Uembli — Londonda yerləşən, İngiltərənin ən böyük çoxməqsədli stadionudur.
Uembli | |
---|---|
| |
Keçmiş adı | İmperiya stadionu |
Yeri |
London, İngiltərə, {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Təməli qoyulub | 23 yanvar 1923-cü il |
Tikilib | 23 aprel 1923-cü il |
Açılış tarixi | 23 aprel 1923-cü il |
Yenidən qurulma tarixi | 2002-ci ilin payızı |
Sahibi | İngiltərə Futbol Asossasiyası |
Tamaşaçı tutumu | 90.000 |
Ev sahibi komanda | İngiltərə milli komandası |
Meydançanın ölçüləri | 105x69 metr |
Ot örtüyü | təbii |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
90 000 tamaşaçı tutumu ilə Kamp Nou stadionundan sonra Avropanın ən böyük stadionudur. Eyni yerdə olan köhnə Uembli stadionu 2003-cü ildə təmir edilmişdir. Bu səbəblə bəzən Yeni Uembli Stadionu da adlandırılır. Dünyada inşa edilmiş ən bahalı stadiondur. Üstü açılıb-bağlana bilir. Bu proses təxminən 57 dəqiqə davam edir. Stadionda futbol matçlarından əlavə reqbi və Amerikan futbolu da oynanılır, konsertlər keçirilir. Stadionda yeni səs sistemi də quraşdırılmışdır. Bunun sayəsində hər yerə eyni səs paylanması təmin edilir.
Stadionda İngiltərə milli futbol komandasının matçlarından əlavə əsasən konsertlər keçirilməkdədir. Bu günədək rekord tamaşaçı sayı Maykl Ceksonun 1988-ci ildəki Bad World Tour turnesi çərçivəsində verdiyi konsertlərdə qeydə alınıb. 15 gün ərzində Uemblidə ard-arda 5 konsertdə 100 mindən çox tamaşaçı iştirak etmişdir.
İngiltərə milli futbol komandasının matçlarını oynadığı Uembli stadionu, 5 dəfə Çempionlar Liqasının finalı, bir dəfə isə Dünya Kuboku finalına ev sahibliyi etmişdir. Yeni stadionun açılışı 2003-cü ildəki təməlqoyma zamanı 2006-ci il olaraq nəzərdə tutulmuşdu, ancaq yeni stadion 9 mart 2007-ci ildə açıldı.
Stadionda tam 2618 tualet var. Bura su təmin edən anbarda olan su ilə bir insan 25 il boyunca hər gün yuyuna bilər.