Tənha Narın Nağılı (1984)

Azərbaycan filmlərinin siyahısı

Tənha narın nağılı
Fayl:Tənha Narın Nağılı (1984).JPG
Janr Dram
Rejissorlar Şamil Mahmudbəyov, Həsənağa Turabov
Əsərin müəllifi Əkrəm Əylisli
Ssenari müəllifi Roza Hüsnitdinova
Baş rollarda Ruslan Nəsirov-Sadıq
Şükufə Yusifova-Mədinə
Nəcibə Hüseynova-Mərcan
Yaşar Nuri-Qubad
Operator Zaur Məhərrəmov
Bəstəkar Tofiq Quliyev
Rəssam Kamil Nəcəfzadə
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 31 yanvar, 1984
Filmin digər adı Tənha Nar Ağacı
Filmin növü tammetrajlı bədii film
Müddət 66 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil Azərbaycan dili
İl 1984
Texniki məlumatlar 7 hissə
1852 metr
genişekranlı
35 mm
"Svema" kinolenti(Şostka kimya kombinatı)
Rəng rəngli
Çəkiliş yeri Şəki
Bakı, Zabrat qəsəbəsi
Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq(Ruslan Nəsirov) ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə(Şükufə Yusifova) ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir.
  • Film aktyor İdris Rüstəmovun kinoda ilk işidir.
  • Film yazıçı Əkrəm Əylislinin "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmışdır.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin Müəllifi : Əkrəm Əylisli
Ssenari müəllifi : Roza Hüsnitdinova
Quruluşçu rejissor : Şamil Mahmudbəyov, Həsənağa Turabov
Quruluşçu operator : Zaur Məhərrəmov
Quruluşçu rəssam : Kamil Nəcəfzadə
Bəstəkar : Tofiq Quliyev
Səs operatoru : Ağahüseyn Kərimov
Rejissor : Tofiq Məmmədov
Operator : Nizami Abbasov
Mahnı Mətni : Eyvaz Borçalı
Geyim rəssamı : Kamil Nəcəfzadə
Qrim rəssamı : Elbrus Vahidov
Dekor rəssamı : Səyyad Bayramov
Montaj edən : V. Mironova, G. Hüseynova
Rejissor assistenti : Ə. Əhmədov, Fərid Hümbətov, F. Hüseynov
Operator assistenti : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi)
Rəssam assistenti : M. Manuvaxova
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev(S. Musayev kimi)
İşıq Ustası : Rüstəm Rüstəmov
Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi)
İnzibatçı : Məmməd Qurbanov, Sahib Quluzadə
Çalır : Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri
Dirijor : Əli Cavanşir
Filmin direktoru : Aydın Dadaşov
Kadrarxası mətn : Fəxrəddin Manafov
Mahnı İfa edən : Akif İslamzadə(titrlərdə yoxdur)
Ruslan Nəsirov-Sadıq
Şükufə Yusifova-Mədinə
Nəcibə Hüseynova-Mərcan
Yaşar Nuri-Qubad
Rasim Balayev-Yaqub
Natəvan Məmmədova-Surət
Süsən Məcidova-Bəyxanım
Əminə Yusifqızı-Firuzə
Həsən Əbluc-Səyyad
İlqar Ağayarov-Xəzər
Həsənağa Turabov-Əli
Nadir Əzməmmədov
Mayak Kərimov-Leytenant
Ötkəm İsgəndərov-Mənsur
İdris Rüstəmov-Səlim
N. Rukoviçkina
Lətifə Əliyeva-Sədəf
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 246; 257.

Filmi izlə