Xəlil bəy Talışxanov

Talışxanov Xəlil bəy Mirəli xan oğlu (1859, Lənkəran rayonu1920) — general-mayor.

Xəlil bəy Talışxanov
Xəlil bəy Mirəli xan oğlu Talışxanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Atası Mirəli xan Talışxanov
Həyat yoldaşı  
Dini Şiə İslam
Hərbi xidmət
Mənsubiyyəti Rusiya İmperiyası Rusiya imperiyası
Qoşun növü piyada
Rəhbərlik edib Müsəlman Korpusunun 1-ci Müsəlman nişançı diviziyası
Döyüşlər Birinci Dünya müharibəsi,
Mart hadisələri
Rütbəsi General-mayor

General-mayor Xəlil bəy Talışxanov (bəzi sənədlərdə Talışinski) barəsində məlumat olduqca azdır.

Məlumdur ki, o, 1859-cu ildə Tiflisdə anadan olub, I Dünya müharibəsində iştirak edib və müharibə dövründə general-mayor rütbəsinədək yüksəlib.

1917-ci ildə Azərbaycana qayıdan Talışxanov Müsəlman Korpusunun 1-ci Müsəlman nişançı diviziyasının komandiri təyin edilib. Onun diviziyanın 1-ci piyada alayını formalaşdırmaq məqsədilə dərhal Bakıya yollanması vətənpərvərliyi və igidliyindən xəbər verir.

1918-ci il fevralın 24-də Bakıda 1-ci müsəlman atıcı alayının təşkil edilməsi üçün bura gəlmiş general-mayor Xəlil bəy Talışinski və qərargah zabitləri vağzalda bolşeviklər tərəfindən həbs edildilər. Bu müsəlman əhalisində о dərəcədə böyük narazılığa səbəb oldu ki, bolşeviklər onları azad etdilər.

X.Talışinski və onun zabitləri Müsəlman Xeyriyyə Cəmiyyətinin "İsmailiyyə" binasında fəaliyyətə başladılar. "Səadət" məktəbinin zirzəmisində patron sexi yaratmışdır. Onun yaratmaqda olduğu alayın hissələri Bakıda mart qırğınları zamanı bolşevik-erməni qüvvələrinə qarşı inadlı müqavimət göstərmiş və müqavimət sayəsində dinc əhalinin bir qisminin Abşeron kəndlərinə çəkilməsini təmin etmək mümkün olmuşdur.

Onun Bakıdan çıxarılması məlum olsa da, sonrakı taleyi barəsində məlumat yoxdur.