Transformerlər (ing. Transformers) — ABŞ elmi fantastika filmi. 2007-ci il istehsalı olan bu film Hasbronun eyniadlı oyuncaq xəttinə əsaslanır. Filmdə Avtobotlar və Deseptikonlar arasındakı mübarizədən və buna qarışan Sem adlı yeniyetmədən bəhs olunur. Baş rolları Şaya LaBaf, Tayriz Qibson, Coş Duamel, Meqan Foks, Con Voyt və Odett Ennabl canlandırır. Piter Kallen və Hüqo Vevinq isə Optimus Praym və Meqatron kimi obrazları səsləndirir. 2009-cu il istehsalı "Transformerlər:Məğlubların qisası" filmin davamıdır.
Transformerlər | |
---|---|
ing. Transformers | |
Janr |
elmi fantastika ekşn |
Əsas mövzu | transformerlərin mübarizəsi |
Rejissor | Maykl Bey |
Prodüserlər | |
İcraçı prodüser | Stiven Spilberq |
Əsərin müəllifləri |
Con Rocers |
Ssenari müəllifləri |
Aleks Kurtzman Robert Orci |
Baş rollarda |
Şaya LaBaf |
Operator | Mitçell Amundsen |
Montajçı | Pol Rabell |
İstehsalçılar |
Paramount Pictures |
Distribüter | Paramount Pictures[1] |
İlk baxış tarixi |
10 iyun 2007 3 iyul 2007 |
Yayımlanma yeri |
ABŞ Seul TV qülləsi |
Müddət | 143 dəqiqə |
Büdcə | $150–200 milyon[2][3] |
Gəlir | $709.7 milyon[4] |
Ölkələr | ABŞ |
Dil | ingiliscə |
Sonrakı film | "Transformerlər: Məğlubların qisası" |
Rəng | rəngli |
Çəkiliş yeri |
Nyu-Meksiko Lonq Biç Los-Anceles San-Dieqo |
IMDb | ID 0418279 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin premyerası 10 iyunda Seulda, 3 iyulda Birləşmiş Ştatlarda baş tutmuşdur. 2007-ci ildə Vizual Effektlər Cəmiyyətindən 4 mükafata layiq görülmüş və "80-ci Akademiya Mükafatları"ndan bir sıra nominasiyalar əldə etmişdir. Filmin növbəti yeddinci hissəsi olan "Rise of the Beasts" 2023-cü ildə yayımlanacağı planlaşdırılır.
Kibertron planeti Optimus Praymın rəhbərlik etdiyi Avtobotlar və Meqatronun rəhbərlik etdiyi Deseptikonlar arasında baş verən vətəndaş müharibəsi səbəbindən yox olmaq üzrədir. Kibertronun əsas mənbəyi olan "AllSpark"-ı transformer tərəfləri müxtəlif məqsədlərdən ötrü tapmaq istəyirlər; belə ki, Autobotlar ondan Kibertronu yenidən qurmaq və müharibəni bitirmək üçün istifadə etmək niyyətində olarkən, Deseptikonlar isə ondan Autobotları məğlub etmək və kainatı fəth etmək üçün istifadə etmək istəyir. Bu vaxt Meqatron Yer planetində "AllSpark"-ı tapır, lakin Arktika dairəsinə eniş edərkən gözlənilməz qəza baş verir və o buzda donur. Kapitan Arkibald Vitviki və onun kəşfiyyatçı heyəti 1897-ci ildə Meqatronla rastlaşır. Kapitan Vitviki təsadüfən Meqatronun naviqasiya sistemini işə salır və onun eynəklərində "AllSpark"-ın yerləşdiyi yerin koordinatları çap olunur. Amerika Birləşmiş Ştatlarının gizli hökumət təşkilatı olan "Sector 7" Kolorado çayında "AllSpark"-ı kəşf edir və enerji emissiyalarını gizlətmək üçün onun ətrafında "Huver" adlanan bir bənd tikir. Donmuş vəziyyətdəki Meqatron bu obyektə köçürülür və insan texnologiyasını inkişaf etdirmək üçün tərs bir şəkildə dizayn edilir.
