Tural Bağmanov

TuralTuranX (30 oktyabr 2000, Zaqatala) – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.[1]

TuralTuranX
Tural və Turan Bağmanovlar
Ümumi məlumatlar
Doğum tarixi 30 oktyabr 2000(2000-10-30) (22 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Musiqi aləti piano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında[redaktə | mənbəni redaktə et]

Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar.[2] Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər.[1][2] Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər.[3]

Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur.[3]

2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar.[4] 9 mart 2023-cü ildə seçim turunun qalibi olaraq ölkəni Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ əldə ediblər. Onlar yazdıqları mahnını seçim turunun bitməsinə 3–4 gün qalmış göndərmişdilər. Müsabiqədə "Tell Me More" mahnısı ilə çıxış etmiş və yarımfinalda uduzaraq finala çıxa bilməmişdirlər.[5] Müsabiqədən qabaq onların geyim tərzi Azərbaycanda geniş müzakirələrə və tənqidə səbəb olmuşdu.[6]

Şəxsi həyatları[redaktə | mənbəni redaktə et]

Turalla Turanın iki qardaşı (Emin və Camal) 2015-ci ildə Zaqatalanın Yuxarı Tala kəndində baş vermiş yol qəzası nəticəsində həlak olmuşdurlar.[1]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Sinqllar
  • Tell Me More (2023)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 ""Avroviziya"ya gedən Tural-Turan kimdir? - Video". Qafqaz Info (az.). 9 mart 2023. 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2023.
  2. 1 2 "Zaqataladan "Avroviziya"ya - Əkiz qardaşların FOTOLARI". Modern.az (az.). 9 mart 2023. 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2023.
  3. 1 2 "Meet TuralTuranX from Azerbaijan 🇦🇿 Eurovision 2023 [GET TO KNOW]" (alman). 2023-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  4. Anthony Granger. "🇦🇿 Azerbaijan: Five Acts in Contention for Eurovision 2023 Revealed" (ingilis). 2023-02-02. 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2023.
  5. ""Avroviziya"nın birinci yarımfinalına yekun vurulub". Report (az.). 10 may 2023. 11 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2023.
  6. "Azərbaycanın "Avroviziya" təmsilçilərinin geyimi ilə bağlı açıqlama: "Heç kəsin qeyrətinə toxunmur"". Report (az.). 8 may 2023. 8 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Sələfləri 
Nadir Rüstəmli
"Fade to Black" mahnısı ilə
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
2023
Xələfləri 
müəyyənləşdirilməyib