgisinə həsr olunmuş fəvvarə mövcüddur.

  1. 1 2 Gürcüstan Milli Ensiklopediyası. Tbilisi. 1977. səh. 142. (#first_missing_last)
  2. "ბაზალეთის ტბა". 2019-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-10.