Təbriz ölçü muzeyi — Qacarlar dövründə tikilmiş Səlmasi evində yerləşən muzey. Muzeydə müxtəlif çəki alətləri ilə yanaşı astronomik ölçü alətləri də nümayiş etdirilir.
Təbriz ölçü muzeyi | |
---|---|
38°04′21″ şm. e. 46°17′42″ ş. u. | |
Ölkə | |
Şəhər | Təbriz |
Yerləşir | Təbriz |
Aidiyyatı | Qacarlar dövləti |
Tikilmə tarixi | XIX əsr |
|
XIX əsrin ortalarında tikilən Səlmasi evi 1998-ci ildə Şərqi Azərbaycan ostanının bələdiyyəsi tərəfindən alınaraq tarixi abidə kimi qeydiyyata alınıb. Sonradan isə burada ölçü muzeyi təşkil edilib. Muzeydə müxtəlif dövrlərdə və müxtəlif sahələrdə istifadə olunan ölçü alətləri nümayiş olunur. Burada həm zərgər tərəzisi, həm bazar tərəzisi, həm də ağır çəkidə tərəvəz məhsullarını satmaq üçün tərəzilər görmək olar. Bundan əlavə, muzeydə astrolyabiya kimi astronomiya alətinə, qədimi kompaslara və saatlara, meteorologiyada işlənən alətlərə rast gəlinir.[1]