29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Pensər kənd inzibati ərazi dairəsi tərkibindəki Telman kəndi Çayoba kəndi adlandırılmışdır. Kəndin ən ilk adı Dızdəvişə (talışca "dızd"-oğru, "vişə"-meşə) olmuş, Sovet hakimiyyəti illərində Telman adlanmışdır.[2]