Təbriz Dəmir Dövrü Muzeyi - Təbriz şəhərində yerləşən və Təbriz şəhərində Dəmir dövrünə aid maddi tapıntıların nümayiş etdirildiyi muzey.[1]
Təbriz Dəmir Dövrü Muzeyi | |
---|---|
Əsası qoyulub | 2006 |
Açılış tarixi | 2006 |
Yerləşir | Təbriz |
Dəmir dövrünə aid muzey 2006-cı ildə (hicri-şəmsi təqvimi ilə 1385-ci il) fəaliyyətə başlamışdır. Muzey Cənubi Azərbaycanın və İranın ilk səhra muzeyidir.[1]
Yerin altında, qaranlıq bir məkanda yerləşən muzey Təbrizdəki Göy məscidin şimal, şimal-şərq və şimal-qərb tərəfində qərarlaşıb. Muzey məzarlıq və Dəmir dövrünə aid gil-torpaq əsərlərindən ibarətdir.
Muzeydə 38 qəbir var, skletlər körpə yaşda ölən insanlara aiddir. Körpələrin məzarı sadədir, lakin yeniyetmələr gildən düzəldilmiş iki qabla birlikdə kvadrat şəklində olan qəbirlərdə basdırılıb. Uşaqlar oyuncaqları, kişilər savaş alətləri və qadınlar zinət əşyaları ilə birlikdə dəfn edilib.[1]