Tənqidi düşüncə və ya tənqidi təfəkkür — rasional, skeptik və qərəzsiz təhlil və qiymətləndirmənin tətbiqi ilə mühakimə yürütmək üçün mövcud faktların, sübutların, müşahidələrin və arqumentlərin təhlili.[1] Tənqidi düşüncənin tətbiqi zehnin özünü idarə etmə, özünə intizam, özünə nəzarət və özünü islah etmə vərdişlərini əhatə edir.[2] Beləliklə, tənqidi düşünən, tənqidi düşünmə bacarıqlarını tətbiq edən və ya onun fənləri üzrə təlim keçmiş və təhsil almış şəxsdir.[3] Riçard V. Pol demişdir ki, tənqidi düşünən insanın zehni onun intellektual qabiliyyətləri və şəxsiyyət xüsusiyyətləri ilə məşğul olur.[4] Tənqidi düşüncə ciddi mükəmməllik standartlarına razılıq verməyi və onlardan effektiv ünsiyyətdə və problemlərin həllində istifadəsinin şüurlu şəkildə mənimsənilməsini, eqosentrizm və sosiosentrizmi dəf etmək öhdəliyini nəzərdə tutur.[5][6]
Qədim Yunanıstanınklassik dövründə (e.ə. V–IV əsrlər) filosof Platon (e.ə. 428–347) Sokratın (e.ə. 470–399) təlimlərinin tənqidi düşüncənin ən erkən qeydləri olduğunu bildirmişdir. Platonun ilk dialoqunda filosof Sokrat bir neçə natiqlə Sokratın həbsdən qaçmasının doğru və ya yanlış olması ilə bağlı etik məsələni müzakirə etmişdir. Düşündükdən sonra Platon belə nəticəyə gəlmişdir ki, həbsxanadan qaçmaq özündən böyük olduğuna inandığı hər şeyi – Afina qanunlarını və Sokratın eşitdiyini iddia etdiyi rəhbər səsini pozacaq.[7]
Sokrat avroritetin və nüfuzlu şəxslərin biliyə, nəticədə dərrakəyə malik olmalarının etibarsızlığını müəyyən etmişdir. Fərdi kişi və ya qadının yaşamağa dəyər olan yaxşı bir həyat sürməsi üçün həmin şəxs tənqidi suallar verməli və sorğu-sual ruhuna malik olmalıdır.[8] Onlar sübut axtarmalı və sonra mövcud faktları yaxından araşdırmalı, sonra təhlil edilən ifadənin nəticələrini izləməli, bununla da düşüncə və hərəkətin nəticələrini izləməlidirlər.[9]
Kooperativ arqumentasiyanın bir forması olaraq Sokratik sorğulama faktların müqayisəli mühakiməsini tələb edir. Nəticədə cavablar insanın irrasional düşüncəsini və yoxlanıla bilən biliyin olmadığını üzə çıxaracaq. Sokrat həmçinin nümayiş etdirmişdi ki, avtoritet dəqiq, yoxlanıla bilən biliyi təmin etmir. Beləliklə, Sokratik sorğulama dəlillərə və sağlam məntiqə əsaslanaraq inancları, fərziyyələri və ehtimalları təhlil edir.[10]
↑Edward M. Glaser. "Defining Critical Thinking". The International Center for the Assessment of Higher Order Thinking (ICAT, US)/Critical Thinking Community. 2019-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-22.
↑Clarke, John. Critical Dialogues: Thinking Together in Turbulent Times. Bristol: Policy Press. 2019. 6. ISBN978-1-4473-5097-2.
↑Piergiovanni, P. R., Creating a Critical Thinker, College Teaching, Vol. 62, No. 3 (July-September 2014), pp. 86-93, accessed 26 January 2023
↑Visser, Jan; Visser, Muriel. Seeking Understanding: The Lifelong Pursuit to Build the Scientific Mind. Leiden: Brill. 2019. səh. 233. ISBN978-90-04-41680-2.
↑Stanlick, Nancy A.; Strawser, Michael J. Asking Good Questions: Case Studies in Ethics and Critical Thinking. Indianapolis: Hackett Publishing. 2015. 6. ISBN978-1-58510-755-1.
↑Chiarini, Andrea; Found, Pauline; Rich, Nicholas. Understanding the Lean Enterprise: Strategies, Methodologies, and Principles for a More Responsive Organization. Cham: Springer. 2015. 132. ISBN978-3-319-19994-8.
Dauer, Francis Watanabe. Critical Thinking: An Introduction to Reasoning, 1989, ISBN978-0-19-504884-1
Fisher, Alec and Scriven, Michael. (1997) Critical Thinking: Its Definition and Assessment, Center for Research in Critical Thinking (UK) / Edgepress (US). ISBN0-9531796-0-5ISBN0-9531796-0-5
Levitin, Daniel. A Field Guide to Lies and Statistics. Viking. 2017. ISBN978-0241239995. (a.k.a. Weaponized Lies: How to Think Critically in the Post-Truth Era)
Moore, Brooke Noel and Parker, Richard. (2012) Critical Thinking. 10th ed. Published by McGraw-Hill. ISBN0-07-803828-6ISBN0-07-803828-6.
Paul, Richard. (1995) Critical Thinking: How to Prepare Students for a Rapidly Changing World. 4th ed. Foundation for Critical Thinking. ISBN0-944583-09-1ISBN0-944583-09-1.
Paul, Richard and Elder, Linda. (2006) Critical Thinking Tools for Taking Charge of Your Learning and Your Life, New Jersey: Prentice Hall Publishing. ISBN0-13-114962-8ISBN0-13-114962-8.
David Carl Wilson (2020) A Guide to Good Reasoning: Cultivating Intellectual Virtues (2nd edition) University of Minnesota Libraries Ebook ISBN978-1-946135-66-7 Creative Commons Attribution-Non-Commercial 4.0 International License, at https://open.lib.umn.edu/goodreasoning/
Zeigarnik, B.V. (1927). "On finished and unfinished tasks". In English translation Edited by Willis D. Ellis; with an introduction by Kurt Koffka. (1997). A source book of Gestalt psychology, xiv, 403 p. : ill.; 22 cmHighland, N.Y: Gestalt Journal Press. "This Gestalt Journal Press edition is a verbatim reprint of the book as originally published in 1938" – T.p. verso. ISBN9780939266302ISBN9780939266302. OCLC38755142OCLC38755142
Kompf, M., & Bond, R. (2001). Critical reflection in adult education. In T. Barer-Stein & M. Kompf(Eds.), The craft of teaching adults (pp. 21–38). Toronto, ON: Irwin.
McPeck, J. (1992). Thoughts on subject specificity. In S. Norris (Ed.), The generalizability of critical thinking (pp. 198–205). New York: Teachers College Press.
Mulnix, J. W. "Thinking critically about critical thinking". Educational Philosophy and Theory. 44 (5). 2010: 464–479. doi:10.1111/j.1469-5812.2010.00673.x.
Paul, R. "Teaching critical thinking in the strong sense: A focus on self-deception, world views and a dialectical mode of analysis". Informal Logic Newsletter. 4 (2). 1982: 2–7.