Ursula Kröber Le Quin

Ursula Kröber Le Quin (21 oktyabr 1929[1][2][…], Berkli, Kaliforniya, ABŞ[1]22 yanvar 2018[1][3][…], Portlend, Oreqon, ABŞ[1]) — ABŞ yazıçısı.

Ursula Kröber Le Quin
ing. Ursula K. Le Guin
Doğum adı Ursula Kroeber
Doğum tarixi 21 oktyabr 1929(1929-10-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 22 yanvar 2018(2018-01-22)[1][3][…] (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Uşağı 3[4]
Atası Alfred Kreber
Təhsili
Fəaliyyəti yazıçı, ssenarist, tərcüməçi, roman yazıçısı, şair, müəllif, ədəbiyyat tənqidçisi, fantastika yazıçısı[d], qadın hüquqları fəalı[d], uşaq ədəbiyyatı yazıçısı, jurnalist, nasir
Fəaliyyət illəri 1960-cı ildən
Əsərlərinin dili ingilis dili
Janrlar elmi fantastika, fantaziya
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
İmza
ursulakleguin.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elmi-bədii və fantastik ədəbiyyatın görkəmli nümayəndələrindən olan[6][7] Le Guin, bu sahədəki əsərləri ilə yanaşı şeir, teatr tamaşaları, uşaq ədəbiyyatı sahələrində də yazıçı və tərcüməçi olaraq işləmişdir.

İlk romanı 1966-cı ildə çıxan Le Guinin əsərlərində əsasən Yunq nəzəriyyəsinin,[7] taoizimin,[6][7] ekzistensializmin[6]yunan mifologiyasının təsirləri hiss olunur. Yazıçı başda Hüqo və Nebula mükafatları olmaqla bir çox mükafatın sahibidir.

Ursula Kroeber, Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətində 1929-cu ildə dünyaya gəlmişdir. Antropoloq ata və psixoloq və yazıçı ananın qızıdır. Adını doğum tarixi olan Müqəddəs Ursula Günündən götürmüşlər.[8] Valideynləri tərəfindən üç qardaşı ilə birlikdə mədəniyyət fərqi fikrinin hakim olduğu bir evdə böyümüşdür.[9][10] Massaçusets-Redklif Kollecində təhsilini bitirdikdən sonra ali məktəb təhsilini Fransa və İtaliyada orta əsr və renessans dövrü ədəbiyyatı sahəsində almışdır.[7][10] 1951-ci ildə tarixçi Çarlz A. Le Guin ilə ailə qurmuşdur. 3 uşağı, 4 nəvəsi var. Hazırda ABŞ-nin Oreqon ştatında yaşayır.

Ədəbiyyat həyatı

[redaktə | mənbəni redaktə et]

Fantastika janrında yazmağa 1960-cı illərdə başlamışdır. İlk hekayəsi 1962-ci ildə çıxmışdır. Bir çox universitetlərdə dərs demiş, tərcümə və məqalələri çap olunmuşdur. Le Guin 1969-cu ildə yazmış olduğu "Qaranlığın sol əli" adli romanı ilə iki böyük mükafat – Hüqo və Nebula mükafatlarını qazandıqdan sonra məşhurlaşmışdır. Bundan başqa 1974-cü ildə yazdığı utopik fantastika romanı olan Mülksüzlər ilə 1975-ci ildə yenə Hüqo və Nebula mükafatlarını qazanmışdır. O, eyni zamanda şeir və uşaq kitabları da yazmışdır. Əsərləri arasında xüsusən Yerdəniz trilogiyası və ya sonrada əlavə olunan 4-cü və 5-ci kitabla Yerdəniz beşliyi çox böyük oxucu heyranlığına səbəb olmuşdur. Bu seriyanın 3-cü romanı olan Ən uzaq sahil kitabı ilə 1973-cü ildə uşaq kitabları üçün verilən ABŞ Milli Mükafatını qazanmışdır. 1990-cı ildə Tehanu ilə yenidən Nebula mükafatını qazanmışdır.

