Vilhelm Martin Filipp Kristian Lüdviq Libknext (alm. Wilhelm Martin Philipp Christian Ludwig Liebknecht, 29 mart 1826[1][2][…], Gissen, Hessen knyazlığı[d][3] – 7 avqust 1900[1][2][…]) — Alman inqilabçı və parlament siyasətçisi, sosial demokrat. Karl, Teodor, Otto və Vilhelm (kiçik)[4] Libknextlərin atası.
Vilhelm Libknext | |
---|---|
alm. Wilhelm Philipp Martin Christian Ludwig Liebknecht | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 mart 1826[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 7 avqust 1900[1][2][…] (74 yaşında) |
Vəfat səbəbi | serebrovaskulyar xəstəlik[d] |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, jurnalist, sülh aktivisti, inqilabçı, yazıçı |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Gissen Universitetinin ("Luiziana") riyaziyyat və teologiya professoru İohann Qeorq Libknext (1679-1749) idi. Ailə ənənəsinə görə, Libknextlər nəsillərini Martin Lüterdən gəldiklərini düşünürdülər. Gissen, Berlin, Marburq universitetlərində filologiya və fəlsəfə təhsili almışdır.
Badendə 1848-1849-cu illər inqilabının fəal iştirakçısı olmuşdur. Onun üzərində böyük təsiri olan Marksın və Engelsin yoldaşı, Kommunistlər Birliyinin üzvü (1850). 1862-ci ilə qədər sürgündə — əvvəl İsveçrədə, sonra da Marksla sıx ünsiyyət qurduğu Böyük Britaniyada. 1848-1849-cu illərdəki inqilabi hadisələrin iştirakçılarına amnistiya elan etdikdən sonra Almaniyaya qayıtdı. Ferdinand Lassal tərəfindən qurulan Ümumi Alman İşçilər Birliyinə qatıldı.