Təbriz Yanğın Qülləsi (Farsca: برج آتش نشانی, Azərbaycanca:يانقين قولهسی) - Təbriz şəhərində olan tarixi abidə.[1][2]
Təbriz Yanğın Qülləsi | |
---|---|
38°04′36″ şm. e. 46°17′58″ ş. u. | |
Ölkə | |
Təbrizin mərkəzi bölgəsi olan Xəqani küçəsindədir. 23 metr yüksəkliyindəki abidə 1917-ci ildə inşa edilmişdir. Hündürlüyü 23 metrdir.
O illərdə rabitə vasitələrinin olmaması səbəbilə şəhər daxilindəki yanğınlara vaxtında müdaxilə etmək üçün qurulmuşdur.[3] Qüllənin ən üstündə olan müşahidəçi 24 saat duman və alov izinin olub-olmamasına nəzarət edir, gördüyü anda şəhərin yanğınsöndürmə xidməti orqanına xəbər verərdi. Qaranlıqda hamının qüllənin yerini rahat tapa bilsin deyə qüllədə həmişə çıraq yandırıldı.[2]
Onu da qeyd etmək lazımdır ki, Təbriz yanğınsöndürmə xidməti təşkilatı 1832-ci ildə qurulmuşdur və İranda bu təyinatla qurulan ilk orqandır.[1]