Tsuquharu Fucita[a] (藤田 嗣治, Fucita Tsuquharu?, 27 noyabr 1886[1][2][…], Tokio[d] – 29 yanvar 1968[1][2][…], Sürix) və ya Leonard Fucita (fr. Léonard Foujita) – yaponəsilli Fransa rəssamı.
Tsuquharu Fucita | |
---|---|
yap. 藤田嗣治 fr. Tsugouharu Foujita | |
Doğum tarixi | 27 noyabr 1886[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 yanvar 1968[1][2][…] (81 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Fəaliyyəti | rəssam, rəssam-qravüraçı[d], illüstrasiyaçı[d], boyakar[d] |
Təhsili |
|
Janr | portret |
Stillər | ekspressionizm, Paris məktəbi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Tsuquharu Fucita 1886-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. 1910-cu ildə Tokio İncəsənət Universitetindən məzun olmuşdur. 1913-cü ildə Paris şəhərinə köçmüş, Pablo Pikasso, Xaim Sutin və Amadeo Modilyani kimi rəssamlarla tanış olmuşdur. O, Paris məktəbinin rəssamı olmuş və Fransada yaşamağa başlamışdır, lakin mütəmadi olaraq Yaponiyaya səyahətlər etmişdir.[3]
İkinci Dünya müharibəsi illərində Yaponiyaya qayıtmış və ordu üçün memorial döyüş əsərləri çəkmişdir. 1949-cu ildə Yaponiyanı həmişəlik tərk etmiş, 1 il ABŞ-də yaşadıqdan sonra Fransaya qayıtmışdır. 1955-ci ildə Fransa vətəndaşlığı almış və 1957-ci ildə "Fəxri legion" ordeni ilə təltif olunmuşdur. 1966-cı ildə katolikliyə keçərək Leonard adını götürmüşdür.[3]
Zərif üslubu, incə detallara əhəmiyyət verməsi və ukiyo-e əsərlərindən təsirlənərək süd rəngindən istifadəsi onu Qərb rəssamlığında tanıdan amillər olmuşdur. Nü janrında əsərlər, avtoportretlər, natürmortlar və pişik rəsmləri çəkmişdir. Fransanın Reyms şəhərində yerləşən və onun adını daşıyan Fucita kapellasını dizayn etmiş, interyeri üçün freskalar çəkmişdir.[3]