İndi isə, Deseptikonlar—Blackout, Skorponok, Frenzi, Barrikada, Starskrim və Devastator Yerə enir və bir sui-qəsdin olduğunu fərz edirlər. Blackout və Skorponok Qətərdəki "U.S. SOCCENT" adlı hərbi bazaya hücum edir və Meqatron və "AllSpark"-ın yerini tapmaq üçün ABŞ hərbi şəbəkəsinə müdaxilə etməyə çalışır. Baza işçiləri şəbəkə kabel əlaqələrini kəsəndə onların planları pozulur. Blackout bazanın qalan hissəsini məhv edərkən, Skorponok robotların foto dəlilləri olan sağ qalan kiçik qrupları təqib edir, lakin nəticədə o məğlub olur. Bu döyüş zamanı hərbçilər Transformerlərin zirehlərinə qarşı yeganə təsirli silahlarının yüksək hərarətli təxribat mərmiləri olduğunu kəşf edirlər. Blackout-un uğursuzluğundan sonra Frenzi hərbi şəbəkəni məhv etmək üçün yenidən "Air Force One" hava qüvvələri mərkəzinə sızır və bura virus yerləşdirir. O, nəslindən olan Sem Vitvikinin "eBay"də satmaq niyyətində olduğu Kapitan Vitvikinin eynəklərinə həkk olunmuş xəritəni tapır. Frenzi və Barrikada Semin yerini izləməyə başlayır.
Autobotların üzvü Bamblbi də 1976-cı il modeli Chevrolet Camaro şəklində yer üzündə peyda olur və ilk avtomobili üçün alış-veriş edərkən Sem tərəfindən satın alınır. Bamblbi, ona sevgilisi Mikaela Bensə qovuşmağa kömək edir. Bamblbi qalan Autobotlara ev siqnalını ötürmək üçün gecəni tərk edir və Sem onu robot rejimində görür. Barrikada Semin qarşısına çıxır və Arkibaldın eynəklərini tələb edir, lakin Bamblbi onu və Mikaelanı ordan xilas edir. Bamblbi 2006-cı il Chevrolet Camaro-nu skan edərək nəqliyyat vasitəsinin formasını təkmilləşdirdikdən sonra, onlar Yerə enən və avtomobil formalarına çevrilmiş digər Avtobotlarla: Optimus Praym, Jazz, Ironhide və Ratchet ilə görüşmək üçün yola düşürlər. Sem, Mikaela və Avtobotlar Semin evinə qayıdır və eynəyi alırlar. Tezliklə "Sector 7"-nin agentləri Sem və Mikaelanı həbs etməyə gəlir və onlar Bamblbini "saxlayır"lar.
Mobil telefona çevrilmiş deseptikon Frenzi qrupu gizli şəkildə "Huver" bəndinə qədər müşayiət edir və Meqatronu buraxır. "AllSpark"-ın yerini təyin edən Frenzi, digər Deseptikonlara xəbərdarlıq göndərir. Sem "Sector 7" agentlərini Bamblbini sərbəst buraxmağa inandırır ki, o, "AllSpark"-ı Optimus Praym üçün ala bilsin. Frenzi yaydığıvirusla hökumət rabitəsini bağlayır, lakin bir cüt xaker Hərbi Hava Qüvvələrinə bir siqnal göndərməyi bacarır. Avtobot-insan karvanı, Hərbi Hava Qüvvələrinin müdafiəsinə rəhbərlik edəcək və "AllSpark" üçün təhlükəsiz yer kimi görüş nöqtəsini təmin edəcək radio əldə etmək üçün yaxınlıqdakı Mission Siti, Nevada şəhərinə gedir. Deseptikon hücumu və Broul, Bonkraşr, Frenzi, Jazz, Devastator və Blackout sonrakı döyüş müddətində öldürülür, lakin Sem "AllSpark"-ı Megatronun sinəsindən vurmağı bacarır. Meqatron ölür və Sem "AllSpark"-ı məhv edir. Optimus Meqatronun cəsədindən "AllSpark"-ın bir parçasını götürür, lakin başa düşür ki, onun məhv edilməsi ilə onların doğma planeti Kibertron yenidən bərpa oluna bilməz. ABŞ hökuməti "Sector 7" təşkilatını ləğv edir və məğlub olmuş Deseptikonların cəsədlərini Laurens uçurumuna atır. Sem və Mikaela sevgi münasibətinə başlayır və Optimus sağ qalan digər Autobotlara siqnal göndərərək onları Yer planetinə yönəldir.
Filmin premyerası 10 iyun 2007-ci il tarixində Seul TV qülləsində baş tutmuşdur. 27 iyun tarixində film Los Anceles Film Festivalında nümayiş olundu. 21 sentyabr 2007-ci ildə IMAX-da yayımlandı və ümumi teatr buraxılışına daxil edilməyən əlavə kadrlar da təqdim olundu.
But the producers of "Transformers", Lorenzo di Bonaventura and Ian Bryce, say they have spent only $150 million on "Transformers", and they reckon they got a bargain.
<ref>
teqi;
boxmojo
adlı istinad üçün mətn göstərilməyib