Əsas mövzular

[redaktə | mənbəni redaktə et]

Köklü feminist nəzəriyyəyə hakim olan Le Guin əsərlərində nəzəriyyəsini gizlincə verərək kişi oxucularını narahat etmir, onu gizlincə yeridir.[mənbə göstərin] Anarxist meylli toplumlar yaratmaqdan çəkinmir. Elə bütün həyatı boyunca da üsyankar davranmışdır. Qadınlar, yuxular, əjdahalar adlı məqaləsində bir qazısında bir vaxtlar Playboy jurnalında belə yazmış olduğunu bildirir. Bir çox oxucusu üçün müdrik qadın tipi olan Le Guin atmacalı xarakteri ilə də bir çox oxucuya təsir etmişdir. Üzüklərin hökmdarındakı müdrik və ilk yaradılan Qandalfın əksinə Qandalf mifində ilk yaradılan və müqəddəs olan maiadandır. LE Guinin baş qəhrımanı olan Ged Gontlu bir keçi olaraq başlayıb Roke adasl sehrbazlarının ən böyüklərindən olmuşdur. Yeraltı tanrılarının baaş rahibəsi Tenar isə sıradan bir qadın olmağı üstün tutaraq özünü tapmışdır. Le Guinin hər obrazı, hər romanı bir dəişikliyi, müəyyən bir zaman kəsimini izah edir. Müdrikliiyi və böyüməyi dəyişməkdən qorxmamaqda tapır.[mənbə göstərin]

Le Guin qəhrəmanları qəlibləşmiş qəhrəmanlardan Uzaqdır. Gənc mükəmməl qadın və kişilər yaratmayan yazıçının qəhrəmanları adətən yaşlı kişilər və ya qoca qarılar, cılız, şikəst və ya təcavüzə məruz qalmış və intiqam almaq istəməyəcək dərəcədə çarəsiz olan uşaqlardan ibarətdir. Bu formada Le Guin romanları özündə çarəsizliyi, yaşamaq cəsarətini vurğulayan təvazökar görünüşlü gizli bir romantizmi əks etdiri. O, tez-tez köləlikdən bəhs edir. Əvvəlcə köləliyi bütün simvollardan təmizləyir, onları bir kölənin yalın və etirazsız, itaətkar dünyasında hər hansı bir şeyi sorğu-sual etmə bacarığından kasıb olan insanlar kimi göstərir. Qadınlıq və kişilik, uşaqlıq və yetkinlik, köləlik və sahiblik kimi ziddiyyətləri vurğulayır. O, çılpaq, amma şiddətlə dolu bir kainatı əks etdirir. Şiddətə ad verməkdən çəkinmir. Onun dili azadlıq və cəsarətlə doludur.[mənbə göstərin]

  1. 1 2 3 4 5 6 7 8 Ursula K. Le Guin // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Ursula K. Le Guin // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 Ursula K. LE GUIN // NooSFere (fr.). 1999.
  4. https://www.readingistherapy.com/ursula-le-guin-on-abortion/.
  5. Ursula Kroeber Le Guin // Find a Grave (ing.). 1996.
  6. 1 2 3 Slusser, G.E., "The Farthest Shores of Ursula K. Le Guin", Wildside Press LLC., 2006:3, İngilizce.
  7. 1 2 3 4 Nicholls et al., "The Encyclopedia of Science Fiction", New York: St. Martin's Press, 1993:1304–1310, İngilizce.
  8. Kroeber T., "Alfred Kroeber; A Personal Configuration", University of California Press: Berkeley and Los Angeles, California, 1970:132, İngiliscə
  9. Kroeber T., "Alfred Kroeber; A Personal Configuration",1970:86–143.
  10. 1 2 Cummins E., "Understanding Ursula K. Le Guin", University of South Carolina Press: Columbia, Southern Carolina, 1993:1–21