Təhsil |
---|
Fənlər |
Tədris sahələri |
Metodlar |
Təhsil fəlsəfəsi (ing. philosophy of education) — təhsili mövzu olan fəlsəfi bilik sahəsi. Tarixini XX əsrin əvvəllərindən bəri ayrı bir intizam kimi sayır. İngilis-Amerika filosofu Con Dyui dünyada təhsil fəlsəfəsinin banisi sayılır.
İngilis dilində danışan ölkələrdə təhsil fəlsəfəsi indi müəyyən bir intizam statusuna sahib olan, universitetlərdə ayrı-ayrı şöbələr, ilk növbədə fəlsəfə fakültələrində və bəzi hallarda təhsil kolleclərində təmsil olunan bir sahədir ("təhsil fakültələri")[1].
Təhsilin xüsusiyyəti, əhəmiyyəti, məqsədi, vəzifələri, şagirdin iştirakı baxımından təlimin təşkili, müəllimin məqsədi (bilikləri çatdırmaq, müstəqil öyrənənlər yetişdirmək, mənəvi və siyasi dəyərlər aşılamaq), təhsil konsepsiyalarının xüsusiyyəti, təhsilin idarə edilməsinin qanunauyğunluqları və s. amillər təhsilin fəlsəfəsini təşkil edir[2][3][4].
pragmatist düşüncənin təhsilə tətbiq olunmasıdır. Ənənəvi təhsilin six disiplininə, passiv öyrənməyə qarşıdır. Ən tanınmış təmsilçiləri Con Dyui, H. Kilpatrik və Body. H. Bodedir. Təhsil cəmiyyətdə ənənəvi olaraq davam edən standartları dəyişməzlikləri deyil, davamlı olaraq dəyişən həyatı öyrətməlidir. Təhsillənmiş insan həyata uyğun deyil, həyata istiqamət verən, onu inkişaf etdirən olmalıdır. Xüsusilə ABŞ-də təhsilində bu nəzəriyyə uşağın maraqlarına istiqamətlənməklı, şəxsi problemlərinin həllinə, uşağın öz həyatını qurmasına doğru məqsədlənməlidir[5][6][7][2].
Progressivizmin əksinə olaraq təhsil məqsədlərinin dəyişməz olduğunu, davamlı olması lazım olduğunu müdafiə edən bir nəzəriyyədir. Sürətli dəyişmə içərisində insanın təbiətinin eyni qalması, əsas əxlaqi dəyər və prinsiplər təhsilin əsasını təşkil etməlidir. Dünyanın hər yerindəki insan eyni olduğu üçün təhsilin məqsədi də hər yerrdə eyni olmalıdır[8]. Fiziki və mədəni fərqliliklər vacib deyildir. Təhsil proqramları dövrlər və mədəniyyətləri üstələməlidir. Bilik insana ən qısa yoldan verilməlidir.
Təhsilin məqsədi bizə qədər yığılmış biliklərin ötürülməsinə dayanmalıdır. Bunlar müəllim vasitəsilə şagirdlərə ötürülməlidir. Təhsil uşağın maraqlarına dayana bilməz, çünki bu keçicidir, təhsildə disiplin olmalıdır. Təhsilin mərkəzində müəllim var. Uşaq dünyanı tanımaq, həyata hazırlanmaq üçün məktəbə gedir, onu öz halına buraxa bilmərik[9]. Çünki tarix boyunca yığılmış biliklər, onun öz yaşayışı ilə tapacaqlarından daha vacibdir. Bu fəlsəfə görə təhsil mədəniyyəti qorumalı, davamlılığına imkan yaratmalı, cəmiyyətin qəbul etdiyi dəyərlər təhsil vasitəsilə yeni nəsillərə ötürülməlidir.
Təhsilin vəzifəsi əsrimizin mədəni krizini aşmaq üçün cəmiyyətin yenidən qurulmasıdır. Bu qurulma əsnasında bütün əsas dəyərlər yenidən araşdırılmalıdır. Yeni bir cəmiyyət yaratmaq üçün məktəb liderlik etməlidir[10].
Müasir həyat içində sənaye sistemi, maddi və mədəni mənbələrin insanlar tərəfindən istifadəsi nəzarət altına alınmalıdır. Köhnə təhsilin işə yaramayan tərəfləri atılmalı, təhsildə məqsəd və vasitələr yenidən qurulmalıdır. İçində olduğumuz sənaye dövrünə uyğun bir mədəniyyət yaratmalı və yeni cəmiyyət demokratik olmalıdır. Müəllim şagirdləri demokratik şəkildə dəyişməyə hazırlamalıdır[11].