Təbriz Təbiət Tarixi Muzeyi — 1993-cü ildə Təbriz şəhərində yaradılıb. Muzeyin ekspozisiyasına müxtəlif botanik və zooloji eksponatlar daxildir. Burada dinozavr qalıqları da nümayiş etdirilir. [1][2][3]
Təbriz Təbiət Tarixi Muzeyi | |
---|---|
Əsası qoyulub | 1993-ci il |
Ölkə | |
Yerləşir | Şərqi Azərbaycan Təbriz |
Ünvan | Təbriz Azadi küçəsi |
38°03′47″ şm. e. 46°19′25″ ş. u. |
Təbriz Təbiət Tarixi Muzeyi 1993-cü ildə İran Ətraf Mühit Nazirliyi tərəfindən yaradılıb. Muzeydə Şərqi Azərbaycanda və bölgədə yaşayan bir sıra məməlilərin, sürünənlərin, quşların və su canlılarının nümunələri nümayiş etdirilir. Bundan başqa canlıların yaşadıqları mühiti təsvir etmək üçün təbiət rəsmlərindən də istifadə olunub. Muzeyin ekspozisiyasına 38 növ məməli, 49 növ quş, 13 növ sürünən, 9 növ suda yaşayan canlıların nümunələri daxildir. Bundan başqa otaqlardan biri 50 milyon il əvvəl yaşamış Mezozoy dövrünə aid dinozavrlara həsr olunub.[1][2][3]