Resessiya (iqtisadiyyat)

Resessiya - işgüzar dövrün yüksəliş (pik) fazasından sonra gələn və iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi ilə müşayiət olunan fazası. Texniki olaraq, adətən, ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması (ÜDMÜMMin səviyyəsinin azalması) halı resessiya sayılır. Resessiya istehsal həcminin, o cümlədən sənaye istehsalı həcminin, birja indekslərinin, real gəlirlərin və tələbin azalması, kapitalın xaricə axınının güclənməsi və işsizlik səviyyəsinin artımı kimi pro seslərlə müşayiət olunur.[1]

  1. Yerli İqtisadi İnkişaf Mərkəzi. Maliyyə Bazarı Terminlərinin İzahlı Lüğəti (PDF). Bakı: Nurlar. Yerli İqtisadi İnkişaf Mərkəzi. 2010. səh. 179. ISBN 978-9952-450-79-8.